Məhkəmə qərarları › İş №3(3-6)-2163/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2163/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2163/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Qaradağ Rayon Dövlət X3 yol-patrul xidməti inspektoru, R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, məhəllə 3184\87, Z.Qəmbərov küçəsi, Yataqxana, mənzil 427 ünvanında qeydiyyatda olan vətəndaş Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinin Bakı şəhəri Qaradağ Rayon Dövlət X3 yol-patrul xidməti inspektoru, R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, ##.##.2026-cı il tarixdə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən barəsində ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, o, Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Hesab edir ki, barəsində tərtib edilən qərar qanunsuzdur və heç bir real fakta əsaslanmır. Hazırki iş üzrə inzibati xəta tərkibi mövcud deyil. Belə ki, inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarda “yol nişanlarının tələblərinə əməl edilməməsi” qeyd olunsa da, inzibati xətanın baş verdiyi Qaradağ rayonu ərazisində sözügedən yerdə tənzimləyici yol nişanı, o cümlədən “4.3 dairəvi hərəkət” məcburi hərəkət istiqaməti nişanı mövcud deyil. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən ərazidə quraşdırılmayan və mövcud olmayan yol nişanının tələbini pozmağa görə inzibati qaydada məsuliyyətə cəlb etmək tam qanunsuzdur. Mövcud olmayan yol nişanının tələbi pozula bilməz. ##.##.2026- cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ##.##.2026- cı il tarixdə elektron formada sistemə yerləşdirilsə də, həmin qərarın əsası olan maddi kağız daşıyıcısında ona təqdim edilməmişdir. Həmin qərar ona ## #### 2026-cı il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.2-ci maddəsinə əsasən, buraxılmış 10 günlük prosessual müddətin üzrlü səbələr olmadan bərpa edilməsini xahiş etmişdir. Odur ki, barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarın ləğv edilməsi və cərimənin silinməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmağı üçün ərazidə məcburi hərəkət istiqamətini müəyyən edən dairəvi məcburi hərəkət istiqamətini müəyyən edən dairəvi hərəkət yol nişanı olmalıdır. Lakin mövcud deyil, şəkillər təqdim etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətinə uyğun çıxış edərək bildirdi ki, hadisə baş verən vaxtı barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Hesab edir ki, barəsində tərtib edilən qərar qanunsuzdur və heç bir real fakta əsaslanmır. İnzibati xətanın baş verdiyi Qaradağ rayonu ərazisində sözügedən yerdə tənzimləyici yol nişanı, o cümlədən “4.3 dairəvi hərəkət” məcburi hərəkət istiqaməti nişanı mövcud deyil. Həmin nişan olmadığından sol zolaqla hərəkət edib svetoforun yaşıl işığını keçib digər nəqliyyat vasitələrinə maneə yaratmadan geriyə manevr etmişdir. Bu vaxt polis əməkdaşı onu saxlayaraq dairə nişanın əməl etmədiyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin əsasən əgər nişan yoxdursa sürücü məsuliyyətə cəlb edilə bilməz. Dövlət orqanın məsuliyyətsizliyinə görə vətəndaş cərimə edilə bilməz. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Qaradağ Rayon DYPŞ-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 20:42 radələrində Liman küçəsi, Ada dairəsi ünvanında “X4 Hibrid minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-[408] qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin VI hissəsinə əsasən, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin XV hissəsində göstərilmişdir ki, yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarı ilə hesab etmişdir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi **-SY-*** dövlət qeydiyyat nişanlı, “X4 Hibrid minik” markalı nəqliyyat vasitəsi ilə yol hərəkətinin təşkilinə uyğun olaraq dairəvi hərəkət yolayrıcına müəyyən edilmiş hissəsindən daxil olmamış, yəni həmin dairəni saat əqrəbinin dairənin kənarından əksi istiqamətində dolanmamış, nəqliyyat vasitələrinin əks istiqamətdə hərəkəti üçün nəzərdə tutulmuş hissədən sola və ya geriyə dönmə manevri etmişdir. Bu da ki, digər nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyini pozur. Həmin videogörüntüdə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi **-SY-*** dövlət qeydiyyat nişanlı, “X4 Hibrid minik” markalı nəqliyyat vasitəsi ilə dairəni saat əqrəbinin əksi istiqamətində dolanaraq dönmə manevri edən digər nəqliyyat vasitələrinin əksi istiqamətində hərəkət edərək təhlükə yaradaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Belə hərəkət nəticəsində **-SY-*** dövlət qeydiyyat nişanlı, “X4 Hibrid minik” markalı nəqliyyat vasitəsinin hərəkət trayektoriyası yol hərəkətinin mövcud təşkilinə zidd olmuş, digər hərəkət iştirakçılarının qanuni hərəkət istiqamətinə müdaxilə edilmiş və yol hərəkətinin təhlükəsizliyi üçün real təhlükə yaradılmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin mübahisələndirilən qərarla gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işə əlavə edilmiş videogörüntülərdən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 20:42 radələrində Liman küçəsi, Ada dairəsi ünvanında “X4 Hibrid minik” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında qərarla yanaşı, toplanmış digər sənədlərlə, habelə subyektiv amillərin təsirindən uzaq, obyektiv sübut növü hesab edilən videogörüntü ilə də sübuta yetirilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətdə və məhkəmə çıxışında qeyd etdiyi dəlillərə birinci instansiya məhkəməsinin qərarında kifayət qədər əsaslandırılmış münasibət bildirilmişdir. Belə ki, qərarda qeyd edilmişdir ki, Şikayətçinin əsas arqumenti ondan ibarətdir ki, hadisə yerində "4.3 Dairəvi hərəkət" yol nişanı mövcud olmadığından onun barəsində inzibati məsuliyyət tətbiq edilə bilməz. Məhkəmə həmin dəlili əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi yalnız yol nişanlarının tələblərinin pozulmasını deyil, eyni zamanda manevr etmə qaydalarının pozulmasına görə də inzibati məsuliyyət müəyyən etmişdir. Maddənin dispozisiyası alternativ xarakter daşıyır və inzibati məsuliyyətin yaranması üçün sadalanan hərəkətlərdən hər hansı birinin törədilməsi kifayətdir. Buna görə də, hətta şikayətçinin iddia etdiyi kimi hadisə yerində "4.3 Dairəvi hərəkət" yol nişanının olmaması fərz edilsə belə, bu hal onun yol hərəkəti qaydalarına zidd olaraq əks istiqamətdən dönmə manevri etməsini hüquqa uyğun hesab etmək üçün əsas vermir. Yol hərəkətinin təşkili elementləri, yolun hərəkət istiqaməti və videogörüntü ilə təsdiq olunan faktiki hərəkət trayektoriyası şikayətçinin manevr etmə qaydalarını pozduğunu birmənalı şəkildə təsdiq edir. Ölkəmizdə sağtərəfli hərəkət olduğundan dairəvi hərəkət saat əqrəbinin əksinədir. Yəni Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi **-SY-*** dövlət qeydiyyat nişanlı, “X4 Hibrid minik” markalı nəqliyyat vasitəsi ilə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Liman küçəsi Ada dairəsinin kənarından saat əqrəbinin əksi istiqamətində dolanaraq sola və ya geriyə dönmə manevri etməli idi. Lakin Qərardan şikayət verən orqan (şəxs) hadisə zamanı qeyd olunan qaydada manevr etməmiş, dairəni qanunauyğun qaydada dolanaraq dönən digər nəqliyyat vasitələrinin əksi istiqamətində hərəkət edərək yol hərəkətinin təhlükəsizliyini pozmuş, digər nəqliyyat vasitələri üçün real təhlükə yaratmışdır. Qərardan şikayət verən orqan (şəxs) hadisə zamanı dairəni saat əqrəbinin əksi istiqamətində dolanaraq sola və ya geriyə dönmə manevri etməli olduğu halda, bunu etməyib dairəyə daxil olmayaraq digər nəqliyyat vasitələrinin hərəkətinin əksi istiqamətində hərəkət etməsi Azərbaycan Respublikasının 327.1-ci maddəsinin tərkibini yaradır. Buna görə də, Qərardan şikayət verən orqan (şəxs) əməli Bakı şəhəri Qaradağ RPİ-nin Qaradağ Rayon DYPŞ tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar yalnız formal mülahizələrə deyil, iş üzrə toplanmış sübutlara, xüsusilə də inzibati xəta hadisəsini tam və obyektiv əks etdirən videogörüntüyə əsaslanmışdır. Videogörüntünün hadisənin baş verdiyi vaxt qeydə alınmış videogörüntü olduğunu şikayətçi Qərardan şikayət verən orqan (şəxs) da təsdiq etmişdir. Həmin videogörüntü şikayətçinin inzibati xətanı törətməsini aşkar şəkildə təsdiq etdiyindən, həmin sübutun mötəbərliyini şübhə altına alan hər hansı obyektiv hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair müddəalarına əsasən, sübutlar hakim tərəfindən onların tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində daxili inam əsasında qiymətləndirilir. İş üzrə tədqiq olunmuş sübutların məcmusu, xüsusilə videogörüntü, şikayətçinin İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş manevr etmə qaydalarını pozduğunu təsdiq edir və inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olması qənaətinə gəlməyə kifayət qədər imkan verir. Odur ki, apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və X2 istinad olunan inzibati xətanı törətməsində təqsirinin sübuta yetirildiyi üçün barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərarından vermiş olduğu şikayəti rədd etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Qaradağ Rayon Dövlət X3 yol-patrul xidməti inspektoru, R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar