Məhkəmə qərarları › İş №3(3-6)-2159/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2159/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2159/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi – X5, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs – Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati xəta haqqında icraatın başlanması barədə ##.##.2026-cı il tarixli qərarı əsasında Qərarından şikayət verilən orqan tərəfindən barəsində ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarla o, razı deyil. Prokurorluq tərəfindən qəbul edilmiş qərarın heç bir əsası yoxdur. İnzibati başqa bir klinikada baş vermişdir. İnzibati xəta ilə bağlı həm hüquqi şəxs barəsində protokol tərtib edilmiş, həm də onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hüquqi şəxs barəsində başlnamış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Odur ki, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim: Vüsal Tağıyev) *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin həmin qərarından narazı qalan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş ##.##.2026-ct il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı hesab edilərək, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin əsasız hesab edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin ##.##.2026-cı il tarixli qərarı ilə "Reo-X1" MMC və həmin hüquqi şəxsin vəzifəli şəxsi Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Toplanmış materiallardan müəyyən edilmişdir ki, müəssisəyə verilmiş lisenziyada nəzərdə tutulmayan tibbi fəaliyyət həyata keçirilmiş, plastik cərrahiyyə və kosmetoloji xidmətlər göstərilmiş və qanunvericilikdə nəzərdə tutulmuş sertifikasiyaya malik olmayan şəxs tibbi fəaliyyətə cəlb edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin Binəqədi Rayon Məhkəməsi həmin qərarı ləğv etmiş və inzibati icraata xitam vermişdir. Hesab edilir ki, məhkəmənin gəldiyi nəticə qanunsuz, əsassız olmaqla maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması nəticəsində qəbul edilmişdir. Məhkəmə sübutları tam və obyektiv qiymətləndirməmişdir, inzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən hakim sübutları onların məcmusu üzrə hərtərəfli, tam və obyektiv araşdırmaqla qiymətləndirməlidir. Lakin birinci instansiya məhkəməsi bu tələbi yerinə yetirməmişdir. Məhkəmə qərarında yalnız şikayətçinin mövqeyinə üstünlük verilmiş, inzibati orqan tərəfindən toplanmış materiallar isə faktiki olaraq qiymətləndirilməmişdir. İş materiallarında mövcud olan Baş prokurorluğun qərarı, aparılmış araşdırma materialları, yoxlama sənədləri, tibbi fəaliyyətlə bağlı müəyyən edilmiş faktlar və lisenziya üzrə fəaliyyət istiqamətləri ayrılıqda və qarşılıqlı əlaqədə qiymətləndirilməmişdir. Məhkəmə sadəcə "sübut olunmamışdır" nəticəsinə gəlmiş, lakin bunun hansı sübutlarla təkzib olunduğunu göstərməmişdir. Bu isə qərarın əsaslandırılması prinsipini pozur. Hüquqi şəxsin məsuliyyəti ilə vəzifəli şəxsin məsuliyyəti tamamilə müxtəlif hüquqi institutlardır. Məhkəmə qərarının əsas arqumentlərindən biri ondan ibarətdir ki, "Reo- X1" MMC barəsində inzibati icraata xitam verildiyindən vəzifəli şəxs də məsuliyyət daşımamalıdır. Bu nəticə hüquqi baxımdan tamamilə yanlışdır. İnzibati Xətalar Məcəlləsi hüquqi şəxslə vəzifəli şəxsin məsuliyyətini müstəqil məsuliyyət növü kimi müəyyən edir Hüquqi şəxsin məsuliyyətdən azad edilməsi vəzifəli şəxsin də avtomatik məsuliyyətdən azad edilməsinə səbəb olmur. Çünki hüquqi şəxsin obyektiv tərəfi ayrıca qiymətləndirilir, vəzifəli şəxsin təqsiri ayrıca müəyyən edilir, onların sübut predmetləri fərqlidir və onların məsuliyyət əsasları fərqlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsasən də hüquqi şəxsin və fiziki şəxsin məsuliyyəti biri digərini istisna etmir. Bu baxımdan məhkəmə hüququ yanlış tətbiq etmişdir. Baş Prokurorluğun qərarının hüquqi qüvvəsi nəzərə alınmamışdır. İnzibati icraat Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin qəbul etdiyi qərar əsasında başlanmışdır. Birinci instansiya məhkəməsi həmin qərarın hüquqi əhəmiyyətini faktiki olaraq nəzərə almamışdır Halbuki həmin qərar səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmişdir, araşdırılmış materiallara əsaslanır, inzibati xəta əlamətlərini müəyyən etmişdir, inzibati icraatın başlanılması üçün kifayət qədər hüquqi əsas hesab edilmişdir. Məhkəmə həmin qərarın hansı hissəsinin qanunsuz olduğunu göstərmədən onu faktiki olaraq sübut kimi qəbul etməmişdir. Bu isə sübutların qiymətləndirilməsi qaydalarının pozulmasıdır. Eyni zamanda məhkəmə qərarında göstərmişdir ki, müddət keçmişdir. Lakin inzibati işin axını Baş prokurorluğunun qərarın bitdiyi vaxtan hesablanmalıdır. Məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs – Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İXM-nin 133.2.4ci maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edilmişdir. Təqdim olunmuş materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, tərəflərin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli qərardan görünür ki, Vəzifəli şəxs, “REO-X1” MMC-nin hazırda qüvvədə olan, ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən baş direktoru X2 MMC- nin ünvan 1 ünvanında, “X3” adı altında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün MMC-yə verdiyi ##.##.2026-cı il tarixli, müddətsiz, “088687” nömrəli lisenziyanın göstərilən ünvanda icazə verilən ambulator və stasionar tibbi xidmətlərin siyahısı barədə əlavəsinə əsasən stasionar olaraq “ümumi cərrahiyə” xidmətinin yalnız “ümumi cərrahiyə” və “ambulator” xidmətin yalnız “dermotologiya” xidmətlərin yalnız “dermatoloji” alt bölməsi üzrə tibbi xidmət göstərməyə icazəsi olduğu halda onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar “Dermatologiya” xidmətinin “kosmetoloji” alt bölməsinə aid tibbi fəaliyyəti həyata keçirib xidmət göstərdiyindən, həmçinin ali və ya orta ixtisas tibb təhsili və ya qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan Vüsal Abbasovu həkim-plastik cərrah olaraq 2025-ci ilin noyabr ayında tibbi xidmətlərin yerinə yetirilməsi işlərinə cəlb etmiş və bununla da, Azərbaycan" Respublikası İXMin 215.1 və 215.4-ci maddələrində nəzərdə tutulmuş sağlamlığın qorunması sahəsində şəxslərin hüquqlarının pozulması inzibati xətalarını törətmişdir. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərara əsasən “Reo-X1” MMC-nin baş direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən barəsində 900 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən “Reo-X1” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə ##.##.2026-cı il tarixli qərar baxılması üçün məhkəməyə göndərilmiş, hüquqi şəxs “Reo-X1” Məhdud Məsuliyyətli barəsində Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət orqan və müəssisələrinin rəyini (razılığını) alır. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə “Reo- X1” Məhdud Məsuliyyətli barəsində Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən “Reo-X1” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə ##.##.2026-cı il tarixli qərara məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən hüquqi şəxsə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi üzrə irəli sürülmüş ittiham ondan ibarət olmuşdur ki, “Reo-X1” MMC verilmiş lisenziyada nəzərdə tutulmayan tibbi fəaliyyət həyata keçirmişdir. Lakin iş materiallarında ilk növbədə həmin “lisenziyadan kənar tibbi fəaliyyətin” konkret nədən ibarət olması belə aydın və birmənalı qaydada müəyyən edilməmişdir. Belə ki, inzibati orqan bir tərəfdən “kosmetoloji fəaliyyət” anlayışına istinad etmiş, digər tərəfdən isə faktiki olaraq “üz gərmə əməliyyatı”ndan bəhs etmişdir. Halbuki “kosmetoloji prosedur”, “plastik-estetik müdaxilə”, “üz gərmə əməliyyatı”, “dermatoloji xidmət” və “ümumi cərrahi müdaxilə” tibbi və hüquqi baxımdan fərqli anlayışlardır və bunların hansı tibbi fəaliyyət növünə aid edilməsinin müəyyən olunması xüsusi tibbi bilik tələb edir. İnzibati orqan isə həmin məsələlərin aydınlaşdırılması üçün hər hansı ekspertiza keçirməmiş, aidiyyəti mütəxəssis rəyi almamış, əməliyyatın konkret olaraq hansı tibbi xidmət növünə aid olmasını müəyyən etməmişdir. Bu səbəbdən hüquqi şəxsə istinad edilən fəaliyyətin doğrudan da verilmiş lisenziyadan kənar tibbi xidmət hesab olunub-olunmaması iş üzrə sübuta yetirilmiş hesab edilə bilməz. Həmçinin iş materiallarında əməliyyatı həyata keçirdiyi iddia olunan şəxslərlə bağlı ciddi ziddiyyətlər və qeyri-müəyyənliklər mövcud olması müəyyən edilmişdir. Belə ki, müxtəlif izahatlarda “Vüsal Abbasov”, “Həmid Əsədov”, “Rza”, “Sadiq” və digər adlar çəkilmiş, sosial şəbəkələrdə müxtəlif profil adlarından istifadə edildiyi bildirilmişdir. Lakin inzibati orqan tərəfindən həmin şəxslərin eyni şəxs olub-olmaması, onların konkret kimliyi, hansı müəssisə ilə əlaqəli fəaliyyət göstərməsi və hansı hüquqi münasibətlər çərçivəsində hərəkət etməsi müəyyən edilməmişdir. İşdə inzibati orqan tərəfindən “Vüsal Abbasov” adı çəkilsə də, həmin şəxsin hüquqi şəxsiyyəti belə tam müəyyən edilməmişdir. İş materiallarında onun şəxsiyyət vəsiqəsi məlumatları, FİN kodu, yaşayış yeri, tibbi təhsil sənədləri, sertifikasiya məlumatları və ya aidiyyəti dövlət informasiya sistemlərindən əldə olunmuş rəsmi məlumatlar mövcud olmamışdır. İnzibati orqan tərəfindən Səhiyyə Nazirliyinə, sertifikasiya qurumlarına, tibb təhsili müəssisələrinə və ya digər aidiyyəti dövlət informasiya bazalarına hər hansı sorğular verilməmiş, “Vüsal Abbasov” adlı şəxsin ümumiyyətlə kim olması, tibbi fəaliyyət hüququnun olub-olmaması araşdırılmamışdır. Halbuki 215.4-cü maddənin tətbiqi üçün əsas məsələ məhz həmin şəxsin qanunla tələb olunan tibbi kvalifikasiyaya malik olmamasının sübuta yetirilməsidir. Bu hal müəyyən edilmədən hüquqi şəxsin “müvafiq təhsili olmayan şəxsi praktik tibb fəaliyyətinə buraxması” barədə nəticəyə gəlmək hüquqi baxımdan mümkün deyildir. Göründüyü kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən “Reo-X1” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verildiyi halda həmin MMCnin vəzifəli şəxsi Qərardan şikayət verən orqan (şəxs) eyni inzibati xətalarla bağlı inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Məhkəmədə Qərardan şikayət verən orqan (şəxs) əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilməmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, şəxsin əməlində inzibati xəta tərkibinin mövcud olduğu ehtimal edilsə belə, inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Belə ki, iş materiallarında iddia olunan hadisələrin 2025-ci ilin noyabr ayında baş verdiyi göstərilir. İnzibati xəta haqqında iş üzrə icraat isə yalnız ##.##.2026-cı il tarixdə başlanmışdır. Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” ## #### 1997-ci il 360-İQ saylı Qanunun 46-cə maddəsinə əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Beləliklə də, qanunvericiliyə əsasən “tibbi statist” vəzifəsi üçün hər hansı sertifikasiya tələb edilmir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutları, işdə iştirak edən şəxsin izahatını və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi X2 barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onun hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4 maddələrinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlib işin icraatına xitam vermişdir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşdən görünür ki, inzibati orqan hüquqi şəxsin təqsirli olmasını təsdiq edən sübut təqdim etməmişdir. Apellyasiya şikayətində məhkəmənin qərarında göstərilmiş mövqenin əsassızlığının nədən ibarət olması qeyd edilməmişdir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim X2 hərəkətlərində inzibati xətanın tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar