Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2153/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Zərərçəkmiş şəxs Sadıqov Xaliqverdi Allahverdi oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam.verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən “xxxx” MMC-nin barəsində icra sənədi üzrə tələbin icra edilməməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli icra vərəqəsinə əsasən ərizəçilər X3 və Zərərçəkmiş şəxs məxsus Novruzov qardaşları 89 ünvanındakı evin və torpaq sahəsinin ətrafında hər hansı tikinti-söküntü və qazıntı işlərinin aparılması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qadağan edilmişdir. İcra vərəqəsi icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədi üzrə tələbin təmin olunması üçün müvafiq qərar və bildiriş təqdim edilmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC icra sənədi üzrə tələbin qanunda müəyyən edilmiş müddətdə icra olunmasından boyun qaçırmışdır. Qeyd edilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Sadıqov Xaliqverdi Allahverdi oğlu apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində həmin normada göstərilən məbləğdə cərimə edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ** saylı ünvanda xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsində yerləşən və xüsusi mülkiyyətdə olan 105 kvadrat metr sahəsi olan fərdi həyət evi bizim mülkiyyətimizdədir (1/2 pay Sadıqov Xaliqverdi Allahverdi oğlu, ^ pay isə X4 və X3 mülkiyyətindədir). Qeyd edilən fərdi həyət evinin əsas mülkiyyətçisi olmuş Allahverdi Sadıqov ## ###### 2021-ci il tarixdə məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyinin qanunsuz hərəkətləri nəticəsində dünyasını dəyişmişdir. Belə ki, son dövrlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin əməkdaşları rəhbərliyinin tapşırığı ilə axşam düşən kimi gizlicə evin suyunu, qazını və işığını bayırdan kəsirlər. Nəticədə evdə istilik olmur və evdə yaşayan yaşlı sakinlər üçün narahatlıq yaranırdı. Məhz “xxxx” şirkətinin əməkdaşlarının bu əməlləri nəticəsində SSRİ X1 Heyətinin fəxri fərmanı və Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif edilmiş, 50 ilə yaxın müəllimlik etmiş, şəhid atası Sadıqov Allahverdi Əli oğlu xəstələnmiş və dünyasını dəyişmişdir. Bakı şəhər İcra Hakimiyyətinin ** nömrəli, ##.##.2020-ci il tarixli sərəncamı ilə, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan sahənin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerinə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayaış sahələrinin tikintisi məqsədi ilə həmin tikililərin yerləşdiyi 42258 ha torpaq sahəsinin icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilməsi müəyyən edilmişdir.Həmin sərəncamın 1.1-ci bəndinə əsasən, ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vsaitin ödənilməsi və sakinlərin köçürülməsi “xxxx” MMC-yə həvaalə edilmişdir. Bundan sonra “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ** saylı ünvanda iddiaçıların xüsusi mülkiyyətlərində olan 0,0185 ha torpaq sahəsi və orada yerləşən 105 kvadrat metr sahəsi olan fərdi həyət evinin ətrafında söküntü işləri aparılır, ərazidə su, qaz, işıq və digər komunnal xidmətlərin xəttləri qanunsuz olaraq kəsilir. Bu isə bizim mülkiyyət hüquqlarımızı pozmaqla yanaşı, hazırda mülkiyyətimizdən istifadəyə ciddi maneələr yaradır. Demək olar ki, üç ildən artıqdır ki, mülkiyyətçilər öz mülkiyyətlərində olan evdə yaşaya bilmirlər. Bu müddətdə isə cavabdehin nümayəndələri evin ətrafını dağıtmış, fərdi həyət evini yaşayış üçün yararsız vəziyyətə salmışdır. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC 2021-ci ildə Zərərçəkmiş şəxs, Sadıqova Kəhriz və Sadıqov Misrəddinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət etmiş, iddia ərizəsində mülkiyyətçilərə MMC tərəfindən tikiləcək binada 222 kvadrat metr təmirli mənzilin verilməsi, həmçinin mənzilin onlara təhvil verilmıəsindədək hər birinə hər ay 500 manat kirayə haqqı ödənilməsini tələb etmişdir. “xxxx” MMC-nin fəaliyyəti nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar 2021-ci ilin dekabr ayından etibarən orada yaşamaq mümkün olmamışdır. X3 və Sadıqov Xaliqverdi Allahverdi oğlu Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh inzibati orqanın ** saylı ##.##.2020-ci il tarixli sərəncamının onlara aid olan hissədə ləğv edilməsi və cavabdehə onlara aid torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qadağan edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin ** №-li, ##.##.2020-ci il tarixli sərəncamının mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ** saylı ünvanda xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi, cavabdeh orqana onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. “xxxx” MMC-nin iddiası üzrə Nəsimi rayon məhkəməsində olan mülki işin icraatı inzibati mübahisəyə baxılıb yekunlaşdırılanadək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ##### 2024cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin # ##### 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilərək Bakı Şəhər İcra Hakimiyyətinin ** nömrəli ##.##.2020-ci il tarixli sərəncamı iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ** saylı ünvanda olan 0,0185 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız sayılmışdır. Apellyasiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “...Apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxışdan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 89 və torpaq sahəsindən 1/2 hissə ##.##.2021-ci il qeydiyyat tarixi, 1121092603 qeydiyyat nömrəsi ilə Zərərçəkmiş şəxs, Fərdi ev və torpaq sahəsindən 3/8 hissə ##.##.2022-ci il qeydiyyat tarixi, 1122088063 qeydiyyat nömrəsi ilə X4 və fərdi ev və torpaq sahəsindən 1/8 hissə 1122088088 qeydiyyat tarixi, 1122088088 qeydiyyat nömrəsi ilə X3 adına qeydiyyata alınmışdır iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən nəzərə alınmamışdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir”. “Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırmanı Avropa İnsan Haqları Konvensiyasının * saylı Protokolun 1-ci maddəsi üzrə olan araşdırma sxeminə zidd şəkildə apararaq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, mübahisələndirilən sərəncamın iddiaçıların mülkiyyətinə müdaxilə olduğu işin mübahisəsiz halıdır. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir, keçirilmiş ekspert rəyi və aparılan araşdırmaya əsasən qanuni olmamışdır”... “Hazırki işdə inzibati orqan tərəfindən iddiaçıların mübahisələndirdiyi sərəncam qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam birbaşa iddiaçıların mülkiyyət hüququna toxunur, iddiaçılar həmin inzibati icraata cəlb edilməmiş, dinlənilməmiş və beləliklə də, cavabdeh inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmadığı müəyyən olunur. Həmin halları təkzib edə biləcək sübutları məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan təqdim edə bilməmişdir” “Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- ****/**** saylı 0# ##### 2022-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıların Bakı Şəhər İcra Hakimiyyətinin ** nömrəli, ##.##.2020-ci il tarixli sərəncamının iddiaçıların mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi ** saylı ünvanda olan 0,0185 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız sayılmasına dair iddiası təmin edilməlidir”. Apellyasiya instansiyası məhkəməsində həmçinin iş üzrə ekspertiza təyin edilmiş ekspert tərəfindən müəyyən edilmişdir ki, cavabdehin ərazidə apardığı söküntü və tikinti işləri nəticəsində iddiaçıların mülkiyyətində olan fərdi ev qəzalı vəziyyətə düşmüşdür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən qərarından hazırki iddia ərizəsi üzrə cavabdeh tərəfindən üçüncü şəxs qismində kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Beləliklə, inzibati iş üzrə icaat zamanı təsdiq edilmişdir ki, müvafiq torpaq sahəsi və fərdi həyət evi iddiaçıların mülkiyyətində olmaqla, ona hazırki iddia üzrə cavabdehin və digərlərinin müdaxiləsi qanunsuzdur, cavabdehin ərazidəki fəaliyyəti nəticəsində iddiaçıların mülkiyyətində olan fərdi həyət evi qəzalı vəziyyətə salınmışdır. İnzibati işə baxılıb qurtardıqdan sonra Sadıqov Xaliqverdi Allahverdi oğlu və Sadıqova Kəhriz Əliİskəndər qızı tərəfindən “xxxx” MMC-yə qarşı kompensasiyanın ödənilməsi və s. tələblərlə Nəsimi rayon məhkəməsinə müraciət edilmişdir. Eyni zamanda, “xxxx” MMC-nin ərazidə tikinti-söküntü işlərinə davam edərək iddiaçıların fərdi evlərinin qəzalı vəziyyətə salınması davam etdiyinə görə məhkəməyə ərizə ilə müraciət edilərək ərazidə tikintisöküntü işlərinin aparılmasının “xxxx” MMC-yə qadağan edilməsi xahiş edilmiş, ərizə təmin edilmişdir. Məhkəmənin qərarı qüvvəyə minmiş və Nəsimi Rayon Məhkəməsinin e-**(***)- ***/**** saylı, ## ####### 2025-ci il tarixli icra vərəqəsi icra edilmək üçün Nəsimi rayon icra və probasitya şöbəsinə göndərilmişdir. Lakin “xxxx” MMC məhkəmə qərarına da məhəl qoymayaraq ərazidə - icra işi üzrə tələbkarlara məxsus fərdi evə bitiş yerdə və fərdi evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini də əhatə etməklə çoxmərtəbəli bina üçün çalov (katlavan) qazıntısını davam etdirmiş, nəticədə fərdi evin bir hissəsi və onun yerləşdiyi torpaq sahəsinin bir hissəsi həmin çalova üçub tökülmüşdür. Nəsimi rayon məhkəməsinin qərarının “əsaslandığı” hallar: Nəsimi rayon məhkəməsinin hakimi işə baxılmasının yeri və vaxtı barədə tələbkarla məlumat vermədən işə baxaraq tamamilə qərəzli şəkildə belə nəticəyə gəlmişdir ki, “işin hallarındangöründüyü kimi, hazırki iş üzrə borclu tərəfindən icra sənədi üzrə tələb icra edilmişdir”. Şikayətin dəlilləri: Azərbaycan Respublikasının İnzibati Xətalar Mcəlləsinin 128.1-ci maddəsinə əsasən, zərər çəkmiş şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Yuxarıda da qeyd edildiyi kimi “xxxx” MMC məhkəmə qərarına məhəl qoymayaraq ərazidə - icra işi üzrə tələbkarlara məxsus fərdi evə bitiş yerdə və fərdi evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini də əhatə etməklə çoxmərtəbəli bina üçün çalov (katlavan) qazıntısını davam etdirmiş, nəticədə fərdi evin bir hissəsi və onun yerləşdiyi torpaq sahəsinin bir hissəsi həmin çalova üçub tökülmüşdür. Yəni “xxxx” MMC tərəfindən Nəsimi rayon Məhkəməsinin qəraının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməmiş, nəticədə həmin məhkəmə qərarının çıxarılma məqsədi olan fərdi həyət evinin vəziyyəti saxlanılmamış, əksinə dağıdılmışdır. Bu şikayətə əlavə edilən fotoşəkillər bunu bir daha təsdiq edir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Nəsimi rayon icra şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir, proses iştirakçıları isə onun iştirakı olmadan işə baxılmasına etiraz etməmişlər. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Sadıqov Xaliqverdi Allahverdi oğlu verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və “xxxx” MMC-nin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə verilmiş apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyib, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e**(***)- ***/**** saylı, ## ####### 2025-ci il tarixli icra vərəqəsinə əsasən ərizəçilər X3 və Zərərçəkmiş şəxs məxsus Novruzov qardaşları 89 ünvanındakı evin və torpaq sahəsinin ətrafında hər hansı tikinti-söküntü və qazıntı işlərinin aparılması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qadağan edilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli icra vərəqəsi üzrə tələbin 10 gün müddətində könüllü şəkildə icra edilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə təklif edilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən belə nəticəyə gəlmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə tələb icra edildiyindən, həmçinin icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəmsinin hakiminin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada borclunun icra məmurunun qanuni tələblərini yalnız üzrsüz səbəbdən yerinə yetirməməsi həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş tərəfindən məhkəməyə təqdim edilən fotoşəkillərdən müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e**(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli icra vərəqəsinə əsasən ərizəçilər X3 və Zərərçəkmiş şəxs məxsus Novruzov qardaşları 89 ünvanındakı evin və torpaq sahəsinin ətrafında hər hansı tikinti-söküntü və qazıntı işlərinin aparılması Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qadağan edilsə də, “xxxx” MMC məhkəmənin verdiyi icra vərəqəsinə məhəl qoymayaraq ərazidə - icra işi üzrə tələbkarlara məxsus fərdi evə bitiş yerdə və fərdi evin yerləşdiyi torpaq sahəsinin bir hissəsini də əhatə etməklə tikinti-söküntü işlərinə davam edərək tələbkarların fərdi evlərinin qəzalı vəziyyətə salmışdır. Bununla yanaşı qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı, vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 234-cü maddəsinə əsasən Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin hakiminin borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə gəldiyi nəticə ziddiyyətli olmaqla hazırki vəziyyətdə qanuni hesab edilə bilməz. Hesab edirəm ki, zərərçəkmiş şəxs Sadıqov Xaliqverdi Allahverdi oğlu tərəfindən verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı şikayətə əsasən ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 3000 (üç min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlardan biri qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq qərara alıram: Zərərçəkmiş şəxs Sadıqov Xaliqverdi Allahverdi oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam.verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə əsasən ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 3000 (üç min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq olunsun. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2153/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2153/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver