Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2191/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından verdiyi şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Qərardan şikayət verən orqan (şəxs) barəsində səlahiyyətli orqanın Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan səlahiyyətli orqan şikayət verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində çıxarılmış elektron qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul olunarkən inzibati xəta haqqında iş araşdırılmamış, həmin qərarın əslində ## #### 2026-cı il tarixdə törədilmiş inzibati xətaya görə nəqliyyat vasitəsinin mülkiyyətçisi “xxxx” MMC barəsində tərtib edilmiş sorğuya əsasən sonradan şirkət tərəfindən avtomobili idarə edən şəxs barəsində verilmiş məlumat əsasında çıxarılmış qərar olduğu müəyyən edilməmişdir. Belə ki, ## #### 2026-cı il tarixdə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat əsasında Azərbaycan Respublikası İXM-in 123-cü maddəsinə uyğun qaydada şirkət barəsində tərtib edilmiş sorğu, sürücü barədə məlumat verildikdən sonra ## ##### 2026-cı il tarixdə qərara çevrilmiş və həmin qərar da dərhal vətəndaş Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə yerləşdirilmiş və ona SMS məlumat göndərilmişdir. Belə olan halda işə baxılma vaxtı və yeri barədə səlahiyyətli orqana məlumatın çatıb-çatmamasını aydınlaşdırmadan iş üzrə icraata xitam vermişdir. İnzibati xəta haqqında işin materiallarında işin baxılma və vaxtı və yeri barədə səlahiyyətli orqana məktubun çatdırılması barədə hər hansı sübut mövcud deyildir. İkincisi, hakim qərar qəbul edərkən iş materiallarını dərindən araşdırmamış, habelə qanun normalarını düzgün tətbiq etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İşin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfləri dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, ##.##.2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) istifadəsində olan “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Ziya Bünyadov prospekti, Çermet körpüsü istiqamətində yol nişanlarının tələblərinə riayət edilməməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin qənaətlə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməkdə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş “xxxx” MMC tərəfindən səlahiyyətli orqana ünvanlanmış məktubun surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ilə “xxxx” MMC arasında bağlanmış AZL-*** saylı daxili lizinq müqaviləsinə əsasən müvəqqəti istifadəsinə verilmişdir. “Chevrolet Cobalt LTZ” markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ## ###### 2025-ci il tarixdən ## ##### 2026-cı il tarixinədək yol hərəkəti qayda pozuntuları zamanı avtomobili vətəndaş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən idarə olunması ilə bağlı MMC tərəfindən ## ##### 2026-cı il tarixdə Yasamal DYPŞ-yə təqdim edilmiş şifahi məlumatlar əsasında onun barəsində elektron qərarlar çıxarılmışdır. Beləliklə qeyd edilən sənədlərdən də görünür ki, qeyd edilən inzibati xətanın törədilməsi aşkar edildikdən sonra həmin nəqliyyat vasitəsinin kimin istifadəsində olmasının aydınlaşdırılması məqsədi ilə “xxxx” MMC-yə müvafiq sorğu ünvanlanmış, “xxxx” MMC tərəfindən şifahi şəkildə Yasamal rayonu DYPŞ-nə məlumatlar təqdim edilmiş və bunun əsasında həmin gün elektron qaydada inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Məhkəmə hesab ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar tam və hərtərəfli araşdırlmadan düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 38.6-cı maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin l22.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. 123.1- ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2- ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 123.3- cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Beləliklə məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar əsasında Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni, əsaslı olmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunanlara əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.2, 135.1.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası Baş X1 İdarəsinin verdiyi şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində DİN-nin BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi tərtib edilmiş inzibati tənbeh vermə haqqında EQ ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2191/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2191/2026
31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver