Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2135/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük Idarəsinin nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.6-cı maddəsində göstərilən qaydada xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük Idarəsi tərəfindən “xxxx” MMC barəsində IXM-in 483-cü maddəsi ilə tərtib edilmiş ## ### 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş *-**-****/***/****** nömrəli raporta əsasən X6 Sistemində banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən ##.##.2025-ci il tarixində alınmış məlumata görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2017-ci il tarixindən ##.##.2025-ci il tarixinədək rəsmiləşdirilmiş ##.##.2024-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsi üzrə 12.768 avro məbləğində vəsait həmin hesabatda öz əksini tapmamışdır. Gömrük xidmətinin X6 Sisteminin informasiya resursunda keçirilən baxış zamanı müəyyən edilmişdir ki, ************** nömrəli gömrük bəyannaməsi üzrə ##.##.2024-cü il tarixdə ixrac olunan malların müqabilində əldə edilmiş xarici valyuta vəsaitinin 239,66 avro hissəsi ##.##.2025-ci il tarixinədək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin müvəkkil bankdakı hesabına köçürülməli olduğu halda köçürülməmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində IXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.6-cı maddəsində göstərilən qaydada inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilmiş və inzibati məsuliyyətdən azad edilmişdir. Məhkəmənin qərarından inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük Idarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarını ləğv edib, inzibati tənbeh vermə haqqında yeni qərarın çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar verərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməli olduğunu hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində araşdırılmış *****-*****/** nömrəli inzibati xəta haqqında işdə ##.##.2026-cı il tarixli EP******* nömrəli və EP******* nömrəli inzibati xəta haqqında protokollar olduğu halda Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərarında yalnız ##.##.2026-cı il tarixli EP******* nömrəli inzibati xəta haqqında protokol üzrə işə baxılaraq 01242000084946 sorğu nömrəli gömrük bəyannaməsi üzrə qaytarılmayan xarici pul vəsaitinə münasibət bildirilmişdir. Digər protokola, yəni ##.##.2026-cı il tarixli EP******* nömrəli inzibati xəta haqqında protokola münasibət bildirilməmişdir. Həmçinin, ##.##.2026-cı il tarixli EP******* nömrəli və ##.##.2026-cı il tarixli EP******* nömrəli inzibati xəta haqqında protokollara əsasən 01242000084946 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əldə olunan xarici pul vəsaitlərinin bir hissəsinin, yəni ümumilikdə 12528.34 avro məbləğində valyuta vəsaitinin ##.##.2025-ci il və ##.##.2026-cı il tarixlərdə və 01242000108998 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əldə olunan xarici pul vəsaitlərinin bir hissəsinin, yəni ümumilikdə 10997 avro məbləğində pul vəsaitinin ##.##.2025-ci il tarixdə müvvəkkil bankdakı hesaba işlənildiyi nəzərə alınmamışdır. Belə ki, qeyd olunan tarixlərdə “xxxx” MMC-nin əməlində inzibati xəta tərkibi olduğundan və həmin tarixlərdən müddətin axımı hesablanmalı halda hesablanmamış və nəticədə inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilmişdir. Məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan xüsusatları nəzərə almamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq qeyd etməliyik ki, şikayət etdiyimiz məhkəmə qərarı maddi hüquq normalarının kobud şəkildə pozulması, Inzibati Xətalar Məcəlləsinin aidiyyəti maddələrinin düzgün tətbiq edilməməsi ilə qəbul olunmuşdur. ## #### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük Idarəsinin nümayəndəsi X3 verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarını ləğv edib, inzibati tənbeh vermə haqqında yeni qərarın çıxarılmasını xahiş etdi. ## #### 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 məhkəmədən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hakimi iş üzrə mübahisələndirilən qərarla hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2024-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş malların müqabilində əldə olunmuş xarici valyuta vəsaitinin 239,66 avro məbləğində hissəsi qanunvericiliyin tələblərinə uyğun olaraq ən geci ##.##.2025-ci il tarixinədək cəmiyyətin müvəkkil bankdakı hesabına köçürülməli olmuşdur. Lakin qeyd olunan vəsait müəyyən edilmiş müddət ərzində ölkəyə qaytarılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta tərkibi üçün əhəmiyyət kəsb edən hüquqazidd hərəkətsizlik ##.##.2025-ci il tarixində müəyyən edilmiş müddətin başa çatması ilə tamamlanmış və inzibati xəta hadisəsi ##.##.2025-ci il tarixdən baş vermiş hesab edilməlidir. Məhz həmin tarix inzibati məsuliyyətə cəlbetmə müddətinin hesablanması üçün başlanğıc an kimi qəbul edilməlidir. Inzibati xəta haqqında protokolun ##.##.2026-cı il tarixdə tərtib edildiyi və işə məhkəmədə baxıldığı zamanadək ##.##.2025-ci il tarixdən etibarən bir ildən artıq müddətin keçdiyi iş materialları ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddətləri imperativ xarakter daşıyır və həmin müddətlərin keçməsi inzibati tənbeh tətbiq edilməsini istisna edən müstəqil hüquqi əsasdır. Inzibati xəta haqqında materialı araşdırıb hesab edirəm ki, birinci instansiya məhkəməsinin hakimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində qəbul etdiyi ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, düzgün, qanuni və əsaslıdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilib tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilir və hazırda apellyasiya instansiya məhkəməsində mübahisələndirilmir. Lakin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2024-cü il tarixli ************** nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş malların müqabilində əldə olunmuş xarici valyuta vəsaitinin 239,66 avro məbləğində hissəsi qanunvericiliyin tələblərinə uyğun olaraq ən geci ##.##.2025-ci il tarixinədək cəmiyyətin müvəkkil bankdakı hesabına köçürülməli olmuşdur. Lakin qeyd olunan vəsait müəyyən edilmiş müddət ərzində ölkəyə qaytarılmamışdır. Inzibati xəta tərkibi üçün əhəmiyyət kəsb edən hüquqazidd hərəkətsizlik ##.##.2025-ci il tarixində müəyyən edilmiş müddətin başa çatması ilə tamamlanmış və inzibati xəta hadisəsi ##.##.2025-ci il tarixdən baş vermiş hesab edilməlidir. Məhz həmin tarix inzibati məsuliyyətə cəlbetmə müddətinin hesablanması üçün başlanğıc an kimi qəbul edilməlidir. Inzibati xəta haqqında protokolun ##.##.2026-cı il tarixdə tərtib edildiyi və işə məhkəmədə baxıldığı zamanadək ##.##.2025-ci il tarixdən etibarən bir ildən artıq müddətin keçdiyi iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.6-cı maddəsində göstərilən qaydada xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2135/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2135/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver