Məhkəmə qərarları › İş №3(3-6)-2139/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2139/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2139/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Fədai Mirzə oğlunun və müdafiəçisi Vəkil iştirakları ilə, ##.##.1980-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan İsmayılov Fədai Mirzə oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından İsmayılov Fədai Mirzə oğlunun müdafiəçisi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə İsmayılov Fədai Mirzə oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan İsmayılov Fədai Mirzə oğlunun müdafiəçisi Vəkil apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli İsmayılov Fədai Mirzə oğlunuun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmşıdır ki, ## #### 2026-cı il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları F.M.İsmayılova ıməxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74K ünvanında yerləşən “Apple Baku” ticarət obyektinə və lombkimi fəaliyyət göstərən sahəyə daxil olmuş və bir gün əvvəl Fuad Qəmərli adlı şəxs tərəfindən lombarda girov qoyulmuş qızıl-zinyət əşyalarını və tərtib olunmuş sənədləri tələb etmişlər. F.M.İsmayılov bununla bağlı məhkəmə qərarını tələb etsə də, bu 12-ci PŞ-nin əməkdaşlarının xoşuna gəlməmiş və F.M.İsmayılovu oğurluq cinayətində əlbir olmasına görə özləri ilə birgə 12-i polis bölməsinə gətirmişlər. Bir gün ərzində F.M.İsmayılov polis əməkdaşının fiziki təzyiqlərinə məruz qalmış, müxtəlif xəsarətlər almış, şəxsiyyəti alçaldılmış, qiymətli əmlakları əlindən alınmışdır. Səhər günü F.M.İsmayılova tamamilə başqa ittihamlar sürülmüş və məhkəməyə gətirilmişdir. Məlumat üçün qeyd edilməlidir ki, mübahisəli qızıl əşyasının oğurlanmasında şübhəli olan Fuad Qəmərli adlı şəxs 12-ci PŞnin əməkdaşları tərəfindən sərbəst buraxılmış və Fuad Qəmərli ## #### 2026-cı il tarixdə yeni cinayət əməli törətdiyinə görə Xəzər RİŞ-nin müstəntiqi Mirzəbala Əliyev tərəfindən saxlanılmış və barəsində AR CM-in 185.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cəmiyyət üçün yüksək təhlükə törədən şəxs təcrid edilmək əvəzinə heç bir cinayət, heç bir inzibati xəta əməli törətməmiş və qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan F.M.İsmayılov tutularaq uzun müddət şöbədə saxlanılmış, sonra məhkəməyə gətirilmiş və barəsində bir neçə ay həbs qərarı çıxarılması xahiş edilmişdir... İş materiallarında olan (iş vərəqə 2, 3, 5- 6, 8-9 və s.) olan sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ əməkdaşları tərəfindən mövcud qanunvericiliyin, o cümlədən AR İXM-nin tələblərinə riayət edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs F.M.İsmayılova hüquq və vəzifələri izah edilməmiş, F.M.İsmayılov tərtib edilmiş protokollardakı imzaları saxtalaşdırılmış, verilmiş raportda biri digərinə zidd olan ifadələr işlədilmiş, o cümlədən F.M.İsmayılovun oğurluq cinayətində əlbirliyinə eyham vurulmuş, 1 gün qanunsuz saxlanıldıqdan sonra materialda olan sənədlətərtib edilməsinə başlanılmış, ona qədər şəxsin statusu müəyyən edilməmiş, protokollar qanunla müəyyən edilmiş qaydada qeyalınmamış, protokolun tarixinə əl ilə düzəliş edilmişdir və sairə. Bütün bunlar və təqdim edəcəyimiz sübutlar ona dəlalət edirbarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs F.M.İsmayılov təqsirsiz olmuş, polis əməkdaşları qanunvericiliyin tələblərini təkrarən kobud şəkildə pozmuşlar. F.M.İsmayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli deyildisə və üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdisə, onda hansı səbəbdən barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir? İşdəki Respublika narkoloji mərkəzi PHŞ Ambulator məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2026-cı il tarixli, **** nömrəli rəyi ilə müəyyən edilmişdir ki, F.M.İsmayılovda psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda F.M.İsmayılovda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Rəyin məznunundan aydın olur ki, F.M.İsmayılov narkotik qəbul edən şəxs deyildir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İsmayılov Fədai Mirzə oğlu və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinə üzrlü səbəblər olması ilə bağlı qabaqcadan məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını iş üzrə mövcud olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. ## #### 2026-cı il tarixli, **** saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X1 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, İsmayılov Fədai Mirzə oğlunun sidik nümunəsində MET (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İsmayılov Fədai Mirzə oğlu qanunsuz olaraq narkotik vasitələrdən isatifadə etmişdir. Bu səbəbdən İsmayılov Fədai Mirzə oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, İsmayılov Fədai Mirzə oğlunun İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla tam olaraq sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi İXM-nin 206-cı maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda İsmayılov Fədai Mirzə oğlunun hərəkətlərində də İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Sadalanan xüsusatlara əsasən, İsmayılov Fədai Mirzə oğlunun törətdiyi xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə təqsirli bilinməsi və barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, yəni İsmayılov Fədai Mirzə oğluna polis şöbəsində su verilərkən suyun içərisinə narkotik vasitə qatılması ilə bağlı dəlilini qəbul etmir və hesab edir ki, həmin dəlillər inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: İsmayılov Fədai Mirzə oğlunun müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar