Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2186/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Baş Dövlət Yol Polis İdarəsinin nümayəndələri X2 və X4 iştirakları ilə, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilərək həmin qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ## ##### 2026-cı il tarixli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən BDYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, elektron qərar real vaxt rejimində çıxarılmamış, eləcə də 1 gün ərzində elektron kabinetə yerləşdirilməmiş, habelə vətəndaş narazı olduğu halda onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Hakim tərəfindən qərar qəbul olunarkən inzibati xəta haqqında iş araşdırılmamış, həmin qərarın əslində ## #### 2026-cı il tarixdə törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxx” MMC barəsində tərtib edilmiş sorğuya əsasən sonradan şirkət tərəfindən avtomobili idarə edən şəxs barəsində verilmiş məlumat əsasında çıxarılmış qərar olduğu müəyyən edilməmişdir. Belə ki, ## #### 2026-cı il tarixdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında İnzibati Xətalar Məcəlləsinin 123-cü maddəsinə uyğun qaydada şirkət barəsində tərtib edilmiş sorğu, sürücü barədə məlumat verildikdən sonra ## ##### 2026-cı il tarixdə qərara çevrilmiş və həmin qərar da dərhal vətəndaş Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilmiş və ona SMS məlumat göndərilmişdir. Elektron qərarlar çıxarılarkən əslində Məcəllənin 38.6-cı maddəsinin tələbi pozulmadığı halda, hakim qərarında bunun tam əksini qeyd etmiş, onun tərəfindən ümumiyyətlə Məcəllənin 123-cü maddəsi araşdırılmamış və kobud pozuntuya yol verilmişdir. Bununla yanaşı xüsusi texniki vasitələrin köməyilə aşkar olunmuş qayda pozuntuları ilə bağlı başlanılmış inzibati xətalar haqqında işlərin Məcəllənin 122-ci maddəsilə tənzimlənməsinə baxmayaraq, hakim bunu nəzərə almadan Məcəllənin 124-cü maddəsinə istinad etmiş və vətəndaşın qayda pozuntusunun mövcudluğu ilə razılaşmadığı halda onun barəsində qərar çıxarılmasını qanun pozuntusu kimi qiymətləndirmişdir. Birincisi, birinci instansiya məhkəməsinin hakimi səlahiyyətli vəzifəli şəxsin qərarından şikayətə baxarkən səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən inzibati xəta haqqında işə baxmışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş X3 əsasən sifarişli qaydada göndərilməli və göndərilən səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırılmasını təsdiq edən xəbərnamə məhkəməyə daxil olduqdan sonra məhkəmə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxa bilərdi. Məhkəmə iclasında Baş Dövlət Yol Polis İdarəsinin nümayəndələri apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsini xahiş etdi. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı və Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ## ##### 2026-cı il tarixli nzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, ## ##### 2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Çermet körpüsü istiqamətində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilməsi haqqında DİN-nin BDYPİ Mərkəzi İnformasiya sisteminin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. DİN-nin BDYPİ Mərkəzi İnformasiya sisteminin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ## ##### 2026-cı il tarixli qərar qəbul edilsə belə, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026cı il tarixində törətmiş olduğu inzibati xətaya dair EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərar ## ##### 2026-cı il tarixində yerləşdirilmiş, yəni xətanın törədilməsindən 12 gün sonra tərtib edilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən hallara düzgün qiymət verilməyərək qərar qəbul edilmişdir. Belə ki, apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş “xxxx” MMC tərəfindən Baş DYPİ-yə ünvanlanmış məktubun surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Şakir oğlu ilə “xxxx” MMC arasında bağlanmış AZL-*** saylı daxili lizinq müqaviləsinə əsasən müvəqqəti istifadəsinə verilmişdir. Chevrolet Cobalt LTZ markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ## ###### 2025-ci il tarixdən ## ##### 2026-cı il tarixinədək yol hərəkəti qayda pozuntuları zamanı avtomobili vətəndaş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə olunması ilə bağlı MMC tərəfindən ## ##### 2026-cı il tarixdə Yasamal DYPŞ-yə təqdim edilmiş şifahi məlumatlar əsasında onun barəsində elektron qərarlar çıxarılmışdır. Beləliklə qeyd edilən sənədlərdən də görünür ki, qeyd edilən inzibati xətanın törədilməsi aşkar edildikdən sonra həmin nəqliyyat vasitəsinin kimin istifadəsində olmasının aydınlaşdırılması məqsədi ilə “xxxx” MMC-yə müvafiq sorğu ünvanlanmış, “xxxx” MMC tərəfindən şifahi şəkildə Yasamal rayonu DYPŞ-nə məlumatlar təqdim edilmiş və bunun əsasında həmin gün elektron qaydada inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar tam və hərtərəfli araşdırlmadan düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3-ci maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilərək həmin qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarlar qəbul edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) DİN-nin BDYPİ-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilərək həmin qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** saylı, ## ##### 2026-cı il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2186/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2186/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver