Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2201/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi (bundan sonra – səlahiyyətli orqan) “xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 539.3-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X1) Azərbaycan Respublikası IXM-in 53.1.7-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Həmin məhkəmə qərarından X4 Xidmətinin hüquq idarəsi şikayət verib, onun ləğv edilməsi və səlahiyyətli orqanın qəbul etdiyi ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən inzibati orqanın protokoluna sübut kimi düzgün qiymət verilməmişdir. Halbuki, məktubların poçta təhvil verilmə reyestrlərindən və poçt izləmələrindən görünür ki, araşdırma aparılması üçün müvafiq sənədlərin 7 gün ərzində Xidmətə təqdim edilməsi barədə “xxxx” MMC-yə göndərilən ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub MMC-yə göndərilmiş və məktub hüquqi şəxsə çatdırılmışdır. Lakin, “xxxx” MMC tərəfindən həmin sənədlər Xidmətə təqdim edilməmiş və təqdim edilməmənin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2026-cı il tarixli qərarına istinad edərək vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın edildiyindən başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilməsinin istisna edilməsinə əsaslanmış və iş üzrə icraata xitam vermişdir. Plenum Qərarının qəbul edilməsinə əsas olmuş hal məhz məcburilik və preyudisiallıq xüsusiyyətlərini əmələ gətirən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş faktların preyudisial qüvvəsinin nəzərə alınmaması, artıq araşdırılaraq qiymətləndirilmiş halların yenidən mübahisələndirilməsi və təkzib edilməsinin mümkünlüyü, bu baxımdan inzibati xəta haqqında işə baxan məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarında araşdırılaraq qiymətləndirilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi məsələsi ilə bağlı qeyri-müəyyənliyin olmasıdır. Plenum Qərarında göstərildiyi kimi məqsəd belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması olmalıdır. Lakin bu gün məhkəmələr tərəfindən müvafiq qərar geriyə doğru şamil edilməklə qərarın qəbul edilməsi məqsədinə zidd nəticələrə səbəb olmaqdadır. IXM-də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları konkret göstərilmişdir və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən formal olaraq Məcəllənin 53-cü maddəsinə istinad edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi nəticəsində eyni fakt üzrə faktiki olaraq vəzifəli və hüquqi şəxsə münasibətdə iki fərqli ziddiyyətli qərar qüvvədə olmuş olur. Həmçinin, qeyd olunan hal faktiki olaraq hüquqi şəxsin əməlinə hüquqi qiymət verilməməsinə və nəticədə cəzasızlıq mühitinin və geniş sui-istifadə hallarının yaranmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən hüquqi şəxsin əməlinə müstəqil hüquqi qiymət verilməsi və vəzifəli şəxsə münasibətdə tənbeh tədbiri tətbiq edilməsi nəzərə alınmaqla hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi zəruridir. Plenum Qərarında hüquqi şəxsə münasibətdə protokolun məhkəməyə göndərilməsi istisna edilir, artıq göndərilmiş protokolları məhkəmədə baxılması istisna edilmir. Hüquqi şəxs “xxxx” MMC-nin barəsində inzibati xəta haqqında protokol ##.##.2026-cı il tarixdə tərtib edilmiş, həmin material məhkəməyə göndərilmiş və məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Protokol baxılması üçün məhkəməyə göndərilərkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2026-cı il tarixli qərarı qəbul edilsə də öz qanuni qüvvəsini almamışdır. Bununla da, məktublarda göstərilən müddət ərzində “xxxx” MMC tərəfindən tələb olunan sənədlər Xidmətə təqdim edilmədiyindən IXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə iclasına “xxxx” MMC-in nümayəndəsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının IXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. - 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Iş üzrə səlahiyyətli orqan inzibati xəta haqqında protokolu birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayətin dəlilində göstərdiyi hal üzrə tərtib etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən, hüquqi şəxs “xxxx” MMC-nin barəsində inzibati xəta haqqında protokol ##.##.2026-cı il tarixdə tərtib edilmiş, həmin material məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmasına baxmayaraq, eyni inzibati xəta hadisəsinə görə vəzifəli şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsinə, yəni, hazırkı iş məhkəmənin icraatına daxil olduğu zaman eyni fakt üzrə vəzifəli şəxs barəsində artıq yekun prosessual qərar mövcud olmasına, beləliklə də Azərbaycan Respublikası IXM-in 53.1.7-ci maddəsində nəzərdə tutulmuş halın mövcud olmasına əsaslanmışdır. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarı qanuni və əsaslı, X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət isə əsassızdır. Bu səbəbdən həmin şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin hüquq idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2201/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2201/2026
28.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver