Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2145/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, vəkil – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili İsmayılov Səlimxan İsa oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – İsmayılov Ramil Məhəmməd oğlunun iştirakları ilə İsmayılov Ramil Məhəmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası DİN Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, İsmayılov Ramil Məhəmməd oğlu sərxoş halda ##.##.2026-cı il tarixdə saat 01:05 radələrində Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində idarə etdiyi “Toyota Camry” minik markalı, **-RK-*** nömrə nişanlı avtomobilin qabaq hissəsi ilə “Chevrolet Corvette” minik markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsindən toqquşmuşdur. Bununla əlaqədar barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 333.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzinbati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən İsmayılov Ramil Məhəmməd oğlu barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim E.T.Axundov) ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə İsmayılov Ramil Məhəmməd oğlu İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 700 manat (yeddi yüz manat) məbləğində inzibati qaydada cərimə edilməsi, İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surətinin Bakı şəhəri Nizami rayon X1 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Ramil Məhəmməd oğlu apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, tətbiq edilmiş inzibati tənbeh tədbirinin yüngülləşdirilməsi və əməlin İXM-nin 333.3-cü maddəsindən 333.1-ci maddəsinə tövsif edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırmışdır ki, hadisədən dərhal sonra yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə nəqliyyat vasitəsini iki dəfə geri hərəkət etdirməyə cəhd göstərsə də, avtomobil yenidən idarəetməsindən kənar şəkildə hərəkət edərək qarşıda yerləşən nəqliyyat vasitəsinə çırpılmışdır. Hadisədən sonra aparılmış texniki baxış zamanı müəyyən edilmişdir ki, ona məxsus “Toyota Camry” markalı avtomobilin alt hissəsində, xüsusilə sükan idarəetmə mexanizmi (rul sistemi) ilə əlaqəli texniki nasazlıq mövcud olmuş və həmin nasazlıq nəqliyyat vasitəsinin idarə edilməsinə təsir göstərərək avtomobilin qeyri-iradi hərəkət etmasinə səbəb olmuşdur. Beləliklə, baş vermiş hadisə qəsdən və ya ehtiyatsız hərəkətlərin nəticəsində deyil, nəqliyyat vasitəsində mövcud olmuş texniki nasazlıq səbəbindən baş vermişdir. Bundan əlavə hadisə zamanı hər hansı güclü spirtli içki qəbul etməmiş, yalnız az miqdarda pivə qəbul etmişdir. Lakin hadisə yerində aparılmış müayinə nəticəsində guya qanında 7,169 promil spirt müəyyən edildiyi göstərilmişdir. Həmin nəticə faktiki vəziyyəti düzgün əks etdirmir va ə həmin müayinənin nəticələri ilə razı deyil. Alkoqol sərxoşluğu ilə bağlı obyektiv və tam qiymətləndirmə yalnız müvafiq ixtisaslaşmış tibb müəssisəsində, tibbi müayinə və zəruri laborator müayinələr əsasında aparılmalı idi. Bu səbəbdən hadisə yerində aparılmış müayinənin nəticələrinin obyektivliyi mübahisələndirilir. Bununla yanaşı, baş vermiş yol-nəqliyyat hadisəsi hər hansı alkoqol təsiri və ya sərxoşluq vəziyyətilə bağlı olmamiş, hadisənin əsas səbəbi idarə etdiyi nəqliyyat vasitəsində mövcud olmuş texniki nasazlıq olmuşdur. Avtomobilin idarəetmə sistemində yaranmış nasazlıq nəticəsində nəqliyyat vasitəsi idarəsindən kənar hərəkət etmiş və toqquşma baş vermişdir. Bundan əlavə, iş üzrə şəxsiyyəti, hadisədən sonraki davranışı və məsuliyyətdən yayınmaması nəzərə alınmalı olduğu halda, bu hallar məhkəmə tərəfindəm lazımi qaydada qiymətləndirilməmişdir. Tətbiq edilmiş inzibati tənbeh tədbiri hadisənin real hallarına uyğun olmadığından, həddindən artıq ağır olmaqla yanaşı, ədalətlilik və mütənasiblik prinsiplərinə ziddir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmayılov Ramil Məhəmməd oğlu şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında vəkil İsmayılov Səlimxan İsa oğlu apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş və məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Birinci instansiya məhkəməsi, mübahisəli hal üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı dinlənilmiş, toplanmış sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya baxışı zamanı şikayətin dəlilləri ilə müqayisədə inzibati iş üzrə toplanmış icraat materialları bir daha tədqiq və təhlil olunarkən, İsmayılov Ramil Məhəmməd oğlu barəsində tərtib edilmiş Bakı şəhəri Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli İXP 8044960 seriyalı inzibati xəta haqqında protokola münasibətdə “TOYOTA CAMRY” minik markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü tərəfindən sərxoş vəziyyətdə idarə edilməsi, bununla əlaqədar barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəətanın törədilməsi faktı təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları təkrarən sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün əsaslı hesab edir və şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati iş üzrə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2145/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2145/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver