Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2169/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun, Məhkəmə iclas katibi Feyzullzadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Səlahiyyətli orqan Qərarından şikayət verilən orqan nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, AYN******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Qərarından şikayət verilən orqan tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X1) *(*-***)-****/**** saylı, ##.##.2026cı il tarixli saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) (##.##.1959-cu ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan) şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, AYN******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi qərara alınmışdır. İşin halları: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Qərarından şikayət verilən orqan ##.##.2026-cı il tarixli, AYN******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Mercedes Benz E240 minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2026-cı il tarixdə saat 09:13:25-də Bakı şəhəri Mərdanov qardaşları küçəsindəki ***** nömrəli məntəqəsində əlillər üçün nəzərdə tutulan parklanma yerində saxlanıldığına görə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Qərardan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət edərək ##.##.2026-cı il tarixli, AYN******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Qərarından şikayət verilən orqan şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, AYN******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin X hissəsinə əsasən parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. Göründüyü kimi, əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerindən istifadə hüququ yalnız şəxsin faktiki əlillik statusu ilə deyil, həm də parklanma edildiyi vaxt nəqliyyat vasitəsinin qanunla tələb olunan tanınma nişanı ilə nişanlanması ilə əlaqədardır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin özü də müəyyən etmişdir ki, inzibati tənbeh tətbiq edilən zaman Qərardan şikayət verən orqan (şəxs) avtomobilinin üzərində “əlilliyi olan şəxs” tanınma nişanı olmamışdır. Bu hal, əksinə AYNA-nın inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olduğunu təsdiq etdiyi halda, məhkəmə qanunvericiliyin imperativ tələbini nəzərə almadan, şəxsin faktiki əlillik statusunu əsas götürərək tanınma nişanının olmamasının “birmənalı olaraq şəxsin inzibati tənbehə məruz qalmasına səbəb olmamalı” olduğu qənaətinə gəlmişdir. Halbuki, qanunda “əlillik vəsiqəsinin olması və şəxsin əlil olması” kimi hallar müvafiq tanınma nişanının olmamasını əvəz edən və inzibati məsuliyyəti istisna edən hal kimi nəzərdə tutulmamışdır. Bundan əlavə, şəxsi əlillik vəsiqəsinə malik olsa, hətta həmin vəsiqəsini avtomobilin ön şüşəsinə qoysa belə, həmin vəsiqə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin X hissəsində nəzərdə tutulmuş “əlilliyi olan şəxs” tanınma nişanı ilə eyniləşdirilə bilməz. Əgər qanunvericilikdə xüsusi tanınma nişanı tələb olunursa, sürücü bu nişanın nəqliyyat vasitəsində olmasını təmin etməli idi. Bu səbəbdən, əlillik vəsiqəsinin avtomobildə yerləşdirilməsi qanunvericilikdə tanınma nişanını əvəz edən hal kimi nəzərdə tutulmadığından, bu hal inzibati xəta tərkibini aradan qaldırmır. Belə olan halda, iş üçün mühüm əhəmiyyət kəsb edən əsas hallar məhkəmənin özü tərəfindən müəyyən edildiyi halda, inzibati xəta haqqında işin AYNA-ya yenidən baxılması üçün göndərilməsi əsaslı hesab edilə bilməz. Çünki, işin nəticəsi üçün həlledici olan fakt, yəni nəqliyyat vasitəsinin parklanma anında qanunla tələb olunan “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmamış olması artıq məhkəmə qərarında da təsdiq edilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə şikayətin dəlillərinə uyğun çıxış etmiş, məhkəməyə inzibati xətaya dair foto şəkil və analoji işlərə dair məhkəmə qərarları təqdim edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 346- 1.3-cü maddəsinin tələbini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmışdır. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olubolmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Şikayətin dəlillərini işin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. Qərardan şikayət verən orqan (şəxs) II dərəcəli əlildir, Mercedes Benz E240 minik markalı, **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi həmin avtomobili ##.##.2026-cı il tarixdə saat 09:13:25-də Bakı şəhəri Mərdanov qardaşları küçəsindəki ***** nömrəli məntəqəsində əlillər üçün nəzərdə tutulan parklanma yerində saxlanıldığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin X bəndinə əsasən, Parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsi formal və hərfi mənada qiymətləndirilməməlidir. Belə ki, faktiki olaraq əlilliyi müəyyən olunmuş şəxsin əlillərin nəqliyyat vasitələri üçün ayrılmış parklanma yerində avtomobilinin durması və “əlilliyi olan şəxs” tanınma nişanının avtomobilin üzərində olmaması birmənalı olaraq şəxsin inzibati tənbehə məruz qalmasına səbəb olmamalıdır. Hər bir halda əlilliyi olan şəxslər üçün ayrıca parklanma yerlərinin ayrılmasında qanunvericiliyin məqsədi əlilliyi olan şəxslərin sağlamlıq vəziyyətləri ilə bağlı məhrumiyyətlərini nəzərə alaraq həmin şəxslərin çox vaxt sərf etmədən və uzaq məsafə qət etmədən rahatlıqla parklanma yeri tapmasına şərait yaratmaq və nəticədə normal həyat şəraitini tənzimləməkdir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaətini qanuni və əsaslı hesab edir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Qərarından şikayət verilən orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(3-6)-2169/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2169/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver