Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2178/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsinin rəisi Qafar Ağayev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.Axundov) ## #### 2026-cı il tarixli qərarı ilə şikayət qismən təmin olunaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsinin rəisi Qafar Ağayev apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və ** X4 və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Xətai Rayon Məhkəməsinin mübahisələndirilən ##.##.2026-ci il tarixli *(*-**)-****/**** saylı qərarına etiraz edərək bildiririk ki, qərar əsassızdır, əməldə inzibati xəta tərkibi olsa da Idarənin qərarı ləğv edilmişdir. Bildiririk ki, Xətai rayonu, Köhnə Günəşli, General Səməd bəy Mehmandarov küçəsi 48 ünvanında tullantıların qalaqlanması qaydalarının pozulması və yandırılması nəticəsində atmosfer havasının çirklənməsi əsas gətirilərək ** nömrəli MKIS-nin rəisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 234.0.5 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə Xətai rayonu, Köhnə Günəşli, General Səməd bəy Mehmandarov küçəsi 48 ünvanında tullantıların qanunsuz olaraq qalaqlanması və yandırılması nəticəsində Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 234.0.5 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, 01/##.##.**** nömrəli monitorinq aktından görünür ki, Xətai rayonu, Köhnə Günəşli, General Səməd bəy Mehmandarov küçəsi 48 ünvanında yaşayan Şahid tərəfindən sonuncunun yaşadığı ünvanın yaxınlığında tullantı yandırılması barədə həmin idarəyə daxil olmuş şikayət əsasında Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə həmin ərazidə aparılmış araşdırma zamanı tullantılartın qalaqlanması və yandırılması faktı öz təsdiqini tapmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin faktla əlaqədar olaraq şifafi olaraq bildirmişdir ki, ərazidə əsaslı təmir-tikinti işləri aparılır. Şahid tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə ünvanlanmış ##.##.2025-ci il, saat 09:50:53 tarixli müraciətdən görünür ki, sonuncu yol tərəfdə hər gün zibil yandırıldığını, iyi-qoxu və tüstünün sakinləri narahat etdiyini bildirərək tədbir görülməsini xahiş etmişdir. Bütün bu amillər Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb olunmasına əsas verir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) barəsində aparılmış inzibati araşdırma tam qanunvericiliyin tələblərinə uyğun aparılmış və qeyd olunan səbəblərdən Xətai Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(*-**)-****/**** saylı qərarı tamamilə əsassız və qanunsuzdur. Belə ki, inzibati xəta haqqında işə məhkəmə tərəfindən hərtərəfli və tam baxılmamış, qanunvericiliyin tələblərinə əməl olunmamış, inzibati xətalar və ətraf mühitin mühafizəsi haqqında qanunverciliyin bir sıra maddələrini kobud şəkildə pozmuş Qərardan şikayət verən orqan (şəxs) qanunsuz əməllərinə hüquqi qiymət verilməmişdir. Qeyd olunanlardan və qanunvericiliyin tələblərindən göründüyü kimi Idarə tərəfindən inzibati araşdırma və inzibati xəta haqqında işə baxılması qaydaları qanunverciliyin tələblərinə uyğun (ədalətli) aparılmışdır. Idarə tərəfindən aparılan araşdırma zamanı aşkar olunmuş faktları özündə əks etdirən akt, protokol, inzibati xəta hadisəsini özündə əks etdirən (sübüt edən) sənədlər, şəxsin izahat verməkdən və protokolu imzalamaqdan imtina etməsi, inzibati xəta haqqında işə baxılmanın yeri və müddətinin Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliyin tələblərinə uyğun bildirilməsi və s. bunu sübut edir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) öz vəzifələrini yerinə yetirməmiş, qanunsuz əməllər törədərək ətraf mühitə zərər vurmuş və digər şəxslərin Konstitusiyada təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2 iştirak edərək verilmiş apellyasiya şikayətinin təmin edilib Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarının qüvvədə qalması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq sübut qismində hadisənin görüntüləri olan video görüntünü məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməli, iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edlmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** X4 və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Xətai rayonu, Köhnə Günəşli, General Səməd bəy Mehmandarov küçəsi 48 ünvanında tullantıların qalaqlanması qaydalarının pozulması və yandırılması nəticəsində atmosfer havasının çirklənməsi əsas gətirilərək ** nömrəli MKIS-nin rəisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 234.0.5 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə Xətai rayonu, Köhnə Günəşli, General Səməd bəy Mehmandarov küçəsi 48 ünvanında tullantıların qanunsuz olaraq qalaqlanması və yandırılması nəticəsində Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 234.0.5 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, 01/##.##.**** nömrəli monitorinq aktından görünür ki, Xətai rayonu, Köhnə Günəşli, General Səməd bəy Mehmandarov küçəsi 48 ünvanında yaşayan Şahid tərəfindən sonuncunun yaşadığı ünvanın yaxınlığında tullantı yandırılması barədə həmin idarəyə daxil olmuş şikayət əsasında Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə həmin ərazidə aparılmış araşdırma zamanı tullantılartın qalaqlanması və yandırılması faktı öz təsdiqini tapmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin faktla əlaqədar olaraq şifafi olaraq bildirmişdir ki, ərazidə əsaslı təmir-tikinti işləri aparılır. Şahid tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə ünvanlanmış ##.##.2025-ci il, saat 09:50:53 tarixli müraciətdən görünür ki, sonuncu yol tərəfdə hər gün zibil yandırıldığını, iyi-qoxu və tüstünün sakinləri narahat etdiyini bildirərək tədbir görülməsini xahiş etmişdir. Şahid tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə ünvanlanmış ##.##.2026-cı il, saat 15:28:43 tarixli müraciətdən görünür ki, sonuncu təkrarən yol tərəfdə hər gün zibil yandırıldığını, iyi-qoxu və tüstünün sakinləri narahat etdiyini bildirərək tədbir görülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qərarını bununla əsaslandırmışdır ki, məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) bildirmişdir ki, tullantılar MKIS işçiləri tərəfindən yandırılmamış, sakinlər tərəfindən yandırılmışdır. Həmçinin, məhkəmə iclasında şahid qismində izahatı alınmış Şahid tullantıların ** saylı MKIS-in işçiləri tərəfindən yandırılması, ümumiyyətlə hansı şəxs tərəfindən yandırılmasını görmədiyini bildirmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində izahatları alınmış ** saylı MKIS-in işçiləri Ramilə Mövsümova və Pərvanə Eyvazova tullantıların onlar tərəfindən yandırılmadığını, yanğının kim tərəfindən törədilməsini görmədiklərini bildirmişdirlər. Habelə videogörüntüyə baxış zamanı qeyd olunan ərazidə tullantıların ** saylı MKISin işçiləri tərəfindən qalaqlanması və yandırılması faktı öz təsdiqini tapmamışdır. Həmçinin, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, 01/##.##.**** nömrəli monitorinq aktından görünür ki, həmin ərazidə tullantıların ** saylı MKIS-in işçiləri tərəfindən qalaqlanması və yandırılmasına dair hər hansı xüsusat göstərilməmiş, monitorinqdə iştirak edən Qərardan şikayət verən orqan (şəxs) yalnız həmin ərazidə əsaslı təmir-tikinti işlərinin aparılmasını göstərmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** X4 və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi tərəfindən təqdim edlmiş bəzi fotoşəkillərin isə ##.##.2025-ci il tarixə aid olması müəyyən edilmişdir. Səlahiyyətli orqan tərəfindən inzibati xəta hadisəsinin mövcudluğu formal olaraq göstərilsə də, həmin hadisənin məhz Qərardan şikayət verən orqan (şəxs) təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi mötəbər, kifayət edən və birbirini tamamlayan sübutların məcmusu ilə təsdiq edilməmişdir. Məhkəmə diqqətə alır ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli, 01/##.##.**** nömrəli monitorinq aktında videogörüntüyə baxış keçirildiyi və həmin görüntü əsasında tullantıların ** saylı MKIS-in işçiləri tərəfindən qalaqlanaraq yandırılmasının müəyyən edildiyi qeyd olunmuşdur. Lakin məhkəmə iclasında həmin videogörüntü bilavasitə tədqiq edilərkən videoda tullantıların yandırılması prosesinin, eləcə də həmin hərəkətlərin ** saylı MKIS-in işçiləri tərəfindən həyata keçirilməsinin əks olunmadığı müəyyən edilmişdir. Əksinə, videogörüntüdə yalnız ərazidə olan şəxslərin fonunda əvvəllər baş vermiş yanğından sonra qalmış tullantı sahəsinin tüstülənməsi müşahidə olunur. Belə olan halda monitorinq aktında videogörüntünün məzmununa dair göstərilən xüsusatlar həmin görüntünün faktiki məzmunu ilə təsdiq olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, monitorinq aktında videogörüntünün məzmunu ilə bağlı əks etdirilmiş nəticələr obyektiv məlumatlara əsaslanmadığından, həmin aktın bu hissəsi mötəbər sübut kimi qəbul edilə bilməz və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirinin müəyyən edilməsi üçün kifayət edən sübut qüvvəsinə malik deyildir. Eyni zamanda ## ###### 2026-cı il tarixli, 01/##.##.**** nömrəli monitorinq aktında Şahid müraciətinə əsasən monitorinq aparılması göstərilsə də, məhkəmə araşdırması zamanı Şahid ##.##.2025-ci il və ##.##.2026-ci il tarixlərdə müraciət etməsi müəyyən edilmişdir. Şahid isə izahatında yanğın vaxtı hadisənin videogörüntüsünü çəkməsini və elə həmin vaxt çağrı mərkəzinə müraciət etməsini, lakin görüntünü heç kimə göndərməməsini bildirmişdir. Belə olduğu təqdirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixdə monitorinqin hansı məlumata əsasən aparılması, həmin tarixdə tullantıların qalaqlanması və yandırılmasını əks etdirən videogörüntünün kim tərəfindən qeydə alınması və onlara kim tərəfindən göndərilməsi kimi işin mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırılmamışdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi iş materialları ilə öz sübutunu tapmır. Məhkəmə sübut kimi təqdim edilmiş foto və video görüntülərə iclasda baxış kecirərək və həmin görüntüləri tədqiq edib apellyasiya şikayətinin dəlili ilə razılaşaraq qeyd edir ki, ünvan 1 ünvanında tullantıların qalaqlanması qaydalarının pozularaq yandırıldığı ərazi ** nömrəli MKISin ərazisidir və həmin ərazidə yandırılmanı həyata keçirən şəxslər də məhz ** nömrəli MKIS-in əməkdaşlarıdır. Beləliklə məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar əsasında Qərardan şikayət verən orqan (şəxs) əməlində həqiqətən də Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin tərkib əlamətləri mövcud olmuşdur və onun həmin maddə ilə 2500 manat məbləğində cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarı qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası IXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası IXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunan əsasda Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsinə göndərilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə edilməsinə dair ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsinin rəisi Qafar Ağayev tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv olunaq qeyd olunan inzibati xəta haqqında işin baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsinə göndərilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** X4 və Təbii Sərvətlər Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 234.0.5 və 271-ci maddələri ilə təqsirli bilinərək 2500 manat cərimə edilməsinə dair ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2178/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2178/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver