Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2170/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tənbeh edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından apellyasiya qaydasında şikayəti vermə müddətinin bərpa edilməməsi barədə həmin məhkəmənin ## #### 2026-cı il tarixli qərardadından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək, bir ədəd çoxavazlı səs siqnalı müsadirə edilməklə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət və qərardan şikayətin verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından verdiyi şikayət vermə müddətinin bərpasına dair vəsatətinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından şikayət verilməsi üçün tərəfindən ötürülmüş prosessual müddətin üzrlü sayılaraq bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətində göstərmişdir ki, inzibati işə baxılan məhkəmə iclasının vaxtı və yeri barədə faktiki olaraq məlumatlandırılmamışdır. Buna görə də məhkəmə iclasında iştirak etmək, izahat vermək və müdafiə hüququndan istifadə etmək imkanı olmamışdır. Məhkəmə yalnız poçt xəbərnaməsinə istinad etməklə qərarın ona təqdim olunduğunu qəbul etmişdir. Lakin həmin xəbərnamənin həqiqətən onun tərəfindən imzalanmasının, qərarın məzmunu ilə tanış olmağı və apellyasiya hüququm barədə məlumatlandırılmağının araşdırılması təmin edilməmişdir. Məhkəmə bu məsələləri araşdırmadan formal olaraq müddətin buraxılmasını üzrsüz hesab etmişdir. O, qəbul edilmiş qərarın mövcudluğundan yalnız icra məmurunun telefon zəngindən sonra xəbər tutmuşdur. Bundan dərhal sonra hüquqi yardım almaq üçün müraciət etmiş və apellyasiya şikayəti vermək məqsədilə buraxılmış müddətin bərpası barədə vəsatət təqdim etmişdir. Bu isə onu göstərir ki, o, qərardan xəbərdar olduqdan sonra heç bir əsassız gecikməyə yol verməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin təmin edilməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarının surəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə göndərilmiş, daxil olmuş xəbərnamədən aydın olur ki, həmin qərarın surəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ## #### 2026-cı il tarixdə şəxsən imza edilməklə qəbul edilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti bundan iki ay iyirmi iki gün sonra məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən müddətin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən məhkəmə araşdırılması zamanı da müddətin üzrlü səbəbdən buraxılmasına dair hər hansı bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qərardan uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Məhkəmə hesab edir ki, vəsatətdə göstərdiyi hallar iş materilları ilə uzlaşmır, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 130, 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin edilməsin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tənbeh edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından apellyasiya qaydasında şikayəti vermə müddətinin bərpa edilməməsi barədə həmin məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2170/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2170/2026
23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver