Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2161/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan X4 Xidmətinin Hüquq İdarəsi rəis müavini apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 şikayəti əsasında Xidmətin Bakı Şəhər İdarəsində aparılan araşdırma zamanı Qərardan şikayət verən orqan (şəxs) baş direktoru olduğu “xxxx” MMC-yə məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı Şəhər İdarəsinə verilməsi tələb olunmuşdur. Lakin sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Xidmətin Bakı Şəhər İdarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsində əks olunmuş qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında işə baxan məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021 -ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönüm ü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protoko isə artıq sübutedici əhəmiyyət daşıyır. Qeyd olunan halları nəzərə almamaqla məhkəmə qanunvericiliyə formal yanaşaraq real qanun pozuntularına görə məsuliyyətin müəyyənləşdirilməsi işini çətinləşdirir, təqsirli şəxslərin məsuliyyətdən yayınmaq üçün imkanlarının süni olaraq genişləndirilməsinə şərait yaradır. Beləliklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 İdarəsinin Hüquq İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan verilmiş apellyasiya şikayətinə baxılmasını mümkün hesab edir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X3 şikayəti ilə əlaqədar sənədlərin təqdim edilməsi məqsədilə ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubu ASİS vasitəsilə çatdırılmış, lakin tələb olunan sənədlər ## #### 2026-cı il tarixinədək təqdim edilməmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərəd tutulmuş inzibati xəta törədilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərəd tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1400 (bir min dörd yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-93)- ****/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair “xxxx” MMCnin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə nəzərdə tutulan inzibati xətanı törədib-törətməməsini müəyyən etmək üçün ilk növbədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbinin Qərardan şikayət verən orqan (şəxs) çatdırılıb-çatdırılmaması müəyyən edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarında iş materialları tədqiq edilərək müəyyən edilmişdir ki, ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubu Qərardan şikayət verən orqan (şəxs) direktoru olduğu “xxxx” MMC-yə çatdırılmamışdır Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş soröu məktubunun qanunla müəyyən olunmuş qaydada tərəflərə çatdırılmadığı müəyyən edildiyindən Qərardan şikayət verən orqan (şəxs) əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tərkib əlamətləri mövcud olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi əsaslı olaraq Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2161/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2161/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver