Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2165/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimov İlham Rasim oğlunun iştirakı ilə, ##.##.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, ev 7, mənzil 101-də qeydiyyatda olan,, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsində saxlanılan Rəhimov İlham Rasim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimov İlham Rasim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Rəhimov İlham Rasim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsindən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Rəhimov İlham Rasim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimov İlham Rasim oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının dəyişdirilməsini və barəsində tətbiq edilmiş inzibati həbs növündə tənbeh tədbiri cərimə tənbeh tədbiri ilə əvəz edilərək minimum məbləğdə cərimə tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı məhkəmə qərardadı ilə təqsirli bilindiyim inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin inzibati xəta üzrə toplamış olduqları materiallar həqiqəti əks etdirmir.##.##.2026-cı il tarixdə baş vermiş hadisə yalnız polis əməkdaşlarının ona qarsı qərəzli yanaşması ilə yaradılmışdır. Belə ki, polis əməkdaşları iddia etmişlər ki, o, onlara qarşı nalayiq ifadələr səsləndirmiş, onlara və ictimaiyyətə qarsı hörmətsizlik etməklə xuliqanlıq əməlini törətmişdir. Həmin hadisə zamanı polis əməkdaşları ilə ictimai qaydalara uyqun olaraq davranış etikasında ünsiyyət saxlamışdır. Qərardadda qeyd olunmuşdur ki, polis əməkdaşlarının qanuni tələblərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İndiyə kimi AR İXM-nin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs olunmamış və məhkumluğu olmamışdır. Ailəlidir, himayəsində həyat yoldaşı, atası və ##.##.2012-ci il təvəllüdlü Rəhimova Yämur İham qızı, ##.##.2012-ci il təvəllüdlü Rəhimov Rasim İlham oälu. ##.##.2014-ci il təvəllüdlü X4 va ##.##.2012-ci il təvəllüdlü X6 var, ailanin yeganə qazanc gətirən üzvüdür və onun həbsdə saxlanması gələcəkdə onların həyat şəraitinin pis vəziyyətə düşməsinə səbəb olacaqdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimov İlham Rasim oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimov İlham Rasim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Rəhimov İlham Rasim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməli və həmin qərarla Rəhimov İlham Rasim oğlu barəsində tətbiq edilmiş 15 (on beş) gün müddətiə həbs növündə inzibati tənbeh tədbirinin müddəti 08 (səkkiz) gün müddətinə endirilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarından müəyyən olunur ki, Rəhimov İlham Rasim oğlu ##.##.2026-cı il tarixdə M.ünvan 1 ünvanında “Wolsvagen” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi piyada zolağının üzərində saxladığı üçün protokol tərtib edilməsi məqsədilə sürücüyə yaxınlaşarkən, sürücü səs-küy salmışdır, cəmiyyətin diqqətini cəlb etmək üçün qışqırmağa başlamışdır. Həmçinin sürücünün atası da yaxınlaşaraq polis əməkdaşlarının ünvanına nalayıq ifadələr işlətməyə başlayaraq, hədə-qorxu gəlmişdir. Daha sonra polis əməkdaşları onları 26-cı Polis Bölməsinə gətirmişlər. Bununla da o, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmiş, həmçinin polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli raportdan görünür ki, Yasamal RPİ-nin 26cı Polis Şöbəsinin əməkdaşı xidmət apararkən M.ünvan 1ndə **-DR-*** dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı nəqliyyat vasitəsinin piyada keçidinin üzərində saxlandığını müəyyən etmiş, həmin nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşaraq özünü təqdim etmiş və yol hərəkəti qaydalarının pozulmasına görə inzibati protokol tərtib ediləcəyini bildirmişdir. Raporta əsasən, sürücü yol verdiyi pozuntunun mahiyyəti izah olunmasına baxmayaraq yüksək səslə danışaraq ictimai asayişi pozmuş, polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, ünvanına nalayiq və təhqiredici ifadələr işlətmiş, polis əməkdaşını hədələyərək onun barəsində əsassız şikayətlər edəcəyini bildirmiş, nəticədə ətrafda olan şəxslərin diqqətini cəlb etmişdir. Həmçinin raportda qeyd edilmişdir ki, yaranmış vəziyyətlə əlaqədar əlavə polis qüvvəsi çağırılmış, hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə həmin şəxs Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinə gətirilmişdir. Raportun sonunda polis əməkdaşı həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə rəisi X1 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol hadisə yerində xidmət aparmış polis əməkdaşının təqdim etdiyi raport, toplanmış materiallar, hadisə ilə bağlı əldə olunmuş video görüntülər və digər sübutlar əsasında tərtib edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Rəhimov İlham Rasim oğlu Bakı şəhəri, Yasamal rayonu, M.ünvan 1ndə idarə etdiyi **-DR-*** dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı nəqliyyat vasitəsini piyada keçidinin üzərində saxlamışdır. Hadisə yerində xidmət aparan polis əməkdaşı tərəfindən ona yol hərəkəti qaydalarının pozulduğu izah edilmiş və barəsində inzibati protokol tərtib ediləcəyi bildirilsə də, Rəhimov İlham Rasim oğlu polis əməkdaşının qanuni tələblərinə əməl etməmişdir. Toplanmış materiallardan müəyyən edilmişdir ki, Rəhimov İlham Rasim oğlu inzibati xəta sənədləşdirilməsi zamanı yüksək səslə qışqırmış, aqressiv davranış nümayiş etdirmiş, ətrafda olan şəxslərin diqqətini cəlb edəcək hərəkətlər etmiş, polis əməkdaşlarının ünvanına nalayiq və təhqiredici ifadələr işlətmiş, onların ictimai qaydanın mühafizəsi üzrə xidməti vəzifələrinin icrasına mane olmuşdur. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə zamanı Rəhimov İlham Rasim oğlunun atası da polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, xidməti fəaliyyət göstərən polis əməkdaşlarına qarşı hörmətsiz və aqressiv davranış nümayiş etdirmişdir. Atasının hərəkətlərinə hüquqi qiymət verilərək barəsində ayrıca inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin iş üzrə məhkəmə tərəfindən qərar qəbul olunmuşdur. Atasının yaşı nəzərə alınaraq ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bununla belə Rəhimov İlham Rasim oğlu polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, yaranmış vəziyyətlə əlaqədar əlavə polis qüvvəsi cəlb edilmiş və həmin şəxs polis əməkdaşları tərəfindən Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə gətirilmişdir. Sübutlar isə – polis əməkdaşlarının raportları, izahatları, şahid ifadələri, hadisə görüntüləri və digər materiallar Rəhimov İlham Rasim oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibinin olmasını təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimov İlham Rasim oğlu izahatında bildirmişdir ki, özünü qismən təqsirli bilir. O, maşını Naxçıvanı küçəsində düzgün yerdə saxlamadı, çünki atasını götürməli idi, atasının ayağı ağrayır, gəzərkən çətinlik çəkir, ona görə atasına dedi ki, qabağa gəlsin, orada kamera çəkir. Atası gələnə kimi polis əməkdaşı gəldi, dedilər ki, pozuntu törədib. O, da əsəbiləşib qışqırdı ki, “bəs harada maşını saxlayaq?” O, söyüş söyməmişdir, atası söyüb söyüş. Himayəsində 2 azyaşlı uşağı var, yoldaşı dünyasını dəyişib. 3 cəriməsi var, ödəyə bilmir. Birinci instansiya məhkəməsinin iclasında şahid X2 ifadəsində bildirmişdir ki, ##.##.2026-cı il tarixdə xidmət apararkən Bakı şəhəri, Yasamal rayonu, M.ünvan 1ndə **-DR- *** dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı nəqliyyat vasitəsinin piyada keçidinin tam üzərində saxlanıldığını müşahidə etmişdir. O, qeyd etmişdir ki, həmin nəqliyyat vasitəsinin piyada keçidində saxlanılması nəticəsində piyadaların hərəkətinə maneə yaradılmış və sürücü tərəfindən yol hərəkəti qaydalarının pozuntusuna yol verilmişdir. Bununla əlaqədar sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, törədilmiş pozuntu barədə məlumat vermiş və barəsində inzibati protokol tərtib ediləcəyini bildirmişdir. X2 bildirmişdir ki, sürücü Rəhimov İlham Rasim oğlu polis əməkdaşının qanuni tələblərinə əməl etmək əvəzinə aqressiv davranmağa başlamış, yüksək səslə qışqıraraq, səs-küy yaradaraq ətraf şəxslərin diqqətini özünə cəlb etməyə çalışmışdır. Rəhimov İlham Rasim oğluna dəfələrlə sakit davranması, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməsi və inzibati sənədləşdirməyə mane olmaması bildirilsə də, o, qəsdən həmin tələblərə məhəl qoymamışdır. O, izahatında qeyd etmişdir ki, Rəhimov İlham Rasim oğlu hadisə yerində polis əməkdaşlarının ünvanına nalayiq, təhqiredici ifadələr işlətmiş, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına qarşı hörmətsiz münasibət göstərmişdir. Şəxs öz hərəkətləri ilə ictimai qaydanı pozmuş, ətrafda olan şəxslərin narahatlığına səbəb olmuş və yaranmış vəziyyəti qəsdən gərginləşdirmişdir. Həmin vaxt Rəhimov İlham Rasim oğlunun atası da hadisə yerinə yaxınlaşaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, təhqiramiz sözlər söyləmiş və hədə-qorxu xarakterli ifadələr işlətmişdir. Onların hər ikisinə qanuni tələblərə əməl etmələri barədə xəbərdarlıq edilsə də, davranışlarını davam etdirmişlər. Rəhimov İlham Rasim oğlu nəqliyyat vasitəsinə əyləşərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərmiş, lakin polis əməkdaşlarının tədbirləri nəticəsində bunun qarşısı alınmışdır. Şəxsin davranışı açıq-aşkar aqressiv xarakter daşımış, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olmaq məqsədi güdmüşdür. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Rəhimov İlham Rasim oğluna istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan raport, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin izahatı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, habelə digər iş materialları ilə tam sübuta yetirilmişdir. Rəhimov İlham Rasim oğluna təyin edilən tənbeh məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Rəhimov İlham Rasim oğlu barəsində tənbeh tədbiri tətbiq edilərkən, barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Mübahisələndirilən qərardan görünür ki, birinci instansiya məhkəməsi zərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Rəhimov İlham Rasim oğlunun 2 uşağının olması əməlini yüngülləşdirən hal kimi nəzərə almış və onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin Rəhimov İlham Rasim oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olsa da, sonuncu barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin həddi ağırdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Rəhimov İlham Rasim oğlunun barəsində tənbeh tədbiri tətbiq edilərkən barəsində icraat həyata keçirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması araşdırılmış, lakin göstərilən hallara uyğun olmayan olmayan ağır həddə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən bütün hallar diqqətə layiq hal kimi nəzər alınmalı və ona təyin edilmiş inzibati həbs növündə tənbeh tədbirinin müddəti azaldılmalıdır. Belə ki, apellyasiya instansiya məhkəməsi Rəhimov İlham Rasim oğlunun barəsində göstərilmiş yüngülləşdirici halları, xüsusilə də himayəsində 2 azyaşlı övladı olmasını nəzərə alaraq onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan və ya inzibati tənbehi daha ağır tənbeh növü ilə əvəz etmədən qərarın dəyişdirilməsi haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Rəhimov İlham Rasim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Rəhimov İlham Rasim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməli və həmin qərarla Rəhimov İlham Rasim oğlu barəsində tətbiq edilmiş 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin müddəti 08 (səkkiz) gün müddətinə endirilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134 və 135.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Rəhimov İlham Rasim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Rəhimov İlham Rasim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Həmin qərarla Rəhimov İlham Rasim oğlu barəsində tətbiq edilmiş 15 (on beş) gün müddətinə həbs növündə inzibati tənbeh tədbirinin müddəti 08 (səkkiz) gün müddətinə endirilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-2165/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2165/2026
14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver