Məhkəmə qərarları › İş №3(3-6)-2152/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2152/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2152/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından barəsində qərar qəbul edilmiş “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “Azneft” İstehsalat Birliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli 00800-01161/26 EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə “Azneft” İstehsalat Birliyi İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından barəsində qərar qəbul edilmiş “Azneft” İstehsalat Birliyi apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən "Azneft" İstehsalat Birliyinin ünvanına göndərilən xam neft yükü Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində ##.##.2026-cı il tarixli ************** nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilmişdir. İş materiallarında olan yükə baxış keçirilməsi haqqında aktdan da görünür ki, "Azneft" İstehsalat Birliyinə məxsus saxlanca verilmiş 1210866 kq xam neft məhsuluna baxış keçirilmişdir. Baxış zamanı heç bir uyğunsuzluq aşkar edilməmişdir. Göründüyü kimi "Azneft" İstehsalat Birliyi tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmuş barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-102)-1843/2026 nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Rəsmiləşmə Mərkəzindən daxil olmuş *-******/***/****** saylı ##.##.2026-ci il tarixli raportda qeyd edilən ##.##.2026-ci il tarixdə “Azneft” İstehsalat Birliyi tərəfindən 01261000014772 sorğu nömrəli gömrük bəyannaməsi ilə mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmişdir. İş materiallarında olan yükə baxış keçirilməsi haqqında aktdan görünür ki, “Azneft” İstehsalat Birliyinə məxsus saxlanca verilmiş 1210866 kq xam neft məhsuluna baxış keçirilmişdir. Baxış zamanı heç bir uyğunsuzluq aşkar edilməmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində “Azneft” İstehsalat Birliyində “Marketing və İqtisadi Əməliyyatlar” İdarəsinin Nəqliyyat-ekspedisiya şöbəsinin rəis müavini vəzifəsində çalışan X1 izahatında bildirmişdir ki, Rusiya Federasiyası Moskva şəhərində yerləşən “xxxx" MMC tərafindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Neft Şirkəti ’’Azneft” İstehsalat Birliyinin ünvanına göndərilən xam neft adlı yük Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsındə ##.##.2026-cı il tarixli ************** nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüşdür. Sözügedən yüklərin rəsmiləşdirilməsi üçün tələb olunan müvafiq azadolma ilə bağlı sənədləri ala bilmədiyimiz üçün prosedur üzrə malların saxlancda qalma müddəti tərəfimizdən pozulmuşdur. Saxlancda qalma müddəti pozulsa da, mallar müəssisənin anbarındadır və istifadə olunmamışdır. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən icraatın başa çatdırılması haqqında raportdan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin baş təhqiqatçısı, R X2 ## ### 2026-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinən ünvan 1 ünvanında qeydiyyatda olan “Azneft” İstehsalat Birliyi barəsində *****-*****/** saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdıraraq ““Azneft” İstehsalat Birliyi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi “Azneft” İstehsalat Birliyi barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və haqlı olaraq hüquqi şəxsi İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib, barəsində inzibati tənbeh tədbiri tətbiq etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsan Respublikası Gömrük Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir. İXM-in 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi “Azneft” İstehsalat Birliyi barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, cəmiyyətin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdr. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-102)- 1843/2026 nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin “Azneft” İstehsalat Birliyi-nin İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar