Məhkəmə qərarları › İş №3(3-6)-2189/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2189/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2189/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, məhkəmə iclas katibi Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində olan Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli EQ ******** nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə, saat 16:12:05-də idarə etdiyi “Chevrolet Cobalt LTZ” minik markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Z.Bünyadov, Çermet körpüsü ünvanında yol nişanlarının tələblərinə riayət edilməməsi yol hərəkəti qayda pozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ##### 2026-cı il tarixli EQ ******** nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim N.C.Rzayeva) ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından görünür ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, qərar qəbul olunarkən inzibati xəta haqqında iş araşdırılmamış, həmin qərarın əslində ##.##.2026-cı il tarixdə törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxx” MMC barəsində tərtib edilmiş sorğuya əsasən sonradan şirkət tərəfindən avtomobili idarə edən şəxs barəsində verilmiş məlumat əsasında çıxarılmış qərar olduğu müəyyən edilməmişdir. ##.##.2026-cı il tarixdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında İXM-nin 123-cü maddəsinə uyğun qaydada şirkət barəsində tərtib edilmiş sorğu sürücü barədə məlumat verildikdən sonra ##.##.2026-cı il tarixdə qərara çevirilmiş və həmin qərar da dərhal vətəndaş Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilmiş və ona SMS məlumat göndərilmişdir. Elektron qərar çıxarılarkən əslində Məcəllənin 38.6-cı maddəsinin tələbi pozulmadığı halda, hakim qərarında bunun tam əksini qeyd etmiş, onun tərəfindən ümumiyyətlə Məcəllənin 123-cü maddəsi araşdırılmamış və kobud pozuntuya yol verilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ## ##### 2026-cı il tarixli EQ ******** nömrəli “inzibati tənbeh vermə haqqında” qərar qanuni hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin l-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə, saat 16:12:05-də idarə etdiyi “Chevrolet Cobalt LTZ” minik markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Z.Bünyadov, Çermet körpüsü ünvanında yol hərəkəti qayda pozuntusuna yol verdiyi faktı müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən “xxxx” MMC-ə verilmiş sorğuya ## #### 2026-cı il tarixli, **** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Chevrolet Cobalt LTZ” minik markalı **-YB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx” MMC və Qərardan şikayət verən orqan (şəxs) arasında bağlanmış AZL-*** saylı daxili lizinq müqaviləsinə əsasən onun müvəqqəti istifadəsinə verilmişdir. “Chevrolet Cobalt LTZ” minik markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək törədilmiş yol hərəkəti qayda pozuntuları zamanı avtomobili vətəndaş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə olunması ilə bağlı ##.##.2026-cı il tarixdə Yasamal DYPŞ-ə təqdim edilmiş şifahi məlumatlar əsasında barəsində elektron qərarlar çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış və əlavə təqdim olunmuş sənədləri, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğun olmamışdır. Birinci instansiya məhkəməsi məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət verməmiş, xətanın mövcudluğuna işarə edən işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh olunması ilə bağlı inzibati icraatın xüsusiyyətlərini düzgün təhlil etməmiş və onları işin faktiki hallarına uyğun qiymətləndirməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və inzibati xətalar qanunvericiliyinə əsasən, Qərardan şikayət verən orqan (şəxs) yol hərəkəti qaydaları əleyhinə törətdiyi inzibati xəta faktının aşkar edilməsi və bununla bağlı müvafiq qərarın qəbul edilməsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və 124.6cı maddələrində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati xəta haqqında icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini istisna edən hallar iş üzrə müəyyən edilməmişdir. Şikayətə və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına münasibətdə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında birinci instansiya məhkəməsinin qərarı əsaslı olmamışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri iş materiallarına və onun faktiki hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş ## ##### 2026-cı il tarixli EQ ******** nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” qərarı qanuni hesab edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilmiş ## ##### 2026-cı il tarixli EQ ******** nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Baş Dövlət Yol Polisi İdarəsinin ## ##### 2026-cı il tarixli EQ ******** nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı qanuni hesab edilsin. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar