Məhkəmə qərarları › İş №3(3-6)-2134/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2134/2026

04.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2134/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC) tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 539.3-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 2000,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə inzibati məsuliyyətin yaranması üçün zəruri şərtlər tam şəkildə mövcud olmamışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən X9 ilə bağlı tələb olunan bütün sənədlər qanunvericiliyin tələblərinə uyğun vaxtında, düzgün və tam şəkildə təqdim edilmişdir. Bu fakt təqdim edilmiş sənədlər, qəbul qəbzləri və digər sübutlarla təsdiq olunur. Müfəttişlik tərəfindən ##.##.2017-##.##.2022-ci illər üzrə məzuniyyət haqqının ödənilməsini təsdiq edən müvafiq sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Lakin məzuniyyət haqqının ödənilməsini təsdiq edən sənədlər tam həcmdə aidiyyəti üzrə təqdim olunmuşdur. Belə ki, 2018ci il üzrə X1 ASC tərəfindən verilmiş bank çıxarışı, 2019-2026-cı illər üzrə isə Paşa Bank ASC tərəfindən təqdim edilmiş bank çıxarışları birgə sübut kimi iş materiallarına əlavə edilmişdir. Buna baxmayaraq, səlahiyyətli orqan heç bir hüquqi əsas olmadan məhkəməyə müraciət etmiş və sənədlərin natamam təqdim edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi isə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan inzibati tənbeh vermişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 verdiyi izahatında şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəmə iclasına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə həmin Cəmiyyətin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İş üzrə inzibati xəta haqqında protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ona çatdırılmış səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda işçi olmuş X9 ilə bağlı təqdim edilməsi tələb edilmiş sənədləri həmin məktubu almasından 7 iş günü ərzində səlahiyyətli orqana təqdim etməməsinə görə tərtib edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş materiallarında olan “xxxx” MMC-nin internet saytından SS993537584 AZ kodlu xəbərnaməyə dair əldə edilmiş məlumat əsasında səlahiyyətli orqanın ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə ## #### 2026-cı il tarixdə poçt vasitəsilə çatdırılması müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi müvafiq əsaslandırma aparmaqla həmin Cəmiyyətin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, həmin Cəmiyyətə tətbiq etdiyi inzibati cərimə tənbeh tədbirinin həddini təyin edərkən Azərbaycan Respublikası İXM-in 9.1, 21 və 31.2-ci maddələrinin tələblərinə əməl etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar