Məhkəmə qərarları › İş №3(3-6)-2137/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2137/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2137/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, “xxxx” X2 etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «KİNG TRANSPORT» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından “xxxx” X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin icraatına xxxx tərəfindən «KİNG TRANSPORT» Məhdud Məsuliyyətli Cəmiyyətibarəsində İXM-nin 324-1.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə «KİNG TRANSPORT» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 3000 (üç min) manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. Qərardan narazı qalan «KİNG TRANSPORT» Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və «KİNG TRANSPORT» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 324-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «KİNG TRANSPORT» Məhdud Məsuliyyətli Cəmiyyətinə aid **-SJ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu Azərbaycan-Gürcüstan dövlət sərhədinə yaxın yerdə **-VJ-*** nişanlı nəqliyyat vasitəsinin sürücüsü ilə görüşmüş, ona öz adına olan ****** nömrəli «İcazə» blankını vermişdir. Həmin sürücü isə bu blankı özündə olmadığını bildirərək müvafiq sürücüdən almışdır. Məhkəmə iclasında MMC-nin direktoru X5 izahat vermişdir ki, ****** nömrəli «İcazə» blankı AYNA tərəfindən «KİNG TRANSPORT» MMC-yə verilmiş olsa da, MMC onu heç bir şəxsə xxxxmişdir. Blank sürücülər arasında baş vermiş müstəqil əməliyyat nəticəsində başqasının əlinə keçmişdir. Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu izahatında göstərmişdir ki, blankı **-VJ-*** nişanlı nəqliyyat vasitəsinin sürücüsü «xxxx» bildirərək təqdim etmişdir. Bu açıqlama da xxxxnin MMC-nin iradəsi ilə gerçəkləşmədiyini ortaya qoyur. Göründüyü kimi, «İcazə» blankının **-VJ-*** nişanlı nəqliyyat vasitəsinin sürücüsünə çatması fərdi sürücülər arasında baş vermiş əməliyyatın nəticəsidir. Bu əməliyyatın MMC-nin iradəsi, bilgisi, tapşırığı və ya onun adından qərar qəbul etmə səlahiyyəti çərçivəsində həyata keçirilməsi nə inzibati xəta haqqında protokolda, nə məhkəmənin qərarında sübuta yetirilmişdir. Məhkəmə qərarında MMC-nin hansı nəzarət öhdəliyini pozduğuna dair heç bir müəyyən olunan hal göstərilməmişdir. Beləliklə, İXM-in 18.2-ci maddəsinin dörd bəndindən heç biri bu işin faktiki hallarına uyğun gəlmir. Hüquqi şəxsin məsuliyyəti üçün tələb olunan şərtlər sübuta yetirilmədən MMC-yə cərimə tətbiq edilməsi qanunun açıq pozulmasıdır. İXM-in 3-cü maddəsinə görə: «Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur». Qanunverici bu normayla inzibati məsuliyyətin yaranması üçün dörd elementin eyni vaxtda mövcud olmasını tələb etmişdir: (a) inzibati xəta hadisəsi - qadağan olunmuş əməlin baş verməsi; (b) hüquqa zidd olma - əməlin İXM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə qadağan edilmiş olması; (e) xəta tərkibinin digər əlamətləri obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf; (d) məhz həmin şəxsin həmin xətanı törətməsindəki təqsiri. Bu dörd elementin məcmusu olmadan inzibati məsuliyyətin yaradılması qanunun açıq- aşkar pozulmasıdır. Məhkəmə qərarında isə aşağıdakılar etiraf edilir: blank məhz MMC-yə aid sürücü vasitəsilə üçüncü şəxsə çatmışdır. Lakin bu hərəkətin MMC-nin tapşırığı əsasında edildiyi, yaxud MMC-nin bunu bildiyi və ya bilməli olduğu göstərilmir. Halbuki xəta tərkibinin «subyektiv tərəf» elementi qəsd sübut olunmadan məsuliyyətin tətbiqi İXM-in 3-cü maddəsinə ziddir. İXM-in 3-cü maddəsinin məntiqi ondan ibarətdir ki, inzibati məsuliyyət şəxsin «öz əməlinə» görə tətbiq edilir. Başqasının hərəkəti üçün hüquqi şəxsi məsul tutmaq isə ancaq İXM-in 18.2-ci maddəsinin çərçivəsindəki xüsusi şərtlər daxilində mümkündür. Həmin şərtlər isə bu işdə yerinə yetirilməmişdir. 18.2.1 -ci maddə baxımından: blank **-VJ-*** nişanlı nəqliyyat vasitəsinin sürücüsünə verilmişdir. Bu şəxs «KİNG TRANSPORT» MMC-ni təmsil etmək səlahiyyətinə malik deyildir. O. tamamilə başqa bir hüquqi şəxsin - «xxxx» MMC-nin sürücüsüdür. 18.2.2-ci maddə baxımından: blank xxxx əməliyyatı MMC-nin adından qərar qəbul etmə səlahiyyəti çərçivəsində həyata keçirilməmişdir. Sürücü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu MMC-nin kommersiya, hüquqi və ya inzibati qərarlarını qəbul etmək səlahiyyətinə malik deyildir. O, yalnız nəqliyyat vasitəsini idarə etmək üçün işə götürülmüş şəxsdir. 18.2.3-cü maddə baxımından: iddia edilən «xxxx» hərəkəti MMC-nin fəaliyyətinə nəzarət etmək səlahiyyəti olan vəzifəli şəxs tərəfindən həyata keçirilməmişdir. Blank sürücü tərəfindən şəxsi mülahizə ilə başqasına verilmişdir. 18.2.4-cü madd baxımından: bu bənd hüquqi şəxsin rəhbər vəzifəli şəxslərinin nəzarəti düzgün həyata keçirməməsi nəticəsində adi işçinin inzibati xəta törətdiyi hallan əhatə edir. Lakin «nəzarətin həyata keçirilməməsi» əsasıyia məsuliyyətin tətbiqi üçün məhkəmə nəzarət öhdəliyinin pozulduğunu konkret olaraq sübuta yetirməlidir. Bu işdə isə məhkəmə qərarında MMC-nin hansı nəzarət öhdəliyini pozduğuna dair heç bir müəyyən olunan hal göstərilməmişdir. MMC-nin direktoru izahat vermişdir ki, blankın başqasına verilməsi barədə nə tapşırıq verilmiş, nə razılıq alınmış, nə də bu barədə məlumat mövcud olmuşdur. Deməli, MMC «İcazə» blankının başqa şəxsə keçməsinin hüquqazidd xarakterini dərk edib bu nəticəni arzulamamışdır. Başqa sürücüdən alman blank vasitəsilə yarana biləcək zərərli nəticəni şüurlu surətdə nəzərə almamışdır. Bu isə həm qəsdin, həm də ehtiyatsızlığın əlamətlərini aradan qaldırır. Beləliklə, İXM-in 18.2-ci maddəsinin dörd bəndindən heç biri bu işin faktiki hallarına uyğun gəlmir. Hüquqi şəxsin məsuliyyəti üçün tələb olunan şərtlər sübuta yetirilmədən MMC-yə cərimə tətbiq edilməsi qanunun açıq pozulmasıdır. Təqsirsizlik prezumpsiyası Azərbaycan inzibati xəta hüququnun əsas prinsiplərindən biridir. Bu prinsip müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsindəki müdafiə hüququ ilə birlikdə oxunmalıdır. Həmin maddəyə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Bu işdə aşağıdakı şübhələr faktiki olaraq mövcuddur: blankın MMC tərəfindən şüurlu şəkildə ötürüldüyü sübuta yetirilməmişdir; MMC direktoru blankın ötürülməsini inkar etmişdir; sürücü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlunun izahatı blankın başqa sürücüdən aldığını ortaya qoyur; MMC-nin blankı xxxx əməliyyatına birbaşa cəlb olunduğunu göstərən heç bir sənəd, qeyd, göndəriş və ya digər maddi sübut iş materiallarında mövcud deyildir. İXM-in 8.3-cü maddəsinin imperativ tələbinə görə bu şübhələrin hamısı MMC-nin xeyrinə həll edilməli idi. Məhkəmə isə əksinə olaraq, şübhəli faktları MMC-nin əleyhinə qiymətləndirmiş, bu yolla təqsirsizlik prezumpsiyasını pozmuşdur. Qeyd edilməlidir ki, İXM-in 8.2-ci maddəsi MMC-yə öz təqsirsizliyini isbat etmək yükü qoymur. Beləliklə, MMC-nin blankı xxxxdiyini isbat edə bilməməsi onun məsuliyyətini yaratmır. Əksinə, xxxxnin «KİNG TRANSPORT» MMC tərəfindən həyata keçirildiyini protokol tərtib edən orqan sübuta yetirməli idi. Bu sübut isə işdə mövcud deyildir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «KİNG TRANSPORT» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və «KİNG TRANSPORT» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 324-1.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən xxxx X2 nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək, məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında həmin protokola əsasən «KİNG TRANSPORT» MMC-yə verilmiş ****** nömrəli Gürcüstan “ikitərəfli/tranzit” “İcazə” blankının ##.##.2026-cı il tarixdə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “SCANIA” markalı, 77 VJ-277 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə ötürülməsi aşkar edilmişdir. Nəticədə, «KİNG TRANSPORT» MMC tərəfindən İXM-in 324-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq edilmiş: Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin X7 tərəfindən “xxxx” X2 ünvanlanmış ## ### 2026-cı il tarixli №**/*** nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, xxxx tərəfindən aşkar edilmiş məlumatlara əsasən verilən ****** nömrəli Gürcüstan “ikitərəfli/tranzit” “İcazə” blankının ”xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “SCANIA” markalı, **VJ*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə ötürülmüşdür Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «KİNG TRANSPORT» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 bildirmişdir ki, ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, xxxx (AYNA) tərəfindən «KİNG TRANSPORT» MMC-yə aid Gürcüstan "ikitərəfli tranzit" İcazə blankının digər sürücü tərəfindən istifadə olunduğunu bildirmişlər. Bununla bağlı etdiyi araşdırmalar zamanı məlum oldu ki, “KİNG TRANSPORT” MMC-də qeydiyatda olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu tərəfindən ona təqdim olunmuş ****** nömrəli Gürcüstan "ikitərəfli tranzit" İcazə blankını "xxxx" MMC-yə məxsus olan **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin sürücüsünü yolda yəni Azərbaycan Gürcüstan dövlət sərhəddinə yaxın yerdə **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xxxx və onun söhbət əsasında Gürcüstan "ikitərəfli tranzit" İcazə blankının olmadığını bildirmiş və Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu ona təqdim olunmuş icazə blankın yolda qalmaması üçün həmin sürcüyə vermişdir. Bu səbəblə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «KİNG TRANSPORT» MMC-yə verilmiş ****** nömrəli Gürcüstan “ikitərəfli/tranzit” “İcazə” blankının ##.##.2026-cı il tarixdə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “SCANIA” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə ötürülməsi iş materialları ilə öz təsdiqini tapmış və cəmiyyətin İXM-in 324-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki «KİNG TRANSPORT» MMC tərəfindən «KİNG TRANSPORT» MMC-yə verilmiş ****** nömrəli Gürcüstan “ikitərəfli/tranzit” “İcazə” blankının ##.##.2026-cı il tarixdə “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “SCANIA” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə ötürülmüşdür. Bununla da, «KİNG TRANSPORT» MMC tərəfindən “İcazə” blankının (jurnalının) doldurulması zamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “İcazə” blankının (jurnalının) başqa şəxsə ötürülməsi ilə bağlı qanunvericiliyin tələbi pozulmuşdur. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, Kvota ilə müəyyən edilmiş, qarşılıqlı razılaşma əsasında İcazə” blankı”nın mübadiləsi, beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər tərəfin səlahiyyətli orqanı tərəfindən ödənişsiz həyata keçirilir. Əsasnamənin 1.1 bəndinə əsasən “İcazə” blankı”nın üz tərəfində bir qayda olaraq aşağıdakı rekvizitlər olmalıdır: a) verilən icazənin hansı ölkənin ərazisində etibarlı olduğu haqqında qeydiyyat (ölkənin adı); b) “İcazə" blankının nömrəsi; v) daşıyıcının adı və onun tam ünvanı; q) “İcazə" blankı’nın verildiyi yer və tarix; d) “İcazə” blankı”nı vermiş səlahiyyətli orqanın imzası və möhürü; e) hərəkət marşrutu; z) gömrük sərhəd buraxılış məntəqəsi; i) nəqliyyat vasitəsinin adı, onun nömrəsi və modeli. “İcazə” blankı" avtonəqliyyat vasitəsində olur və nəzarət səlahiyyəti olan şəxsin tələbi ilə təqdim edilir. “İcazə” blankının (jurnalının) başqa şəxslərə ötürülməsi qadağandır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında «KİNG TRANSPORT» MMC-nin direktoru X5 izahat vermişdir ki, ****** nömrəli «İcazə» blankı AYNA tərəfindən «KİNG TRANSPORT» MMC-yə verilmiş olsa da, «KİNG TRANSPORT»MMC onu heç bir şəxsə xxxxmişdir. Blank sürücülər arasında baş vermiş müstəqil əməliyyat nəticəsində başqasının əlinə keçmişdir. Bununla bağlı sürücü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu izahatı alınmış və sürücü izahatında göstərmişdir ki, blankı **-VJ-*** nişanlı nəqliyyat vasitəsinin sürücüsü «xxxx» bildirərək təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, xxxxnin «KİNG TRANSPORT» MMC-nin göstərişi ilə həyata keçirilməmiş və «KİNG TRANSPORT» MMC-də qeydiyatda olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyat vasitəsinin sürücü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu tərəfindən ona təqdim olunmuş ****** nömrəli Gürcüstan "ikitərəfli tranzit" İcazə blankını "xxxx" MMC-yə məxsus olan **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin sürücüsünü yolda yəni Azərbaycan Gürcüstan dövlət sərhəddinə yaxın yerdə **- VJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin sürücüsü yolda qaldığına görə «KİNG TRANSPORT» MMC-nin icazəsi olmadan ötürmüşdür. ki, bu da "KİNG TRANSPORT" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törəilmədini göstərir. Göründüyü kimi, «KİNG TRANSPORT» MMC-də qeydiyatda olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqlityat vasitəsinin sürücü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu tərəfindən ona təqdim olunmuş ****** nömrəli Gürcüstan "ikitərəfli tranzit" İcazə blankını "xxxx" MMC-yə məxsus olan **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin sürücüsünü yolda yəni Azərbaycan Gürcüstan dövlət sərhəddinə yaxın yerdə **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin sürücüsü yolda qaldığına görə «KİNG TRANSPORT» MMC-nin icazəsi olmadan xxxxsi fərdi sürücülər arasında baş vermiş əməliyyatın nəticəsidir. Bu əməliyyatın MMC-nin iradəsi, məlumatı, tapşırığı və ya onun adından qərar qəbul etmə səlahiyyəti çərçivəsində həyata keçirilməsi nə inzibati xəta haqqında protokolda, nə məhkəmənin qərarında sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi isə öz qərarında «KİNG TRANSPORT» MMC-nin hansı nəzarət öhdəliyini pozduğuna dair heç bir müəyyən olunan hal göstərməmiş və ya hər hansı əsaslandırma aparmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta «KİNG TRANSPORT» MMC tərəfindən deyil, «KİNG TRANSPORT» MMC-də qeydiyatda olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyat vasitəsinin sürücü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu tərəfindən törədilmişdir ki, bu da iş materiallarında olan sübutlarla tərəflərin izahatları ilə öz təsdiqini tapır. Göründüyü kimi birinci instansiya məhkəməsinin bu hallara hüquqi qiymət verməkdən yayınması qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində ziddiyyətli ifadələrlə çıxış edən "KİNG TRANSPORT” MMC-nin nümayəndələrinin dedikləri sadəcə mülahizələrə və inzibati məsuliyyətdən yayınmaq üçün sonradan uydurulmuş faktlara əsaslanmışdır. Həmin ifadələr faktların, qanunun normalarını təhrif edərək məhkəməni yanıltmağa yönəlmiş bu cür əsassız ifadələrin ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas olaraq qəbul edilməsi qanunsuzdur. Bundan əlavə, məhkəmə qeyd edir ki, əgər inzibati xəta haqqında protokol qeyd olunduğu kimi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan tərtib edilmişdisə, bu halda məhkəmə tərəfindən həmin iş üzrə inzibati məsuliyyətə cəlb olunmalı olan şəxsin barəsində inzibati tənbeh tətbiq edilməli və ya kifayət qədər ətraflı məhkəmə araşdırılması aparılması üçün səlahiyyətli orqana göndərməli və ya məhkəmə araşdırması məhkəmənin özü tərəfindən tamamlanmalı idi. Bu səbəbdən məhkəmə hesab edir ki, apellyasiya şikayəti inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hissəsində təmin oluna bilməz, Belə ki, birinci instansiya məhkəməsinin mövqeyini əsas alınsa deməli, inzibati xəta haqqında iş üzrə ümumiyyətlə, bir nəticəyə gəlmək üçün əsas yoxdursa, inzibati xəta tərkibinin olmaması barədə qənaətə gəlmək də mümkün ola bilməz. Beləliklə «KİNG TRANSPORT» MMC-də qeydiyatda olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu tərəfindən ona təqdim olunmuş ****** nömrəli Gürcüstan "ikitərəfli tranzit" İcazə blankını "xxxx" MMC-yə məxsus olan **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin sürücüsünü yolda yəni Azərbaycan Gürcüstan dövlət sərhəddinə yaxın yerdə **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin sürücüsü yolda qaldığına görə «KİNG TRANSPORT» MMC-nin icazəsi olmadan ötürülməsi birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırmadığı üçün bu hal məhkəmənin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qərar qəbul etdiyi qənaətinə gəlmək üçün əsasdır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən «KİNG TRANSPORT» MMC-də qeydiyatda olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu tərəfindən ona təqdim olunmuş ****** nömrəli Gürcüstan "ikitərəfli tranzit" İcazə blankını "xxxx" MMC-yə məxsus olan **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin sürücüsünü yolda yəni Azərbaycan Gürcüstan dövlət sərhəddinə yaxın yerdə **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsinin sürücüsü yolda qaldığına görə «KİNG TRANSPORT» MMC-nin icazəsi olmadan ötürülərək qanunvericiliyin həmin tələbləri pozulmuş, nəticədə Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin «KİNG TRANSPORT» MMCnin təqsirinin sübuta yetirilməsi əsası ilə cərimə edilməsi barədə gəldiyi nəticə işin faktiki halarına uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, KİNG TRANSPORT» MMC-nin barəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324-1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə tənbeh tədbirinin tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və “xxxx” X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən «KİNG TRANSPORT» MMC-də qeydiyatda olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyat vasitəsinin sürücüsü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu İXM-in 324-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş barəsində cərimə növündə tənbeh tədbirini tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddələrini rəhbər tutularaq, QƏRARA ALDI: «KİNG TRANSPORT» MMC-nin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. “xxxx” X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən «KİNG TRANSPORT» MMC-də qeydiyatda olan **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqiliyat vasitəsinin sürücüsü Maraqlı şəxs (üçüncü şəxs) İlham oğlu Azərbaycan Respublikası İXMin 324-1.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar