Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2150/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Tələbkarın nümayəndəsi Kredo Vəkil Bürosunun vəkili nümayəndə2, Protokolu tərtib edən orqannin icra məmuru Əliyev İlham Seyfəddin oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsmayıl oğlunun vəkili və nümayəndəsi nümayəndə2 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** nömrəli “inzibati xəta haqqında iş üzrə” qərarının ləğv edilməsinə və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cimaddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza ilə, bir ayadək müddətə inzibati həbs tətbiq olunması ilə cəzalandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan qərarın qəbul edilməsi zamanı İnzibati Xətalar Məcəlləsinin çoxsaylı tələbləri pozulmuş və tamamilə əsassız olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Ona görə də aşağıdakı əsaslara görə həmin qərar apellyasiya qaydasında ləğv edilməklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək daha sərt olan inzibati həbs olaraq cəzalandırlmasına dair qərar qəbul edilməlidir. Hazırkı halda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərinin daha sərt cəza tənbehi mövcud olmuşdur. Belə ki, icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkar Zərərçəkmiş şəxs 23000 manat ödəməli idi.İcra sənədi 2016-cı ildən başlasa da hazırki günədək borclu cəmi 7830 manat pul ödəmiş, icra sənədinin icrasını tam təmin etməmiş, sonuncu dəfə ## ###### 2026-cı il tarixdə cəmi 150 manat ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özü də məhkəmə prosesi zamanı artıq Saatlı rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunmasını etiraf etmişdir. Lakin məhkəmə qərarında nədənsə bu fakt təsdiqini tapmamış və hakim tərəfdən nəzərə alınmamışdır. Eyni zamanda məhkəmədə borclu tərəf heç bir yerdə işləmədiyini, epilepsiya xəstəliyindən əziyyət çəkdiyini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhərində, 20-ci sahədə “Xəzər” adlı kafesini işlədir, gəliri kifayət qədər yüksəkdir. Həmçinin onun xəstə olması faktı heç bir rəsmi sənəddə əksini tapmır. Qeyd olunanlar sadəcə olaraq borclu tərəfin ödənişin ödəniməsindən yayınmaq üçün bəhanələrdir. Bu səbəbdən də, tələbkar tərəf olaraq şəxsin barəsində daha ciddi inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş edir. Apellyasiya baxışı zamanı iştirak edən tələbkarın nümayəndəsi Kredo Vəkil Bürosunun vəkili nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən Protokolu tərtib edən orqannin icra məmuru Əliyev İlham Seyfəddin oğlu apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Saatlı Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(***)-***/**** nömrəli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 23000 manat alınaraq Zərərçəkmiş şəxs İsmayıl oğluna verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında ## ######## 2016-cı il tarixli qərardan görünür ki, Saatlı Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli, 2(055)- ***/**** nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə Saatlı rayon icra şöbəsinin icra məmuru tərəfindən icraata başlanılmış, borcluya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. ## ###### 2025-ci il tarixdə icra sənədi borclunun yaşayış yeri Səbail rayonu ərazisi olduğundan Saatlı rayon icra şöbəsindən aidiyyəti üzrə Protokolu tərtib edən orqan göndərilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında ## ###### 2025 və ## #### 2026-cı il tarixli bildirişlərdən görünür ki, icra vərəqəsində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkara 15170 manat borcu vardır. Birinci instansiya məhkəməsinin iclasında borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, heç bir yerdə işləmir, epilepsiya xəstəliyindən əziyyət çəkir, sonuncu dəfə 150 manat pulu 2026-cı ilin fevral ayında ödəyib, ümumilikdə 23000 manat puldan 7830 manat ödəyə bilmişdir. İmkanı çatdıqca hər ay qismən müəyyən ödənişlər etmişdir. Hazırda heç bir yerdə işləmir. Məhkəmənin aktına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sonda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində yüngül həddə inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən cra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinəməsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Saatlı Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(***)-***/**** nömrəli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini hazırki günədək tam icra etməməsi nəticəsində İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması özünün izahatı, tələbkarın nümayəndəsinin və icra məmurunun izahatları, inzibati xəta haqqında protokol, iş materiallarında olan sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-nin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmənin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsmayıl oğlunun vəkili və nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin barəsindən icraat aparılan şəxsin bundan əvvəl artıq Saatlı rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq olunması və buna görə də onun 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cəzalandırlması barədə dəlillərini təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, habelə həmin xüsusatın apellyasiya baxışı zamanı iştirak edən Protokolu tərtib edən orqannin icra məmuru Əliyev İlham Seyfəddin oğlunun ifadəsinə əsasən öz təsdiqi tapmadığını qeyd edir. Məhkəmə apellyasiya şikayətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir ayadək müddətə inzibati həbs tətbiq olunması barədə dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin mübasihələndirilən qərarından göründüyü kimi məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində törədilmiş xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, epilepsiya xəstəliyindən əziyyət çəkməsini, buna görə də işləyə bilməməsini, əvvəllər məhkum olunmamasını, əmlak vəziyyətini, onun ümumi borc məbləğindən 7830 manat ödəniş etməsini, borc məbləğini mütəmadi olaraq ödəyəcəyinə məhkəmə iclasında söz verməsi kimi halları nəzərə alaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq ona qanuni və ədalətli inzibati tənbeh tədbiri təyin etmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə əsas müəyyən olunmur. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin vəkili və nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İsmayıl oğlunun vəkili və nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-2150/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2150/2026
21.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver