Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2183/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi – X1, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs), Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş materialdan müəyyən edilir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin müvafiq qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev apellyasiya qaydasında şikayət verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında tərəflərindən verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu qeyd edib şikayətin təmin edilməməklə qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, sonuncunun İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə qərar qəbul edərkən yalnız buna əsaslanmışdır ki, inzibati araşdırma pozuntulara yol verilməsi ilə aparılmışdır. Məhkəmə, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmir. İXM-in 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Belə ki, iş materiallarında olan DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli nzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, ##.##.2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Z.Bünyadov prospekti, Evrohome TM yaxınlığı, 20 yanvar istiqamətində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqla hərəkət etməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXMnin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi haqqında DİN-nin BDYPİ Mərkəzi İnformasiya sisteminin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Həmçinin birinci instansiya məhkəməsi məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, DİN-nin BDYPİ Mərkəzi İnformasiya sisteminin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərar qəbul edilsə belə, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində törətmiş olduğu inzibati xətaya dair EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərar ##.##.2026-cı il tarixində yerləşdirilmiş, yəni xətanın törədilməsindən 01 ay 14 gün sonra tərtib edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “xxxx” MMC ilə Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanmış AZL-*** saylı daxili lizinq müqaviləsinə əsasən müvəqqəti istifadəsinə verilmişdir. Chevrolet Cobalt LTZ markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ##.##.2025-ci il tarixdən ##.##.2026 tarixinədək törədilmiş yol hərəkəti qayda pozuntuları zamanı avtomobili vətəndaş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə olunması ilə bağlı tərəfimizdən ##.##.2026-ci il tarixdə Yasamal DYPŞ-yə təqdim edilmiş şifahi məlumatlar əsasında onun barəsində elektron qərarlar çıxarılmışdır. Göründüyü kimi “xxxx” MMC Qərardan şikayət verən orqan (şəxs) barəsində olan şifahi məlumatları ##.##.2026-ci il tarixdə Yasamal DYPŞ-yə təqdim etdikdən sonra şəxs barəsində həmin gün elektron formada qərar qəbul edilmiş və müddət ötürülməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından verilmiş şikayətlə razılaşaraq qeyd edir ki, iş materiallarında olan protokol və qərar Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsini müəyyən etməyə kifayət edir. İXM-in 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 76-cı maddəsinə əsasən. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir İXM-in 133.2.8-ci maddəsinə əsasəninzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında qərar qəbul edən orqan tərəfindən apellyasiya şikayətində istinad edilmiş dəlillər şikayətin təmin olunması üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən İXM-nin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2183/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2183/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver