Məhkəmə qərarları › İş №3(3-6)-2160/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2160/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2160/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Icra Şöbəsi vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 528.1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli icra sənədi (bundan sonra – həmin icra sənədi) ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X1) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı icra vərəqəsinə əsasən sığorta müqaviləsi üzrə Binəqədi Rayon MKTB-dən sığorta haqqı kimi 18364,08 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145,1 manat tutularaq iddiaçı “xxxx” Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Lakin, borclu Bakı şəhəri Binəqədi Rayon MKTB-nin vəzifəli şəxsi tərəfindən icra sənədinin icrası bugünədək təmin edilməmişdir. Lakin, təmin edilməməsinin səbəbi aydınlaşdılmamış, bunun üzürlü səbəbdən olması nəzərə alınmamışdır. Belə ki, məhkəmənin qətnaməsində göstərilən məbləğ dövlət büdcəsi hesabına ayrılan vəsait olduğundan onun Binəqədi rayon MKTB tərəfindən ödənilməsi mümkün deyildir. Bununla bağlı maliyyə vəsaiti ayrıldıqda həmin məbləğ tam ödəniləcəkdir. Ona görə də hesab edir ki, birliyin rəisi olaraq vəzifəli şəxs kimi onun hərəkətlərində inzibati xətaya yol verilmədiyindən məhkəmənin bu iş üzrə gəldiyi nəticə əsassızdır. Belə ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Apellyasiya məhkəməsi iclasına barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs və icra məmuru vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə iş materiallarında olan müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - həmin icra sənədində göstərilmişdir ki, sığorta müqaviləsi üzrə Binəqədi Rayon MKTBdən sığorta haqqı kimi 18364,08 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145,1 manat tutularaq iddiaçı “xxxx” Sığorta Şirkəti ASC-yə ödənilməsi qərara alınmışdır. - ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- 2(001)-534/2025 icra vərəqəsi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. -##.##.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, 1295,65 manat məbləğində pul vəsaiti Binəqədi Rayon Icra Şöbəsinin ##.##.2025-ci il tarixli icra sənədi üzrə Binəqədi Rayon MKTB-dən tutulmalıdır. -##.##.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, 18509,18 manat məbləğində pul vəsaiti Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025- ci il tarixli icra sənədi üzrə Binəqədi Rayon MKTB-dən tutulmalıdır. -Binəqədi rayon Icra Şöbəsinin Binəqədi Rayon Məhkəməsinə göndərdiyi ##.##.2025- ci il tarixli məktubdan görünür ki, Binəqədi rayon MKTB-nin “xxxx” ASC-də olan bank hesablarına ##.##.2025-ci il tarixli “inkasso sərəncamı” qoyulmuş, lakin borclunun bank hesablarında vəsait olmadığından tutulma aparılmamışdır. Banka göndərilmiş “inkasso sərəncamı”-nın müddəti bitdiyindən borclunun bank hesablarına ##.##.2025-ci il tarixdə yenidən “inkasso sərəncamı” qoyulmuşdur. -##.##.2025-ci il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(001)- 534/2025 icra sənədi üzrə borclu Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Binəqədi Rayon MKTB-nin mülkiyyətində olan “SEDAN QAZ 31105-120” markalı, ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. ##.##.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədi üzrə qalıq borc Binəqədi Rayon MKTB-dən tutulmalıdır. -##.##.2025-ci il tarixli icra ödənişinin alınması haqqında qərardan görünür ki, borclu “xxxx” X2 ümumi borcun 7%-i, yəni 1295,6 manat məbləğində icra ödənişi alınmalıdır. -##.##.2025-ci il tarixli borclunun manatla və xarici valyutada olan pul vəsaitlərinin üzərinə həbs qoyulması və tələbin həmin pul vəsaitlərinə yönəldilməsi haqqından qərardan görünür ki, borclu Binəqədi rayon MKTB-nin “xxxx” ASC-nin hesabına, həmçinin xarici valyuta hesablarındakı pul vəsaitlərinin üzərinə 18509.1 manat həcmində həbs qoyulmuş, həmin həcmdə satışı bank və qeyri-bank təşkilatlarına həvalə edilərək borc tələbi həmin pul vəsaitlərinə yönəldilməklə köçürülməsi təmin edilmişdir. -Bakı şəhəri Binəqədi Rayon Məkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- 2(001)-534/2025 icra sənədinin təmin edilməsi məqsədi ilə borclu Binəqədi rayon MKTB-nin mülkiyyətində olan “SEDAN QAZ 31105-120” minik markalı ** AN *** dövlət qeydiyyat nişanlı avtomobilin və “SEDAN VAZ 21074” minik markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati xətanı törətmiş vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası IXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş materiallarında olan yuxarıda göstərilmiş sənədlər, birinci instansiya məhkəməsi iclasında icra məmurunun verdiyi izahatlar, onlarla müəyyən edilmiş işin faktiki halları əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini düzgün olaraq müəyyən etmiş və həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərkən və barəsində inzibati cərimə tənbeh tədbirini sanksiyada nəzərdə tutulmuş ən aşağı həddə, yəni 1200 manat məbləğində tətbiq edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsinin “Qeyd”-nə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar