Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2185/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi ilə, İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış elektron qərarın dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında iş araşdırılmamış, inzibati tənbeh vermə haqqında qərarın ##.##.2026-cı il tarixdə törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxx” MMC barəsində tərtib edilmiş sorğuya əsasən sonradan şirkət tərəfindən avtomobili idarə edən şəxs barəsində verilmiş məlumat əsasında çıxarılması müəyyən edilməmişdir. Belə ki, elektron qərar çıxarılarkən əslında İXM-nin 38.6-cı maddəsinin tələbi pozulmadığı halda məhkəmə bunun əksini qeyd etmiş, onun tərəfindən ümumiyyətlə Məcəllənin 123-cü maddəsi araşdırılmamış və kobud pozuntuya yol verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) onun tərəfindən ##.##.2026-cı il tarixdə inzibati xətanın törədilməsi faktını etiraf etdiyini, lakin inzibati tənbeh vermə haqqında qərar elektron kabinetə 11 gün sonra, yəni ##.##.2026-cı il tarixdə yerləşdirildiydən apellyasiya şikayəti ilə razılaşmadığını qeyd etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər hazırki məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1- ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış ha arda yolun çiyni ilə hərəkət edilməsi qırx manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli nzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, ##.##.2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan “Chevrolet Cobalt LTZ” markalı **-YB- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Çermet körpüsü istiqamətində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026-cı il tarixdə İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktı iş materialları ilə öz təsdiqini tapmış, Qərardan şikayət verən orqan (şəxs) özü də həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı ##.##.2026-cı il tarixdə istifadəsində olan “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə ona istinad olunan inzibati xətanı törətməsi faktını təkzib etməmiş və barəsində olan ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı inzibati xəta hadisənin mövcudluğu hissəsində mübahisələndirməmişdir. Bununla belə, inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş Qərardan şikayət verən orqan (şəxs) əsas dəlili qismində ##.##.2026-cı il tarixdə törətdiyi inzibati xətaya görə inzibati tənbeh vermə haqqında elektron qərarın 24 saat ərzində deyil, 11 gün sonra, yəni ##.##.2026-cı il tarixdə elektron kabinetə yerləşdirilməsi səbəbindən İXM-nin 38.6-cı maddəsinin tələblərinin pozulması göstərilmişdir. İnzibati xəta haqqında işin icraatına xitam verərkən birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, DİN-nin BDYPİ Mərkəzi İnformasiya sisteminin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026- cı il tarixli qərar qəbul edilsə belə, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində törətmiş olduğu inzibati xətaya dair EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərar ##.##.2026-cı il tarixində yerləşdirilmiş, yəni xətanın törədilməsindən 11 gün sonra tərtib edilmişdir. Halbuki,İXM-nin 38.6cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan iş üzrə icraata xitam verilməsi qərara alımışdır. Belə ki, İXM-nin 123.1-ci maddəsinə əsaəsn bu Məcəllənin 122.1-ci, 124.5-ci və 124.6cı maddələrində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi qanunverici İXM-nin 38.6-cı maddəsinə əsasən həmin Məcəllənin 122.1ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarın və onun əlavəsinin (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməsini inzibati məsuliyyətə cəlb etmə müddəti kimi nəzərdə tutmasına baxmayaraq, digər tərəfdən 122.1-ci maddədə nəzərdə tutulmuş xəta hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının əvvəlkindən fərqli qaydasını nəzərdə tutmuşdur. Başqa sözlə, İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarın və onun əlavəsinin (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməsi bütün hallarda imperativ tələb kimi müəyyən olunmamışdır. Apellyasiya icraatı zamanı Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli etibarnamədən görünür ki, verilir “xxxx” MMC tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ondan ötrü ki, “xxxx” MMC ilə Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanmış ##.##.2023-cü il tarixli AZL-*** saylı “X4” əsasında lizinqə verilmiş 1 ədəd olan “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı maşının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə ##.##.2026cı il tarixdən ##.##.2026-cı il tarix daxil olmaqla etibarlıdır. Eyni zamanda iş materiallarında əlavə edilmiş “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək törədilmiş yol hərəkəti qayda pozuntuları zamanı avtomobilin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə olunması ilə bağlı tərəflərindən ##.##.2026-cı il tarixdə Yasamal DYPŞ-nə təqdim edilmiş şifahi məlumatlar əsasında onun barəsində elektron qərarlar çıxarılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin ##.##.2026-cı il tarixdə törədilmiş inzibati xətaya görə inzibati tənbeh vermə haqqında elektron qərarın 24 saat ərzində deyil, 11 gün sonra tərtib edilərək elektron kabinetə yerləşdirilməsinə münasibətdə qərarın “xxxx” MMC-dən avtomobili idarə edən şəxs barəsində verilmiş məlumat əsasında çıxarılması və buna görə də İXM-nin 38.6-cı maddəsinin tələbinin pozulmaması barədə dəlilləri ilə razılaşır. Məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli olması öz təsdiqini tapdığından, habelə inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan birinci instansiya məkəməsi EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1- ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin EQ ******** saylı, ##.##.2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ləğv edilsin Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-2185/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2185/2026
28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver