Məhkəmə qərarları › İş №3(3-6)-2156/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2156/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2156/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, X5 Oruc qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Abbasova Vəcihə İsrafil qızı Maraqlı şəxs X1 nümayəndəsi X6, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin nümayəndəsi İbrahimli İsrafil Səbuhi oğlunun iştirakı ilə, Abbasova Vəcihə İsrafil qızının Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarından Abbasova Vəcihə İsrafil qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Abbasova Vəcihə İsrafil qızının Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin 2-ci ərazi X2 İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən obyektin icarədarı Abbasova Vəcihə İsrafil qızı Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan narazı qalan Abbasova Vəcihə İsrafil qızı apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində iş üzrə icraat aparılan Abbasova Vəcihə İsrafil qızı şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin nümayəndəsi İbrahimli İsrafil Səbuhi oğlu şikayətə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X1 nümayəndəsi X6 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə toplanmış materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “Yanğın-texniki müayinənin aparılması haqqında” ##.##.2026cı il tarixli, *-**-**/Q-****/**** saylı qərardan görünür ki, Abbasova Vəcihə İsrafil qızının icarədarı olduğu ünvan 1 ünvanında yerləşən. obyektdə ##.##.2026-##.##.2026-cı il tarixdə plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan ##.##.2026-cı il tarixli, KY********* saylı çıxarışdan görünür ki, Abbasova Vəcihə İsrafil oğlunun icarədarı olduğu ünvan 1 ünvanında yerləşən obyektə ##.##.2026- ##.##.2026-cı il tarixlərdə plan üzrə (növbəti) müayinənin aparılmasına icazə verilir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, Q-**** nömrəli “Yanğın-texniki müayinə Aktı”na əsasən Abbasova Vəcihə İsrafil qızının icarədarı olduğu ünvan 1 ünvanında yerləşən obyektdə müayinə zamanı aşağıdakı qanun pozuntuları aşkar olunmuşdur: yoxlama prosesində yoxlama keçirilməsinə şərait yaradılmamışdır. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən edir ki, Abbasova Vəcihə İsrafil qızının əməlində Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri yoxdur. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, yoxlama obyekti olan əmlak başqa şəxsin mülkiyyətindədir. Abbasova Vəcihə İsrafil qızı əmlakın nə mülkiyyətçisi, nə də istifadəçisidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin nümayəndəsi İbrahimli İsrafil Səbuhi oğlu izahatında əlavə olaraq qeyd etmişdir ki, ünvan göstərilibsə yoxlama həmin obyekt üzrə aparılır. Həmçinin həmin obyekt üzrə VÖEN dəyişdirilməyib. Maraqlı şəxs X1 nümayəndəsi X6 bildirmişdir ki, ona zəng edib yoxlama barədə xəbər verdilər. O isə qeyd etmişdir ki, rəsmi sənədlə gəlsinlər, qayda pozuntusu varsa, protokol rəsmi qaydada təqdim olunmalıdır. Həmin vaxt Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin nümayəndələri ona məlumat verdilər ki, 2-3 gündən sonra yenidən gələcəklər. Adına rəsmi protokol olunmadan yoxlamağa icazə verə bilməzdi. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir - 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Belə ki, Abbasova Vəcihə İsrafil qızının Azərbaycan Respublikasının İXM-nin 602.4cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq olunmur. Həmçinin Azərbaycan Respublikasının İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qeyd edilmiş halları aydınlaşdırmadan gəldiyi nəticə yanlış olduğundan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Abbasova Vəcihə İsrafil qızının apellyasiya şikayəti təmin edilsin. Abbasova Vəcihə İsrafil qızının Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ləğv edilsin. Abbasova Vəcihə İsrafil qızı barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar