Məhkəmə qərarları › İş №3(3-6)-2140/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2140/2026

22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2140/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, Məhkəmə iclas katibi X3, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) verdiyi müvafiq şikayət təmin edilmiş, səlahiyyətli orqanın qəbul etdiyi, yuxarıda göstərilmiş qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası IXM-in 53-cü maddəsinə əsasən xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və özünün qəbul etdiyi TP seriyalı ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim qərardan şikayətə baxarkən iş üzrə zərər çəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən iştirakını təmin etmədən şikayətə mahiyyəti üzrə baxmışdır. Halbuki yol-nəqliyyat hadisəsi üzrə qəbul edilmiş qərarlardan işə baxarkən inzibati xəta haqqında iş üzrə iştirakçılara bu barədə məlumat verilməklə ədalətli məhkəmə araşdırılması hüququnu təmin edilməli olduğu halda etməmişdir. Ikincisi hakim qərarda göstərmişdir ki, qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirr. Buna görə də, məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı qeyd edirik ki, Idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Belə ki. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Poçt Haqqında Azərbaycan Respublikasına Qanununa əsasən sifarişli qaydada göndərilməli və göndərilən səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırılmasını təsdiq edən xəbərnamə məhkəməyə daxil olduqdan sonra məhkəmə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxa bilərdi. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Işin baxılması zamanı yol-nəqliyyat hadisəsinin araşdırılması zamanı toplanmış sənədlər tədqiq edilməmişdir. Hazırki qərardan belə nəticə hasil olur ki. vol-nəqlivvat hadisəsi bas vermiş lakin heç kim bunun nəticəsində təqsirli olmamışdır. Göründüyü kimi qərardan şikayətə baxmış hakim ümumiyyətcə bu halları araşdırmadan yalnız formal yanaşma edərək qanuni və əsaslı tənbeh vermə haqqında qərarı ləğv edərək iş üzrə icraata xitam vermişdir. Halbuki işin faktiki hallarından bəlli olur ki, şikayətin mahiyyəti baş vermiş yol nəqliyyat hadisəsidir və qarşı tərəf maddi ziyana uğramış fiziki şəxs zərərçəkmişdir. Belə olduğu halda hakim onu işə cəlb edərək tam və hərtərəfli araşdırma aparıb qanuni və əsaslı qərar qəbul etməmişdir. Məhkəmə təqdim edilmiş video görüntülərə əsaslanaraq yol-nəqliyyat hadisəsinin yalnız "X2" markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün təqsiri üzündən baş verdiyi nəticəsinə gəlmişdir. Lakin video materialın təhlili göstərir ki, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş bütün hallar, hər iki nəqliyyat vasitəsinin hərəkət trayektoriyası, sürəti, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət edilməsi, eləcə də sürücülərin qarşılıqlı davranışları tam və hərtərəfli araşdırılmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyərək, məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DIN Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərarına əsasən “Lexus NX200T” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə, saat 17:15-də Bakı şəhəri, Nizami rayonu, “Madonna dairəsi” adlanan ərazidə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikası IXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. Qərarından şikayət verilən orqan tərəfindən məhkəməyə təqdim olunmuş video materiala baxış keçirilərkən müəyyən olunmuşdur ki, “X2” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü manevr etmə qaydalarını pozmuş, nəticədə qəza baş vermişdir. Belə ki, “X2” minik markalı, 10-NP054 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yerdəyişmə edərkən özündən sağ tərəfdə hərəkət edən və üstünlük hüququna malik olan “Lexus NX200T” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol verməli idi. Lakin “X2” minik markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü mövcud yol hərəkəti qanunvericiliyinin yuxarıda göstərilən tələblərini pozmuş, qəza şəraiti yaratmış, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Inzibati xəta hadisəsində “Lexus NX200T” minik markalı, **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozması iş materialları ilə təsdiqini tapmır, onun əməlində inzibati xəta tərkibi yoxdur. Şəxsin həqiqətən də inzibati xəta törətmiş olması yetərli sübutlarla təsdiq olunmur. Həmçinin həmin şəxsin özünün təqsirli olmamasını sübuta yetirməsinə zərurət yoxdur. Bu təqsirsizlik prezumpsiyası prinsipindən irəli gəlir. Qərardan şikayət verən orqan (şəxs) barəsində qərar qəbul edilərkən gəlinmiş nəticənin təsdiqi yetərli sübutlarla təsdiq edilməmişdir. Qeyd olunmalıdır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut Inzibati Xətalar Məcəlləsinin 75, 82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Sadalanan xüsusatlara görə məhkəmə hesab etmişdir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə hesab edir ki, birinci instansiya məhkməsinin qərarı qanunidir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsi tərəfindən artıq araşdırılıb qiymətləndirilmiş və məhkəmə də bu nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası IXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə qırx manat məbləğində cərimə tətbiq edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Məhkəmə hesab edir ki, iş üzrə səlahiyyətli orqanın şikayətində qeyd etdiyi, həmçinin məhkəmə iclasında baxış keçirilmiş bir ədəd diskin yaddaşına yazılmış videoçəkilişdən Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqanın iddia etdiyi yerdə avtomobilini idarə edərkən inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş yol hərəkəti qaydasını pozması müəyyən edilmədiyinə görə birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilməsi, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Bu hüquqi mövqeyin məntiqi davamı olaraq, səlahiyyətli orqanın verdiyi şikayətin dəlili əsassız, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1i Idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar