Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2187/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası DIN-in Bakı şəhər BPI X1 Idarəsi tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il il tarixli saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM) 327.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı ******** nömrəli, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Işin halları: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər X1 Idarəsinin EQ seriyalı ******** nömrəli, ## ##### 2026-cı il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə, Bakı şəhəri, Z.Bünyadov prospekti, Evrohome TM yaxınlığı, 20 yanvar istiqamətində idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsinə görə IXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət edərək EQ seriyalı ******** nömrəli, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı şəhər BPI X1 Idarəsi şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri BPI DYPl-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, EQ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, hakim tərəfindən qərar qəbul olunarkən inzibati xəta haqqında iş araşdırılmamış, həmin qərarın əslində ##.##.2026-cı il tarixdə törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxx” MMC barəsində tərtib edilmiş sorğuya əsasən sonradan şirkət tərəfindən avtomobili idarə edən şəxs barəsində verilmiş məlumat əsasında çıxarılmış qərar olduğu müəyyən edilməmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında IXM-nin 123cü maddəsinə uyğun qaydada şirkət barəsində tərtib edilmiş sorğu, sürücü barədə məlumat verildikdən sonra ##.##.2026-cı il tarixdə qərara çevrilmiş və həmin qərar da dərhal vətəndaş Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilmiş və ona SMS göndərilmişdir. Elektron qərarlar çıxarılarkən əslində Məcəllənin 38.6-cı maddəsinin tələbi pozulmadığı halda, hakim qərarında bunun tam əksini qeyd etmiş, onun tərəfindən ümumiyyətlə Məcəllənin 123-cü maddəsi araşdırılmamış və kobud pozuntuya yol verilmişdir. Bununla yanaşı xüsusi texniki vasitələrin köməyilə aşkar olunmuş qayda pozuntuları ilə bağlı başlanılmış inzibati xətalar haqqında işlərin Məcəllənin 122-ci maddəsi ilə tənzimlənməsinə baxmayaraq, hakim bunu nəzərə almadan Məcəllənin 124-cü maddəsinə istinad etmiş və vətəndaşın qayda pozuntusunun mövcudluğu ilə razılaşmadığı halda onun barəsində qərar çıxarılmasını qanun pozuntusu kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsinin hakimi səlahiyyətli vəzifəli şəxsin qərarından şikayətə baxarkən səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən inzibati xəta haqqında işə baxmışdır. Hakim qərar qəbul edərkən iş materiallarını dərindən araşdırmamış, habelə qanun normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş inzibati xəta haqqında qərar qəbul edən səlahiyyətli orqan Daxili Işlər Nazirliyi Bakı şəhər X1 Idarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materiallarında olan DIN-nin BDYPI-nin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, ##.##.2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Z.Bünyadov prospekti, Evrohome TM yaxınlığı, 20 yanvar istiqamətində dayanma qaydalarını pozmağa görə 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) barəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmağa görə Azərbaycan Respublikası IXMnin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilməsi haqqında DIN-nin BDYPI Mərkəzi Informasiya sisteminin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilibtörədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, DINnin BDYPI Mərkəzi Informasiya sisteminin inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərar qəbul edilsə belə, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində törətmiş olduğu inzibati xətaya dair EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərar ##.##.2026-cı il tarixində yerləşdirilmiş, yəni xətanın törədilməsindən 16 gün sonra tərtib edilmişdir. Halbuki,IXM-nin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində DIN-nin BDYPI-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Işin mübahisə edilməyən və sübuta yetirilən halları ondan ibarətdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarixdə, Bakı şəhəri, Z.Bünyadov prospekti, Evrohome TM yaxınlığı, 20 yanvar istiqamətində “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etmişdir. Bu hal, raport, videogörüntü və Qərardan şikayət verən orqan (şəxs) izahatı ilə sübut edilməkdədir. Qərardan şikayət verən orqan (şəxs) mübahisələndirdiyi hal xətanın xüsusi texniki vasitə ilə aşkar edilməsi və 24 saat müddətində IXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmalı olması, lakin qərarın 16 gün sonra, yəni ## ##### 2026-cı il tarixdə çıxarılması ilə bağlı olmuşdur. Iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli, **** nömrəli məktubundan görünür ki, “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixə qədər törədilmiş yol hərəkəti qayda pozuntuları zamanı avtomobili vətəndaş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə olunması ilə bağlı tərəflərindən ##.##.2026-cı il tarixdə Yasamal DYPŞ-nə təqdim edilmiş şifahi məlumatlar əsasında onun barəsində elektron qərarlar çıxarılmışdır. Birinci instansiya məhkəməsi qərarında IXM-nin 122.1-ci maddəsinə istinad etmişdir. IXMnin 122.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx” MMC-ə məxsus olmuş və MMC ilə Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanılmış AZL-*** saylı daxili lizinq müqaviləsinə əsasən sonuncunun müvəqqəti istifadəsinə verilmişdir. Inzibati xəta törədilən gün yəni, ## ##### 2026-cı il tarixində də nəqliyyat vasitəsi məhz Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olmuşdur. BDYPI tərəfindən sürücü barədə məlumat əldə etmək üçün müvafiq sorğu verilmiş və “xxxx” MMC tərəfindən sürücü barədə məlumat verildikdən sonra ## ##### 2026-cı il tarixində elektron qərar qəbul edilmiş və vətəndaş Qərardan şikayət verən orqan (şəxs) eletron kabinetinə yerləşdirilərək ona bu barədə SMS məlumat göndərilmişdir. IXM-in: 6.1-ci maddəsinə əsasən Inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi Inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 123.1-ci maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Göründüyü kimi, mübahisələndirilən qərar üzrə inzibati xəta haqqında iş üzrə icraat əsasında IXM-nin 123-cü maddəsinə uyğun qaydada sorğu verilmiş və sürücü barədə məlumat əldə edildikdən sonra qərar dərhal Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilmiş və ona bu barədə SMS məlumat verilmişdir. Odur ki, apellyasiya qaydasında şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, inzibati tənbeh vermə haqqında qərardan şikayət təmin edilməməli, EQ seriyalı ******** nömrəli, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.2, 135.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) EQ ******** nömrəli, ## ##### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 327.1-1-ci maddəsi ilə tənbeh edilməsinə dair ## ##### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2187/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2187/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver