Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2167/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur aləm oğlunun , Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Hüquqi şəxs "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Inzibati xəta haqqında protokola əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2024-cü il üzrə maliyyə hesabatlarını, auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc etdirməmiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “inzibati xəta haqqında protokol”dan görünür ki, “xxxx” MMC barəsində Azərbaycan Respublikasının IXM-nin 462.1-ci maddəsi ilə inzibati xəta haqqında icraatın əsası kimi “xxxx” MMC tərəfindən 2024-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, auditor rəyi ilə internet səhifəsində və ya mətbuat orqanında dərc edilmədiyinin müəyyən olunduğuna istinad olunmuşdur. Inzibati xəta haqqında protokoldan göründüyü kimi “xxxx” MMC barəsində inzibati xəta üzrə məsuliyyətə cəlb edilmənin əsasını 2024-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim edilməməsi təşkil edir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinin tələbinə görə Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda, qaydada və müddətlərdə təqdim edirlər. Bu Qanunun 5.3-cü maddəsində göstərilən mühasibat uçotu subyektləri tərəfindən maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydası Azərbaycan Respublikasının müvafiq sahəvi qanunları ilə tənzimlənir. Digər kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə istinadən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2010-cu il tarixli, 97 № li qərarı ilə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları” təsdiq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2010-cu il tarixli, 97 № li qərarı ilə təsdiq olunmuş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.5-ci bəndinin tələbinə görə Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə“emühasibat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edirlər. Həmin bəndin tələbindən birmənalı olaraq görünür ki, yalnız dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə Maliyyə Nazirliyinə təqdim etməlidir. Nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, barəsində heç bir hüquqi və faktiki əsas olmadan IXM-nin 462.1-ci maddəsi ilə inzibati icraat başlanmış “xxxx” MMC heç bir vaxt dövlət zəmanəti ilə kredit almamış və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak etməmiş, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti almamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, “xxxx” MMC-nin əməlində nəinki inzibati xəta tərkibi əlaməti yoxdur, hətta hazırkı halda inzibati xəta hadisəsi belə mövcud deyildir. Hazırkı iş üzrə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*- ***)-****/**** saylı qərarının ləğv edilməsinə və “xxxx” MMC barəsində Azərbaycan Respublikasının IXM-nin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta üzrə icraata xitam verilməsinə dair qərar qəbul edəsiniz. Inzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişlər. Apellyasiya instansiyası məhkəməsi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Iş materiallarında olan Protokolu tərtib edən orqan ## ### 2026-cı il tarixli, 3-23/2- ****/**** nömrəli bildirişindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 2024-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2025-ci ildə təşkilatın rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc olunmamasına görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində ## #### 2026- cı il tarixdə, saat 10:00-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. Iş materiallarında olan nzibati xəta haqqında ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2024-cü il üzrə maliyyə hesabatlarını, auditor rəyi ilə birlikdə internet səhifəsində və mətbu orqanda dərc etdirməmiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Iş materiallarında olan Protokolu tərtib edən orqan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanladığı ## #### 2026-cı il tarixli, *-**/*-****/**** nömrəli məktubundan görünür ki, Protokolu tərtib edən orqan tərəfindən müəssisə barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru Jana Krimpe tərəfindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli vəsatətdən görünür ki, Protokolu tərtib edən orqan Uçot Siyasəti Şöbəsinin müdiri X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “inzibati xəta haqqında protokol”la “xxxx” MMC barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Hazırda *(*-***)-****/**** saylı iş Bakı şəhəri Yasamal şəhəri Məhkəməsində icraatdadır və baxış iclası ##.##.2026-cı il tarixinə saat 15:20-yə təyin edilmişdir. ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “inzibati xəta haqqında protokol”dan görünür ki, “xxxx” MMC barəsində Azərbaycan Respublikasının IXM-nin 462.1ci maddəsi ilə inzibati xəta haqqında icraatın əsası kimi “xxxx” MMC tərəfindən 2024-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, auditor rəyi ilə internet səhifəsində və ya mətbu orqanında dərc edilmədiyinin müəyyən olunduğuna istinad olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etməni ehtiva edən Az. Res. IXM-nin 38-ci maddəsinə əsasən “xxxx” MMC barəsində Azərbaycan Respublikasının IXM-nin 462.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. Inzibati xəta haqqında protokoldan göründüyü kimi “xxxx” MMC barəsində inzibati xəta üzrə məsuliyyətə cəlb edilmənin əsasını 2024-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının Maliyyə Nazirliyinə təqdim edilməməsi təşkil edir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə istinadən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2010-cu il tarixli, ** №-li qərarı ilə təsdiq olunmuş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın tələbinə görə mikro sahibkarlıq subyektləri istisna olmaqla kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan başlayaraq və iyun ayının 30-dan gec olmayaraq Protokolu tərtib edən orqan birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatı təqdim etməlidirlər. Nəzərə alınmalıdır ki, 2024-cü il üzrə birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatı “xxxx” MMC tərəfindən Maliyyə Nazirliyinə 2025-ci ilin #### ##-na kimi təqdim edilməli idi. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanı törədildiyi gündən hesablanmaqla 38.1-ci maddəsində göstərilən işlər üzrə 1 il müddətinə, digər işlər üzrə isə 4 ay keçənədək verilə bilər. Hazırkı iş üzrə inzibati xətanın törədildiyi gün ən geci 2025-ci ilin ## #### tarixindən başlayır. Iş üzrə mübahisəsizdir ki, “xxxx” MMC barəsində ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilməklə protokolun tərtib edildiyi gün, yəni ##.##.2026-cı il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Göründüyü kimi inzibati xəta haqqında icraatı Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan 4 ay keçdikdən sonra başlanmışdır. Bununla da inzibati xəta üzrə tənbehin tətbiq edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan müddət keçmişdir ki, bu hal da müddətin keçməsi ilə bağlı “xxxx” MMC-nin inzibati məsuliyyətdən azad etməsi üçün əsasdır. Nəzərə alınmalıdır ki, törədilmiş inzibati xəta 38.1-ci maddəsində nəzərdə tutulan 1 illik müddətə aid olan işlər kateqoriyasına daxil deyildir. Azərbaycan Respublikasının IXM-nin 53.1.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası IXM-nin 38.1 və 53.1.6-cı maddələrinin tələblərini rəhbər tutub Protokolu tərtib edən orqan Uçot Siyasəti Şöbəsinin müdiri X1 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “Inzibati xəta haqqında protokol”la “xxxx” MMC barəsində AR Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata müddətin keçməsi ilə əsası ilə xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.7-ci maddəsinə görə maliyyə hesabatları – mühasibat uçotu subyektinin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır. Həmin Qanunun 2.1.8-ci maddəsinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır. Bu Qanunun 12.3.1-ci maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd təşkilatlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Bu Qanunun 16.1-ci maddəsinə görə mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, mühasibat uçotu sənədlərinin saxlanılması ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Protokolu tərtib edən orqan verilir. Sözügedən Qaydaların 5.1.1-ci yarımbəndinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Adıçəkilən Qaydaların 5.2-ci bəndinə əsasən maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının (Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları istisna olmaqla) siyahısını Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ildə bir dəfə hesabat ilindən sonrakı ilin mart ayının 31-dək Protokolu tərtib edən orqan təqdim edir. Azərbaycan Respublikası Inzibati-Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası Inzibati-Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tənbeh etmişdir. Verilmiş apellyasiya şikayətininin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2024-cü il üzrə illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim və dərc edilməməsi ilə əlaqədar Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi üzrə inzibati xəta haqqında işə baxılması ilə əlaqədar Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə çağırılması barədə bildiriş göndərilmişdir. ## ### 2026-cı il tarixli *- **/*-****/**** nömrəli bildirişin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamışdır. Səlahiyyətli orqan isə bildirişdə göstərilən tarixdə, yəni ## #### 2026-cı il tarixində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq həmin tarixdə protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1 -ci maddəsini rəhbər tutaraq qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfındən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2167/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2167/2026
22.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver