Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2200/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X3, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam veriilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi şikayət verərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmənin istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenum qərarının qəbul edilməsində məqsəd inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınmasıdır. Bununla yanaşı, həmin plenum qərarında hüquqi şəxs barəsində protokolun tərtib edilməsi istisna edilir, artıq tərtib edilmiş protokolun məhkəməyə göndərilməsi istisna edilmir. Digər tərəfdən, İXM-nin 53-cü maddəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları konkret göstərilmiş və Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad edilərək icraata xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 verilmiş apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışını dinləyərək məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X1 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin vəzifəli şəxsindən ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubunda tələb olunan sənədlərin 7 iş günü müddətində X5 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb edilmiş, həmin tələb ## ##### 2026-cı il tarixədək yerinə yetirilmədiyindən vəzifəli şəxs barəsində hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət müəyyən edilməklə şərti olaraq 1000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Bununla belə, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati xəta haqqında protokol ## ##### 2026-cı il tarixdə tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə materiallar ## ### 2026-cı il tarixdə baxılması üçün məhkəməyə daxil olmuşdur. Həmin hüquqi şəxsin vəzifəli şəxsi barəsində isə inzibati tənbehvermə haqqında qərar isə qeyd edilən hüquqi şəxs barəsində eyni inzibati xəta üzrə protokol tərtib edildikdən 12 gün sonra qəbul edilmişdir və vəzifəli şəxs barəsində cərimənin şərti olraq tətbiq edilməsi qərara alınmışdır. Bu baxımdan məhkəmə xüsusilə qeyd edir ki, göründüyü kimi hüquqi şəxs barəsində inzibati xətaya dair material “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2026-cı il tarixli qərarından sonra məhkəməyə daxil olmuş, birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul etdiyi zaman da (##.##.2026) həmin qərarda sərgilənmiş hüquqi mövqeyi əsas götürərək haqlı olaraq iş üzrə icraata xitam vermişdir. Apellyasiya şikayətinə baxılarkən də səlahiyyətli orqan bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərarının yalnız inzibati xəta haqqında işin tam, hərtərəfli və obyektiv araşdırılmasına, prosessual qənaət prinsipinin təmin edilməsinə və ziddiyyətli qərarların qarşısının alınmasına xidmət etdiyi, həmin qərarın hüquqi şəxs barəsində inzibati xəta haqqında protokolun məhkəməyə göndərilməsini qadağan etmədiyi göstərilsə də, kollegiya bu mövqe ilə razılaşmır. Kostitusiya Məhkəməsinin Plenum qərarlarında ifadə olunmuş hüquqi mövqelər normativ xarakter daşımaqla bütün məhkəmələr və hüquqtətbiqedici orqanlar üçün məcburidir. Həmin hüquqi mövqelərin mahiyyəti yalnız prosessual qənaətin təmin edilməsindən ibarət olmayıb, eyni zamanda eyni inzibati xəta hadisəsi üzrə paralel və ya təkrarlanan inzibati icraatların aparılmasının, eyni faktiki hallara müxtəlif hüquqi qiymət verilməsinin və bir-birini istisna edən hüquqi nəticələrin yaranmasının qarşısını almağa yönəlmişdir. Apellyasiya şikayətində həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində icraata xitam verilməsi əsaslarının məhdud qaydada sadalandığı və Konstitusiya Məhkəməsinin Plenum qərarına istinad edilməklə icraata xitam verilməsinin həmin maddədə ayrıca nəzərdə tutulmadığı göstərilmişdir. Lakin bu dəlil də əsaslı hesab edilə bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin Plenum qərarlarında verilmiş hüquqi şərhlər qanunvericiliyin ayrılmaz tərkib hissəsi kimi tətbiq edilməli, məhkəmələr maddi və prosessual hüquq normalarını həmin hüquqi mövqelər nəzərə alınmaqla şərh edib tətbiq etməlidirlər. Buna görə də, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin məcburi hüquqi mövqeyini rəhbər tutaraq iş üzrə nəticəyə gəlməkdə haqlı olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Telman Hüseynov
Məhkəmə qərarları › İş №3(3-6)-2200/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2200/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver