Məhkəmə qərarları › İş №3(3-6)-2143/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2143/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2143/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 1.000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək onun barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunvericiliyin tələblərinə formal yanaşmış, inzibati xəta tərkibinin əlamətləri olmamasına baxmayaraq, inzibati xəta haqqında icraata xitam verməmiş, əksinə qərarı dəyişdirilmədən saxlamışdır. Hazırkı hərəkətlərdə obyekt yoxdur. Qanunvericilik birmənalı şəkildə əmək haqqına anlayış verərkən, əmək haqqının işçinin gördüyü işə görə aldığı ödənc olduğunu qeyd edir. Faktiki olaraq əmək münasibəti olmadığı halda, işçiyə verilən hansı əmək haqqından söhbət gedə bilər. Fəaliyyət faktiki dayandırılıb və bu günə qədər heç bir real əmək münasibətləri, görülən iş və ya əmək funksiyasının icrası olmayıb. Faktiki iş olmadığı halda, məhkəmənin hansı əsaslara hərəkəti inzibati xəta kimi qiymətləndirib. Bununla bağlı o, birinci instansiya məhkəməsində Dövlət Vergi Xidmətindən əldə etdiyi arayışı da məhkəməyə təqdim etmişdir. Həmin arayışda da, onun faktiki olaraq dövriyyəsinin olmaması, fəaliyyətinin olmaması öz əksini tapıb. İşçi özü də, məhkəmədə və təqdim etdiyi ərizəsində sadəcə formal olaraq adının qaldığını faktiki olaraq heç bir əmək münasibətinin olmadığını, işləmədiyini və əmək haqqı almadığını etiraf edir. Belə olan halda, məhkəmənin əsaslandırması qanuni sayıla bilməz. Hazırda hərəktdə İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş, inzibati xətanın obyektiv cəhəti də, yoxdur. Çünki qanunsuz əməl yoxdur. Orqan araşdırmalı idi ki, həqiqətən də, həmin işçi işləyir, mən ona ümumiyyətlə əmək haqqı ödənilmişdir mi, buna dair Bank sənədləri və digər məlumatlar təqdim edilməli idi. Dövlət Vergi Xidməti və işçi kimi adı qeyd edilmiş şəxs Şükürov Vadər Şirin oğlu özü də, etiraf edir ki, onunla heç bir əmək münasibəti mövcud olmamışdur. Məhkəmə nəzərə almamışdır ki, işçiyə minimum əmək haqqından aşağı ödənişin həyata keçirilməsi üçün təkcə onun əmək müqaviləsi mövcud olmalı deyil, eyni zamanda ödəniş minimum əmək haqqından aşağı miqdarda həyata keçirilməlidir ki, şəxs inzibati məsuliyyətə cəlb edilsin. Məhkəmə isə əsassız olaraq sübutlarla və araşdırma materialları ilə minimum əmək haqqından aşağı məbləğin həyata keçirildiyini qeyd etsə də, bunu əsaslandırmamış, buna dair sübutları orqandan tələb etməmiş, əsassız olaraq notarius kimi, şikayəti araşdırmadan təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilərək, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin faktiki halları və hüquqi məsələlər: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati tənbehvermə haqqında qərarı və iş materiallarını araşdıraraq hesab edir ki, ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin məktubuna əsasən vergi ödəyicisi Qərardan şikayət verən orqan (şəxs) (VÖEN: **********) fəaliyyətini ##.##.2015-ci il tarixdə dayandırılıb, ##.##.2020-ci il tarixdə vaxtı çatdığı üçün fəaliyyət bərpa edilib və daha sonra ##.##.2026-cı il tarixdə dayandırılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Həsənov İlkin Qvami oğunun Qərardan şikayət verən orqan (şəxs) ünvanladığı “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması barədə” məktubdan görünür ki, ##.##.2026 tarixli ərizəyə əsasən 1201069132-20001 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır Məhkəmə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qənaətini aşağıdakılarla əsaslandırır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2015-ci il tarixdən fərdi sahibkar kimi heç bir fəaliyyət göstərməmişdir. Bir halda ki, Qərardan şikayət verən orqan (şəxs) heç bir aktiv fəaliyyəti mövcud olmadığı halda, onun əmək müqaviləsi ilə işləyən işçiyə minimum əmək haqqqından az miqdarda əmək haqqı ödəməsi əsası ilə qəbul edilmiş inzibati tənbehvermə haqqında qərar da əsaslı və qanuni hesab edilə bilməz. Digər tərəfdən səlahiyyətli orqanın əməkdaşı həqiqətən də barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işçiyə minimum əmək haqqında az miqdarda əmək haqqı köçürməsinin olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə o halı da xüsusilə qeyd edir ki, AR İXM-nin 192.3-cü maddəsinin dispozisiya şərtlərinə əsasən inzibati xəta tərkibinin yaranması üçün “İşçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi” şərtdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi yalnız əmək müqaviləsinin mövcudluğu işçiyə minimum əmək haqqında az miqdarda əmək haqqının ödənilməsinin təsdiqi kimi çıxış edə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məjəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı, habelə Qərardan şikayət verən orqan (şəxs) AR İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilərək inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) AR İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilərək inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar