Məhkəmə qərarları › İş №3(3-6)-2158/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2158/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2158/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun direktoru İsmayılov Sabir Ramiz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmələrinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru İsmayılov Sabir Ramiz oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanındaProtokolu tərtib edən orqan tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru İsmayılov Sabir Ramiz oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş ##.##.2026cı il tarixli, MN ******* saylı protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollara əlavə edilmiş sənədlərə baxılarkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru (işəgötürən) İsmayılov Sabir Ramiz oğlu tərəfindən ƏM-nin 7 və 49-cu maddələrinin tələbləri pozularaq X2 əmək müqaviləsi bağlanılmadan iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru İsmayılov Sabir Ramiz oğlu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru İsmayılov Sabir Ramiz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək müvafiq olaraq 20.000 manat və 3.000 manat məbləğində cərimə edilmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru İsmayılov Sabir Ramiz oğlu apellyasiya qaydasında şikayətlər verərək həmin qərarın və MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokolun ləğv olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətləri oxşar məzmunda tərtib edilmiş və şikayətin dəlilləri qismində göstərilmişdir ki, X2 və X4 ilə həmin dövrdə xxxx MMC arasında heç bir əmək münasibəti olmamışdır. xxxx MMC-də 15 nəfər işçi işləmiş və onların hər biri ilə əmək müqaviləsi bağlanılaraq ƏMAS-da qeydiyyatdan keçmişdir. X2 və X4 ilə heç bir əmək münasibətləri olmadığından onlar ilə əmək müqavilasi bağlanılmamış və onlar MMC-də hər hansı bir əmək fəaliyyətinə cəlb edilməmişdir. Yalnız xxxx MMC ilə X5 arasında ##.##.2025-ci il tarixdə 99LR 969 DQN-lı, X1 Yük markalı avtomobillə bağlı icarə müqaviləsi mövcuddur. Müqavilənin 5.3. bəndinə əsasən texniki nasazlıqla bağlı avtomobil həmin vaxtı mülkiyyətçinin sərəncamında olmuş və Elvin Məhərrəmov idarə etmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC ilə X2 arasında ##.##.2025-ci il tarixdə Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə ayı 600 manat olmaqla köməkçi maliyəçi xidməti göstərmişdir. Bununla bağlı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindənProtokolu tərtib edən orqan məktub göndərilmişdir. İş materiallarından da aydın olur ki, X2 və X4 ilə həmin dövrdə xxxx MMC arasında heç bir əmək münasibati olmamışdır. Həmçinin bununla bağlı X2 və X4 məhkəmə iclasına gəlib izahat verəcəklər Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin direktoru İsmayılov Sabir Ramiz oğlu məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sabunçu RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, R Məhəmmədli Fətəliyev tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin hüquqlarının pozulması ilə bağlı qanunsuzluqlar barədə qanuna müvafiq qaydada tədbirlər görülməsindən ötrü qəbul edilmiş qərar icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X6 Xidmətinə göndərilmişdir. Həmin icraat çərçivəsində izahatı alınmış X2 bildirmişdir ki, o, 2025-ci ilin dekabr ayından Sumqayıt şəhərində "Mal bazarı” adlanan yerin yaxınlığında yerləşən dəmir tullantılarının satışı ilə məşğul olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-də maliyyəçi vəzifəsində işləyir. O, əsas olaraq müəssisənin mühasibat işlərində köməklik göstərir. Aylıq əmək haqqi 600 manat civarındadır. O, aylıq əmək haqqını həmin müəssisənin mühasibi Pərvin adlı şəxsdən alır. O, həmin yerdə əmək müqaviləsi olmadan işləyir. X4 isə izahatında 3 aydır ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMCdə fəhlə və sürücü olaraq çalışdığını, lakin əmək müqaviləsinin olmadığını bildirmişdir. İşin hallarından məlum olduğu kimi, X2 və X4 hər ikisi də barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxslə əmək münasibətlərində olmuş, lakin həmin şəxslərlə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC tərəfindən əmək müqaviləsi bağlanılmamışdır. Bütün bu halların mövcudluğu da barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin və onun direktorunun əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tərkibi əlamətlərinin mövcudluğuna dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair # ### 2026-cı il tarixli qərarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətlərdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və onun direktoru İsmayılov Sabir Ramiz oğlu tərəfindən ayrı-ayrılıqda apellyasiya qaydasında verilmiş şikayətlər təmin edilməsin. xxxx” MMC və onun direktoru İsmayılov Sabir Ramiz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmələrinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar