Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2202/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası X8 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ### 2026cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb vətəndaş Zülfüqarlı Ramilə İlyas qızının müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15ci maddəsinin 2-ci hissəsinə əsasən “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC-dən *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğu məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim olunmasının tələb edilməsi, lakin tələb edilən sənədlərin təqdim edilməməsi olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə, hüquqi şəxs “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası X8 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-94)-4148/2026 qərarının ləğv edilməsi və X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC barəsində tərtib edilmiş 13.11,2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zülfüqarlı Ramilə İlyas qızının şikayəti əsasında Xidmətin Bakı şəhər İdarəsi aparılan araşdırma zamanı “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı şəhər İdarəsinə verilməsi tələb olunmuşdur. “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC tərəfindən sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmətin Bakı şəhər İdarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xətanın törədilməsində təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, nəzərinizə çatdırırıq ki, İXM-nin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki İXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC barəsində tərtib edilmiş 13.11,2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan inzibati xəta haqqında işə dair qərardan verilmiş şikayətə baxılmanı mümkün hesab etmişdir. Təqdim olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin məsləhətçi əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Zülfüqarlı Ramilə İlyas qızının şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC-dən *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğu məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMXnin Bakı Şəhər İdarəsinə təqdim olunması tələb edilmiş, lakin tələb edilən sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X1 tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, vətəndaş Zülfüqarlı Ramilə İlyas qızının şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC-nin vəzifəli şəxsindən *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğu məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər İdarəsinə təqdim olunması tələb edilmiş, lakin tələb edilən sənədlər təqdim edilmədiyindən barəsində hüquqpozmanın aradan qaldırılması üçün 10 gün müddət təyin edilməklə şərti olaraq 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən «KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR» MMC-nin rəhbərliyinə ünvanlanmış *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Zülfüqarlı Ramilə İlyas qızının müraciəti üzrə yazılı əmək müqaviləsinin surətinin, iş vaxtının uçotu tabelindən çıxarışın (2026-cı ilin mart ayı üzrə), iş qrafikinin, növbə cədvəlinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışların, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarışın təqdim edilməsi, zərərçəkənin və hadisə şahidlərinin Bakı şəhəri üzrə hər hansı “DOST” Mərkəzlərindən birinə və ya X8 Xidmətinin regional şöbələrinə gələrək məsələ ilə bağlı münasibət bildirmələrini təmin etmələri xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 84-cü maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; - 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qəbul edilir; - 135.1.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bundan başqa, məhkəmə hüquqi şəxsin törədilmiş inzibati xətada təqsirinin olmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən «KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR» MMC-nin rəhbərliyinə ünvanlanmış *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Zülfüqarlı Ramilə İlyas qızının ##.##.2026-cı il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı "X2" PHŞ-nin işçisi X3 "xxxx" MMC-yə ##.##.2026-cı il tarixli məlumatı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsində araşdıma aparıldığı, X8 Xidmətinin Bakı şəhər İdarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olmasının müəyyən edildiyi, bu səbəbdən İXM-nin 539.3-cü maddəsinə əsasən inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində ##.##.2026-cı il tarixdə saat 11:00-da * saylı Bakı DOST Mərkəzinə (Bakı şəhəri, Nizami rayonu, Həydər Əliyev pr.183 B), və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinizə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət edildiyi, səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsin və iş üzrə olan bütün sübutların, izahatlar və mülahizalərin təqdim olunması təklif olunmuş, lakin iş materiallarında “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC tərəfindən sənədlərin təqdim edilməsini təsdiq edəcək heç bir sübut olmamışdır. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Məhkəmə hesab edir ki, Xidmətin Bakı şəhər İdarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Məhkəmə göstərilən halları, o cümlədən, iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC-nin AR İXM-nin 539.3-cü maddəsi ilə təqsirli olmasının tam sübuta yetirilməsi və törətdiyi inzibati xətaya görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC barəsində inzibati tənbeh tətbiq edərkən “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmadığını nəzərə alır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC AR İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və AR İXM-nin 128-134, 138.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. “KLASS MƏKTƏB LƏVAZİMATI VƏ AKSESUARLAR” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2202/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2202/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver