Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2180/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 1-ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026 cı il tarixli qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə. dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibti binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixli xəta haqqında qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat miqdarında cərimə edilmişdir. Belə ki, lizinq müqaviləsi əsasında idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2026-ci il tarixdə Bakı şəhəri, Z.Bünyadov prospekti, Evrohome TM yaxınlığı, 20 yanvar istiqaməti adlanan ərazidə inzibati xətaya yol versə də həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməyinə dair elektron qərar 24 saat ərzində deyil, 01 ay 16 gün sonra yəni ## ##### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirmişdir, bu da Azərbaycan Respublikası İXM-m 38.6 maddəsinin tələblərinin pozulmasına ehtiva edir. Qeyd olunan inzibati xətayla əlaqədar qərar əsasında tərtib edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli protokol 24 saat müddətində deyil, 01 ay 16 gün sonra yerləşdirilmişdir ki, bu da onun inzibati məsuliyyətdən azad olunmağı üçün əsasdır. Odur ki, DİN-nin BDYPİnin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qararın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026- cı il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından AR DİN Baş Dövlət Yol Polis İdarəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış elektron qərar dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarını araşdıraraq və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən çıxarılmış qərar ləğv edilməli və inzibati xətalar haqqqında işlər üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, elektron qərar real vaxt rejimində çıxarılmamış, eləcə də 1 gün ərzində elektron kabinetə yerləşdirilməmiş, habelə vətəndaş narazı olduğu halda onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hakim tərəfindən qərar qəbul olunarkən inzibati xəta haqqında iş araşdırılmamış, həmin qərarın əslində ##.##.2026-cı il tarixdə törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxx” MMC barəsində tərtib edilmiş sorğuya əsasən sonradan şirkət tərəfindən avtomobili idarə edən şəxs barəsində verilmiş məlumat əsasında çıxarılmış qərar olduğu müəyyən edilməmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında İXMnin 123-cü maddəsinə uyğun qaydada şirkət barəsində tərtib edilmiş sorğu, sürücü barədə məlumat verildikdən sonra ##.##.2026-cı il tarixdə qərara çevrilmiş və həmin qərar da dərhal vətəndaş Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilmiş və ona SMS məlumat göndərilmişdir. Elektron qərarlar çıxarılarkən əslində Məcəllənin 38.6-cı maddəsinin tələbi pozulmadığı halda, hakim qərarında bunun tam əksini qeyd etmiş, onun tərəfindən ümumiyyətlə Məcəllənin 123-cü maddəsi araşdırılmamış və kobud pozuntuya yol verilmişdir. Bununla yanaşı xüsusi texniki vasitələrin köməyilə aşkar olunmuş qayda pozuntuları ilə bağlı başlanılmış inzibati xətalar haqqında işlərin Məcəllənin 122-ci maddəsilə tənzimlənməsinə baxmayaraq, hakim bunu nəzərə almadan Məcəllənin 124-cü maddəsinə istinad etmiş və vətəndaşın qayda pozuntusunun mövcudluğu ilə razılaşmadığı halda onun barəsində qərar çıxarılmasını qanun pozuntusu kimi qiymətləndirmişdir. Qərarın ləğv edilməsi üçün hüquqi əsaslar: Birincisi, birinci instansiya məhkəməsinin hakimi səlahiyyətli vəzifəli şəxsin qərarından şikayətə baxarkən səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən inzibati xəta haqqında işə baxmışdır. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 1-ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026 cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, DİN-nin BDYPİ Mərkəzi İnformasiya sisteminin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərar qəbul edilsə belə, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində törətmiş olduğu inzibati xətaya dair EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərar ##.##.2026-cı il tarixində yerləşdirilmiş, yəni xətanın törədilməsindən 01 ay 16 gün sonra tərtib edilmişdir. Halbuki,İXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İşin mübahisə edilməyən və sübuta yetirilən halları ondan ibarətdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə, Bakı şəhəri, Z.Bünyadov prospekti, Evrohome TM yaxınlığı, 20 yanvar istiqamətində “Chevrolet Cobalt LTZ” markalı **-YB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etmişdir. Bu hal, inzibati tənbeh qərarı, fotoşəkillə və Qərardan şikayət verən orqan (şəxs) izahatı ilə sübut edilməkdədir. Qərardan şikayət verən orqan (şəxs) mübahisələndirdiyi hal xətanın xüsusi texniki vasitə ilə aşkar edilməsi və 24 saat müddətində İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalı olması, lakin qərarın 01 ay 16 gün sonra, yəni ## ##### 2026-cı il tarixdə çıxarılması ilə bağlı olmuşdur. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli, **** nömrəli məktubundan görünür ki, “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixə qədər törədilmiş yol hərəkəti qayda pozuntuları zamanı avtomobili vətəndaş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə olunması ilə bağlı tərəflərindən ##.##.2026-cı il tarixdə Yasamal DYPŞ-nə təqdim edilmiş şifahi məlumatlar əsasında onun barəsində elektron qərarlar çıxarılmışdır. Birinci instansiya məhkəməsi qərarında İXM-nin 122.1-ci maddəsinə istinad etmişdir. İXM-nin 122.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx” MMC-ə məxsus olmuş və MMC ilə Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanılmış AZL-*** saylı daxili lizinq müqaviləsinə əsasən sonuncunun müvəqqəti istifadəsinə verilmişdir. İnzibati xəta törədilən gün yəni, ## #### 2026-cı il tarixində də nəqliyyat vasitəsi məhz Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olmuşdur. BDYPİ tərəfindən sürücü barədə məlumat əldə etmək üçün müvafiq sorğu verilmiş və “xxxx” MMC tərəfindən sürücü barədə məlumat verildikdən sonra ## ##### 2026 cı il tarixində elektron qərar qəbul edilmiş və vətəndaş Qərardan şikayət verən orqan (şəxs) eletron kabinetinə yerləşdirilərək ona bu barədə SMS məlumat göndərilmişdir İXM-in: 6.1-ci maddəsinə əsasən İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 123.1-ci maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Göründüyü kimi, mübahisələndirilən qərar üzrə inzibati xəta haqqında iş üzrə icraat əsasında İXM-nin 123-cü maddəsinə uyğun qaydada sorğu verilmiş və sürücü barədə məlumat əldə edildikdən sonra qərar dərhal Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilmiş və ona bu barədə SMS məlumat verilmişdir. Odur ki, apellyasiya qaydasında şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilməməli, EQ seriyalı ******** nömrəli, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.2, 135.1.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALIRAM: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) EQ ******** saylı, ##.##.2026 cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.1-1-ci maddəsi ilə tənbeh edilməsinə dair EQ ******** saylı, ##.##.2026 cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2180/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2180/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver