Məhkəmə qərarları › İş №3(3-6)-2194/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2194/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2194/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2025-ci il tarixli EQ ******** saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qərar tam qanunsuz və əsassız məhkəmə aktıdır. Çünki rayon məhkəməsi tərəfimdən verilmiş ərizəyə diqqət yetirməmiş və qeyd etdiyim xüsusatları ümumiyyətlə qiymətləndirməmişdir. Qərarla tanış olduqda standart ümumi məzmunlu qərar olması açıq-aşkar görünür. Nəzərinizə çatdırmaq istərdim ki, ümumiyyətlə “CHANGAN” markalı “Deepal S07 Plug-in Hibrid” minik modelli 99-HZ-00 qeydiyyat nişanlı, tünd boz metallik rəngli nəqliyyat vasitəsi Zülfüqarlı (Sultanlı) Leyla Şakir qızının adına qeydə alınması ilə yanaşı faktiki olaraq X1 tərəfindən idarə olunur Yəni hazırki inzibati xətalar Sultanlı (Zülfüqarlı) Leyla Şakir qızı tərəfindən törədilmişdir. Lakin məhkəmə formal mülahizələrə əsaslanaraq yanlış qənaətə gəlmişdir. Həmçinin X1 tərəfindən “CHANGAN” markalı “Deepal S07 Plug-in Hibrid” minik modelli 99-HZ-00 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair mənə verilmiş 7E-***** reyestr nömrəli Etibarnaməyə xitam verilmişdir. Mən ümumiyyətlə həmin nəqliyyat vasitəsini idarə etməmişəm. Hazırda, Bakı şəhəri Xətai rayon məhkəməsinin icraatında sözügedən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin nəqliyyat vasitəsinin geri qaytarılması tələbinə dair mülki iş var. Həmin nəqliyyat vasitəsini nikah dövründə valideynimin şəxsi vəsaiti hesabına keçmiş həyat yoldaşıma aldığıma görə nikah pozulduğu üçün geri tələb edirəm. “CHANGAN” markalı “Deepal S07 Plug-in Hibrid” minik modelli **-HZ-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zülfüqar (Sultanlı) Leyla Şakir qızı tərəfindən idarə olunduğuna görə həmin inzibati xətalar onun tərəfindən törədilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır: - X1 tərəfindən verilmiş##.##.2025-ci il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair”7E-***** reyestr nömrəli (barkod: 25341770*****) Etibarnaməyə vaxtından əvvəl (##.##.2025) xitam verilmişdir; - Bakı şəhəri Xətai rayon məhkəməsinin icraatında “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv edilməsi və həmin nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair *(*-**)-****/**** nömrəli mülki iş üzrə mübahisə predmetinin sözügedən nəqliyyat vasitəsinin olması; - Bakı şəhəri Xətai rayon məhkəməsinin **(*-**)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadla X2 mülkiyyətində olan “Changan” markalı, “Deepal S07 Plug-in Hibrid” minik modelli, 99- HZ-008 qeydiyyat nişanlı, tünd boz metallik rəngi nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi X2 və digər şəxslərə qadağan edimişdir; - Bakı şəhəri Xətai rayon məhkəməsinin **(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli Qərardadla X2 mülkiyyətində olan “Changan” markalı, “Deepal S07 Plug-in Hibrid” minik modelli, 99- HZ- 008 qeydiyyat nişanlı, tünd boz metallik rəngi nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi X2 və digər şəxslərə qadağan edimişdir; Azərbaycan Respublikasının Konstitusiyasının 24 və 26-cı maddələrinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Qanunvericilikdə hüququn bərpa edilməsi və ya təmin edilməsi kimi müddəaların təsbit olunması şəxsin həmin hüquqdan sui-istifadə edərək digər şəxsin hüququn məhdudlaşdırılmasına yönələ bilməz. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Lakin Xətai rayon məhkəməsinin belə bir qanunsuz və əsaslandırılmamış olması iş üzrə tərəfdə qanuni və ədalətli olduğuna inam yaratmamaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın zəifləməsinə xidmət edir. Məhkəmə baxışının yeri və vaxtı barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında iştirak etmir. Məhkəmə tərəfin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Baş Dövlət Yol Polis İdarəsinin informasiya sisteminin çıxarışından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs **-HZ-*** dövlət qeydiyyat nişanlı “Changan Deepal S 07 Plug Hibrid” minik markalı nəqliyyat vasitəsini idarə edərkən inzibati xəta törətdiyinə görə barəsində ## ###### 2025-ci il tarixli EQ ******** saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarla 10 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati protokol tərtib edilmişdir ondan ötrü ki, sürücü yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə üzərinə tərtib edilmiş EQ******** nömrəli inzibati protokol əsasında qəbul olunmuş qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş heç bir əsas olmadan icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməsinə görə tənbeh olunmuş və həmin qərarı icra etmədiyinə barəsində hazırki iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin məhkəmə hesab edir ki, məhz vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən sözügedən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlərə sübuta yetirilmir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair”7E-***** reyestr nömrəli (barkod: 25341770*****) Etibarnaməyə vaxtından əvvəl (##.##.2025) xitam verilmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin **(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli Qərardadla X2 mülkiyyətində olan “Changan” markalı, “Deepal S07 Plug-in Hibrid” minik modelli, 99- HZ-008 qeydiyyat nişanlı, tünd boz metallik rəngi nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi X2 və digər şəxslərə qadağan edimişdir. Məhkəmə qeyd edir ki, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Belə olan halda ona hesab edirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilməlidi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3 və 134.1.3-cü maddəsini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar