Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2181/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Səlahiyyətli orqanın nümayəndəsi X1 iştirakı ilə, Inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində DIN-nin BDYPI-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polisi Idarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, DIN-nin BDYPI-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixli xəta haqqında qərarına əsasən Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat miqdarında cərimə edilmişdir. Belə ki, lizinq müqaviləsi əsasında idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə ##.##.2026-ci il tarixdə Bakı şəhəri, Ziya Bünyadov prospekti, Çermet körpüsü adlanan ərazidə inzibati xətaya yol versə də həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməyinə dair elektron qərar 24 saat ərzində deyil, 01 ay 14 gün sonra yəni ## ##### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirmişdir, bu da Azərbaycan Respublikası IXM-m 38.6 maddəsinin tələblərinin pozulmasına ehtiva edir. Qeyd olunan inzibati xətayla əlaqədar qərar əsasında tərtib edilmiş EQ ******** saylı, ##.##.2026-cı il tarixli protokol 24 saat müddətində deyil 01 ay 19 gün sonra yerləşdirilmişdir ki, bu da onun inzibati məsuliyyətdən azad olunmağı üçün əsasdır. Odur ki, DIN-nin BDYPI-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qararın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində DIN-nin BDYPI-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan DIN-nin Baş Dövlət Yol Polisi Idarəsinin rəis müavini Pərvin Səfərəliyev şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim tərəfindən qərar qəbul olunarkən inzibati xəta haqqında iş araşdırılmamış, həmin qərarın əslində ## #### 2026-cı il tarixdə törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsinin mülkiyyətçisi "xxxx” MMC barəsində tərtib edilmiş sorğuya əsasən sonradan şirkət tərəfindən avtomobili idarə edən şəxs barəsində verilmiş məlumat əsasında çıxarılmış qərar olduğu müəyyən edilməmişdir. Belə ki, ## #### 2026-cı il tarixdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında Inzibati Xətalar Məcəlləsinin 123-cü maddəsinə uyğun qaydada şirkət barəsində tərtib edilmiş sorğu, sürücü barədə məlumat verildikdən sonra ## ##### 2026-cı il tarixdə qərara çevrilmiş və həmin qərar da dərhal vətəndaş Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilmiş və ona SMS məlumat göndərilmişdir. Elektron qərarlar çıxarılarkən əslində Məcəllənin 38.6-cı maddəsinin tələbi pozulmadığı halda, hakim qərarında bunun tam əksini qeyd etmiş, onun tərəfindən ümumiyyətlə Məcəllənin 123-cü maddəsi araşdırılmamış və kobud pozuntuya yol verilmişdir. Bununla yanaşı xüsusi texniki vasitələrin köməyilə aşkar olunmuş qayda pozuntuları ilə bağlı başlanılmış inzibati xətalar haqqında işlərin Məcəllənin 122-ci maddəsilə tənzimlənməsinə baxmayaraq, hakim bunu nəzərə almadan Məcəllənin 124-cü maddəsinə istinad etmiş və vətəndaşın qayda pozuntusunun mövcudluğu ilə razılaşmadığı halda onun barəsində qərar çıxarılmasını qanun pozuntusu kimi qiymətləndirmişdir. Birincisi, birinci instansiya məhkəməsinin hakimi səlahiyyətli vəzifəli şəxsin qərarından şikayətə baxarkən səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən inzibati xəta haqqında işə baxmışdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Poçt Haqqında Azərbaycan Respublikası Qanununa əsasən sifarişli qaydada göndərilməli və göndərilən səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırılmasını təsdiq edən xəbərnamə məhkəməyə daxil olduqdan sonra məhkəmə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxa bilərdi. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Belə olan halda işə baxılma vaxtı və yeri barədə səlahiyyətli orqana məlumatın çatıb- çatmamasını aydınlaşdırmadan iş üzrə icraata xitam vermişdir. Inzibati xəta haqqında işin materiallarında işin baxılma və vaxtı və yeri barədə səlahiyyətli orqana məktubun çatdırılması barədə hər hansı sübut mövcud deyildir. Ikincisi, hakim qərar qəbul edərkən iş materiallarını dərindən araşdırmamış, habelə qanun normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X1 şikayətin dəlillərinə uyğun izahat verib Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) tənbeh vermə haqqında qərarından şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfləri dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan DIN-nin BDYPI-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli nzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, ##.##.2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Ziya Bünyadov prospekti, Çermet körpüsü istiqamətində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətlə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş "xxxx” MMC tərəfindən Baş DYpI-yə ünvanlanmış məktubun surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Şakir oğlu ilə "xxxx” MMC arasında bağlanmış AZL-*** saylı daxili lizinq müqaviləsinə əsasən müvəqqəti istifadəsinə verilmişdir. Chevrolet Cobalt lTz markalı, 77- YB-184 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ## ###### 2025-ci il tarixdən ## ##### 2026-cı il tarixinədək yol hərəkəti qayda pozuntuları zamanı avtomobili vətəndaş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə olunması ilə bağlı MMC tərəfindən ## ##### 2026-cı il tarixdə Yasamal DYPŞ-yə təqdim edilmiş şifahi məlumatlar əsasında onun barəsində elektron qərarlar çıxarılmışdır. Beləliklə qeyd edilən sənədlərdən də görünür ki, qeyd edilən inzibati xətanın törədilməsi aşkar edildikdən sonra həmin nəqliyyat vasitəsinin kimin istifadəsində olmasının aydınlaşdırılması məqsədi ilə "xxxx” MMC-yə müvafiq sorğu ünvanlanmış, "xxxx” MMC tərəfindən şifahi şəkildə Yasamal rayonu DYPŞ-nə məlumatlar təqdim edilmiş və bunun əsasında həmin gün elektron qaydada inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə hesab ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar tam və hərtərəfli araşdırlmadan düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin: 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin l22.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. 123.1- ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2- ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3- ci maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar əsasında Qərardan şikayət verən orqan (şəxs) barəsində DIN-nin BDYPI-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni, əsaslı olmuşdur. Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası IXM-nin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunanlara əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində DIN-nin BDYPI-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polisi Idarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş şikayət təmin edilsin. Inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində DIN-nin BDYPI-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində DIN-nin BDYPI-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2181/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2181/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver