Məhkəmə qərarları › İş №3(3-6)-2196/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2196/2026

20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2196/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Şikayətçi – Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Təqdim edilmiş materiallardan görünür ki, şikayət verən Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş EQ ******** saylı ##.##.2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs)nın şikayəti təmin edilməmiş, AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qərar qanunsuz, əsassızdır və maddi hüquq normaları kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən infrastruktura, xüsusən də asfalt üzərindəki nişanlanmaya diqqət yetirməmişdir. Nazirlər Kabinetinin *** nömrəli Qərarına əsasən, əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş parklanma yerləri mütləq şəkildə 1.24.3 üfüqi yol nişanlanması (asfalt üzərində əlil arabası simvolu) ilə təkrarlanmalıdır. Ərazidə bu nişanlanma yoxdur. Məhkəmə İXM-nin 8-ci maddəsinin (Təqsirsizlik prezumpsiyası) tələblərini pozaraq şübhələri mənim xeyrimə həll etməmişdir. Nişanın təsir dairəsinin birdən çox parklanma yerinə şamil edildiyini bildirən əlavə lövhələrin (məs. 7.2.1) və asfalt üzərindəki xüsusi işarələrin olmaması səbəbindən sürücünün qaydanı qəsdən pozması sübuta yetirilməmişdir. Qərarda göstərilmişdir ki, "həmin yol nişanının qüvvəsi nişandan sonrakı yol ayrıcına qədərdir". Bu, maddi hüquq normasının ("Yol hərəkəti haqqında" Qanunun) kobud şəkildə səhv tətbiqidir. 5.15 və 7.17 nişanları qadağanedici deyil, məlumatverici nişanlardır və onların təsir dairəsi yol ayrıcına qədər deyil, yalnız bilavasitə nişanın aid edildiyi xüsusi işarələnmiş cibə şamil olunur. Bütün sübutlar və fotoşəkillər birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə tərəfindən onlara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyasına təqdim ediləcək yeni sübut yoxdur. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkmə nümayəndənin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya şikayətini iş üzrə materiallar ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunaraq AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Neftçi Qurban küç, 98, Səbail rayonu ərazisində “Volkswagen Passat minik” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən parklanma qaydalarının pozulması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346-1.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2016-cı il tarixli, *** nömrəli Fərmanının 5.33-2-ci bəndinə əsasən İXM-nin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, barəsində qəbul edilmiş qərarın əsassız olmasını qeyd etsə də, bunu sübuta yetirəcək hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, şikayətçi üfüqi yol nişanlanmasının olmadığını bildirsədə, dirəyin üzərindəki yol nişanlarında həmin parklanma ərazisinin əlillər üçün olduğu göstərilmişdir. Eyni zamanda həmin yol nişanının qüvvəsi nişandan sonrakı yol ayrıcına qədərdir. Həmçinin şikayətçi yol nişanının ağac budaqları ilə örtülüb, aydın görünmədiyini bildirsədə, iş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, yaxınlaşdıqca yol nişanı görünür. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-ci il tarixdə Neftçi Qurban küçəsində "Volkswagen Passat minik" markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə parklanma qaydasını pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, AR DİN Baş Dövlət Yol Polis idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu qərarla razılaşmır və aşağadakıları qeyd edir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, dirəyin üzərindəki yol nişanlarında həmin parklanma ərazisinin əlillər üçün olduğu göstərilsə də, üfüqi yol nişanlanması yoxdur ki, həmin vəziyətdə də Qərardan şikayət verən orqan (şəxs) avtomobilini park etmiş olduğu yerin əlillər üçün olduğunu bilməsi mümkünsüzdür. Bu səbəbdən şəxsin təqsiri heç bir halla sübut edilmir. İXM-in 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə edilir. Belə olan halda yuxarıda qeyd edilən qərar səlahiyyəti olmayan subyekt tərəfindən qəbul edilmiş, lakin birinci instansiya məhkəməsi həmin halı nəzərə almayaraq əsassız olaraq şikayəti təmin etməmişdir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin olunaraq AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-nin 3,12, 134.1.3-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilsin. AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar