Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2154/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsi nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ##.##.2025-ci il tarixdə Nəsimi rayonu, ünvan 1 ünvanında işıqforun icazə verilən işığında keçdikdən sonra YPX əməkdaşı onu saxlamış və qırmızı işıqda keçdiyini bildirmişdir. O, polis əməkdaşı ilə razılaşmamış, tabletində göstərdiyi görüntüdən bunun aydın görünmədiyini və qərarı mübahisələndirəcəyini bildirmişdir. Lakin barəsində IXP ******* nömrəli protokol və onun əsasında isə qərar qəbul edilərək IXM-nin 327.2-ci maddəsi ilə 100 manat 3 bal ilə cərimə edilməyi barədə bildiriş gəlmişdir. Asanpay kabinetinə baxdıqda isə orada yol verdiyi iddia edilən inzibati xətaya dair kabinetdə hər hansı sübuta rast gəlməmişdir. Qərarı bayramdan sonra martın 31-də yaxınlaşıb götürmüşdür. Beləliklə, hazırda barəsində tərtib edilmiş həmin qərarı qanunsuz və əsassız hesab edərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Bakı şəhəri Baş Polis Idarəsi X1 Idarəsinə geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsi şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş TP ******* nömrəli, ## #### 2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. Inzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı,, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qaydada tərtib edilmişdir. Hakim iş üzrə toplanmış sübutlara tam və obyektiv hüquqi qiymət verməmişdir, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli vəzifəli şəxs tərəfindən xidməti vəzifələrinin icrası zamanı bilavasitə aşkar edilmiş hüquqpozma əsasında tərtib edilmiş rəsmi prosessual sənədlərdir. Bu sənədlər Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş sübut növlərindən hesab olunur və məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Hakim yalnız video və ya foto materialın təqdim edilməməsinə əsaslanaraq inzibati tənbeh haqqında qərarın qanunsuz olması nəticəsinə gəlmişdir. X3 Məcəlləsinin müddəalarına əsasən, inzibati xəta yalnız texniki vasitələrin məlumatları ilə deyil,- həmçinin inzibati xəta haqqında protokol, vəzifəli şəxsin müşahidəsi və digər prosessual sənədlərlə də sübuta yetirilə bilər. Inzibati xəta bilavasitə yol patrul xidməti əməkdaşı tərəfindən aşkar edilmiş, sürücü saxlanılmış, onun etirazı nəzərə alınaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilmişdir. Bu hallar hakim tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Hakim qərarda inzibati orqanın nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsini və əlavə sübut təqdim etməməsini qərarın ləğvi üçün əsas kimi qiymətləndirmişdir. Lakin nümayəndənin iştirak etməməsi özlüyündə inzibati qərarın qanunsuz hesab edilməsi üçün mütləq əsas deyildir. Hakim işdə olan mövcud sübutlara hüquqi qiymət verməli, onların kifayət edib-etmədiyini müəyyən etməli idi. Bundan əlavə, hakim qərarda inzibati orqanın araşdırmanı natamam apardığı göstərilsə də, eyni zamanda şəxsin təqsiri barədə hüquqi nəticələrə gəlmişdir. Bu isə işin yenidən araşdırılması məqsədi ilə qəbul edilmiş qərarin mahiyyəti ilə uyğunluq təşkil etmir. Hesab edir ki, birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsi qaydalarını düzgün tətbiq etməmiş, işin hallarını natamam araşdırmış və nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının IXM-in 124-cü maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulması yəni səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, protokol və qərar dərhal tərtib oluna bilər. Hazırkı işdə qayda pozuntusu YPX inspektoru tərəfindən yerində aşkar edilmiş, inzibati xəta haqqında protokol qanuni qaydada tərtib edilmişdir. Hakimin mövqeyi tam olaraq Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa və X6 tələblərinə ziddir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin dəlillərinə uyğun çıxış etmiş, məhkəməyə inzibati xətaya dair səsləri əks etdirən video disk təqdim edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə prosesinə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Işə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsinin tələbini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. X6 vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXM-nin 2-ci maddəsi). IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Şikayətin dəlillərini işin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. Məhkəmə qeyd edir ki, qanunvericilik hər bir iş üzrə mütləq qaydada inzibati xəta hadisəsini mövcudluğunu təsdiq edən video görüntünün və foto şəkillərin olmasını təsbit etməmişdir. Eyni zamanda, hazırkı iş üzrə inzibati xəta hadisəsinin mövcudluğu vizual şəkildə aşkar edilmiş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə əsasən aşkar edilmiş yol hərəkəti qaydalarının pozuntusu faktı üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayətindən də inzibati tənbeh vermə haqqında qərarın əsassız olmadığı görünür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; IXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Eyni zamanda səlahiyyətli orqan tərəfindən təqdim edilmiş vidooyazı ilə Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyi müəyyən edilmiş, birinci instansiya məhkəməsinin onun əməlində inzibati xəta tərkibinin olmamasına dair qənaəti əsaslı olmamışdır. Səlahiyyətli orqan toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq etmiş və həmin sübutlar əsasında Qərardan şikayət verən orqan (şəxs)un ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini IXM-in 327.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Odur ki, apellyasiya qaydasında şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilməməli, TP ******* nömrəli, ## #### 2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.2, 135.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) TP ******* nömrəli, ## #### 2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.2-ci maddəsi ilə tənbeh edilməsinə dair TP ******* nömrəli, ## #### 2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2154/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2154/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver