Məhkəmə qərarları › İş №3(3-6)-2174/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2174/2026

15.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2174/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun məruzəsi və sədrliyi ilə, Məhkəmə iclas katibi Feyzullazdə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Tarıverdiyev İlham oğlunun, onun müdafiəçisi X2, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Tarıverdiyev İlham Lətif oğlunun AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati həbs edilməsinə dair *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Tarıverdiyev İlham oğlunun müdafiəçisi X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tarıverdiyev İlham Lətif oğlunun Azərbaycan Respublikası 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) *(*-**)-****/**** saylı, ##.##.2026-cı il qərarı ilə Tarıverdiyev İlham Lətif oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs tətbiq edilmiş, inzibati həbsdə saxlama müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Tarıverdiyev İlham oğlunun müdafiəçisi X2 apellyasiya qaydasında şikayət vermişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayətdə qeyd edilmişdir ki, qanun aliment borcunun mövcudluğunu deyil, məhz üzrsüz səbəbdən icra edilməməsini inzibati məsuliyyətin zəruri şərti kimi müəyyən etmişdir. Lakin birinci instansiya məhkəməsinin qərarında "üzrsüz səbəb"in bu konkret iş üzrə nədən ibarət olduğu ümumiyyətlə göstərilməmişdir. Məhkəmə yalnız aliment borcunun mövcudluğunu qeyd etmiş, lakin borcun hansı səbəbdən yarandığını, həmin səbəbin niyə üzrlü hesab edilmədiyini, şəxsin maliyyə vəziyyətini, gəlir imkanlarını, aliment öhdəliyinin faktiki icrasını araşdırmamışdır. Halbuki məhkəmə iclasında izah edilmişdir ki, Tarıverdiyev İlham Lətif oğlu daimi əmək münasibətlərində çalışan şəxs deyil, fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur və sabit aylıq gəlirə malik deyil. Buna baxmayaraq aliment öhdəliyindən yayınmamış, imkanları daxilində mütəmadi aliment ödənişləri etmişdir. Deməli, söhbət aliment öhdəliyindən tam yayınmadan deyil, qeyri-sabit gəlir şəraitində öhdəliyin imkan daxilində icrasından gedir. Bu hallara hüquqi qiymət verilmədən yalnız borcun mövcudluğuna əsaslanaraq "üzrsüz səbəbdən icra etməmə" nəticəsinə gəlmək İXM-in 528.1-ci maddəsinin düzgün tətbiq edilməməsi deməkdir. Mübahisələndirilən qərarda isə "üzrsüz səbəb" elementinə dair hər hansı hüquqi əsaslandırma yoxdur. Qərarda niyə alternativ inzibati tənbehlərin kifayət etmədiyi, niyə məhz ən ağır inzibati tənbeh növlərindən biri olan inzibati həbsin seçildiyi barədə hər hansı əsaslandırma mövcud deyildir. İnzibati həbs yalnız zəruri və mütənasib olduğu hallarda tətbiq edilməlidir. Tarıverdiyev İlham Lətif oğlu dolanışığını taksi fəaliyyəti ilə təmin edir. Gəliri yalnız faktiki işlədiyi günlərdən asılıdır. Bu halda 8 sutka inzibati həbs tətbiq olunması Tarıverdiyev İlham Lətif oğlunun gəlir əldə etmək imkanını aradan qaldırır və nəticə etibarilə aliment öhdəliyinin icrasını daha da çətinləşdirir. Belə olan halda tətbiq edilmiş həbs nə aliment ödənişlərinin təmin edilməsinə, nə də uşağın mənafeyinə xidmət edir. Aliment institutunun məqsədi valideynlərdən birini cəzalandırmaq deyil, uşağın maddi təminatını təmin etməkdir. Hazırkı işdə isə aliment öhdəliyindən yayınma deyil, imkan daxilində mütəmadi ödənişlərin həyata keçirilməsi mövcuddur. Əks yanaşma paradoksal vəziyyət yaradır. Şəxsin aliment ödəməsini təmin etmək məqsədilə onun yeganə gəlir mənbəyindən məhrum edilməsi nə icra sənədinin icrasına, nə də uşağın mənafeyinə xidmət edir. İnzibati həbs nəticəsində borclunun gəlir əldə etmək imkanı aradan qalxdığından aliment borcu azalmaq əvəzinə daha da artır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Tarıverdiyev İlham Lətif oğlu və onun müdafiəçisi X2 ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayətini əsassız hesab edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştiraklarının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: İşin materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib aşağıdakı əsaslara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədindən görünür ki, iddia tələbi təmin edilmiş, Tarıverdiyev İlham Lətif oğlu ilə Zərərçəkmiş şəxs arasında ##.##.2004-cü il tarixdə *** saylı aktla Bakı şəhəri, X3 şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuş, ##.##.2005-ci il təvəllüdlü Tarıverdiyev Emil İlham oğlu və ##.##.2008-ci il təvəllüdlü Tarıverdiyeva Emiliya İlham qızı anaları Zərərçəkmiş şəxs himayəsində saxlanılmış, Tarıverdiyev İlham Lətif oğlundan ##.##.2005-ci il təvəllüdlü Tarıverdiyev Emil İlham oğlunun və ##.##.2008-ci il təvəllüdlü Tarıverdiyeva Emiliya İlham qızının yetkinlik yaşına çatanadək saxlanması üçün, ##.##.2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilmiş, 20 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilmiş, Tarıverdiyev İlham Lətif oğlundan 10 (on) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilmiş, qətnamənin aliment hissəsi dərhal icra olunmuşdur. Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Tarıverdiyev İlham Lətif oğlundan iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, cavabdeh Tarıverdiyev İlham Lətif oğlundan ##.##.2008-ci il təvəllüdlü Tarıverdiyeva Emiliya İlham qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 220 (iki yüz iyirmi manat) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilmiş, Əhmədov Nurlan İlham oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilmişdir. İcra məmuru tərəfindən Tarıverdiyev İlham Lətif oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Tarıverdiyev İlham Lətif oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata, inzibati xəta hadisəsi olmadığından, xitam verilmişdir. İcra məmurunun ##.##.2025-ci il tarixli qərarı ilə borclu barəsində axtarış elan edilmişdir. İcra məmuru tərəfindən Tarıverdiyev İlham Lətif oğluna yazılı xəbərdarlıq edilmişdir. İcra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə borclunun izahatı alınmışdır. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Tarıverdiyev İlham Lətif oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozmaya yol verməsini müəyyən etmişdir. Belə ki, iş materiallarından da görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyənləşdirilmiş aliment ödənişlərini ödəməmişdir. Bundan əlavə, apellyasiya şikayətində müdafiəçi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin taksi fəaliyyətinə ilə məşğil olduğunu qeyd etmişdir. Bu halın mövcudluğu da məhz Tarıverdiyev İlham Lətif oğlunun gündəlik qazanca sahib olduğunu, lakin aliment öhdəliyini “üzrsüz” səbəbdən icra etmədiyini bir daha təsdiq edir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Tarıverdiyev İlham oğlunun müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Tarıverdiyev İlham Lətif oğlunun AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati həbs edilməsinə dair *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar