Məhkəmə qərarları › İş №3(3-6)-2204/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2204/2026

23.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2204/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Zərərçəkmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Vəzifəli şəxs iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin «xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx” MMC-nin nümayəndəsi Vəzifəli şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Icra Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti zərərçəkmiş şəxs3 ödənilməmiş əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə pul ödənilməmişdir. Borclu icra məmurunun tələblərini yürinə yetirməmişdir. Nəticədə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vəzifəli şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vəzifəli şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Iş üzrə yuxarıda göstərilən qərar qəbul edilmişdir. Qərardan MMC-in nümayəndəsi Vəzifəli şəxs apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Vəzifəli şəxs barəsində ilk dəfə cərimə tənbehi tətbiq edildikdən sonra icra məmuru tərəfindən nə hər hansı yeni müddət təyin 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir Digər sənəd Maddə 9-azadolma.pdf Endir Apellyasiya şikayəti CamScanner 10.07.26 17.46.pdf Endir ərizə Elektron Ərizə.pdf Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: ##.##.2026 edilmiş, nə də növbəti icra tədbirləri barədə rəsmi məlumat verilmişdir. Yeni müddət təyin edilmədiyi və bu barədə şəxsin məlumatı olmadığı təqdirdə, şəxsin "müəyyən edilmiş müddət ərzində icra etmədiyini" və ya "üzrsüz səbəbdən icra etməkdən yayındığını" iddia etmək hüquqi baxımdan qeyri-mümkündür. Qaldı ki, qanunvericiliyin mənasına və icra icraatının mahiyyətinə əsasən, əgər borclu yeni təyin edilən müddət ərzində də öhdəliyi icra etməzsə, təkrar inzibati məsuliyyətə cəlb olunması üçün yenidən protokol tərtib edilib məhkəməyə göndərilməsi qanunla məhdudlaşdırılır. Yəni, bir icra sənədi üzrə artıq bir dəfə inzibati xəta protokolu tərtib olunub məhkəməyə göndərildikdən sonra, həmin xətaya görə yenidən inzibati məsuliyyətə cəlb etmək qətiyyən mümkün deyil. Bu halda qanunvericilik icra məmuruna təkrar cərimə tətbiqi üçün məhkəməyə müraciət etmək hüququ vermir. Mövcud vəziyyətdə isə qanunvericiliyin tələbləri nəzərə alınmadan, eyni icra sənədi ilə bağlı tamamilə əsassız olaraq, Vəzifəli şəxs cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, Vəzifəli şəxs dəfələrlə eyni inzibati xəta ilə bağlı təkrar-təkrar inzibati məsuliyyətə cəlb edilməsi, barəsində tənbeh tədbirinin tətbiq edilməsi onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Vəzifəli şəxs verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X1 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək MMC-ni tənbeh etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı icra sənədindən görünür ki, Cavabdeh «xxxx» MMC-nin ** nömrəli, ##.##.2021-ci il tarixli əmri ləğv edilmişdir və iddiaçı zərərçəkmiş şəxs3 əvvəlki vəzifəsinə bərpa olunmuşdur. Cavabdeh «xxxx» MMC tərəfindən iddiaçı zərərçəkmiş şəxs3 ##.##.2020-cı il tarixdən ##.##.2021-cı ıl tarıxınədək ödənilməmiş əmək haqqı və məcburi iş buraxma müddəti üçün əmək haqqı və istifadə olunmamış məzuniyyətə görə pulun ödənilməsi, cavabdeh «xxxx» MMC-dən vəkilin göstərdiyi yardıma görə 110 manat və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu iddiaçı zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsi, cavabdeh «xxxx» MMC-dən əlavə olaraq 50 manat həcmində dövlət rüsumun tutulması və Dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir; Icraata başlama haqqında ##.##.2022-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ##.##.2022-ci il tarixdə təqdim edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı icra sənədindən görünür ki, ## ###### 2020-ci il tarixdən ## #### 2021-ci il tarixədək aylar üçün ödənilməmiş əmək haqqının və işdən çıxmağı ilə əlaqədar son haqqhesabların (məzuniyyət və s) hesablanaraq iddiaçı zərərçəkmiş şəxs1 ödənilməsi vəzifəsi cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulmuşdur. Icraata başlama haqqında ##.##.2022-ci il tarixli qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə ##.##.2022-ci il tarixdə təqdim edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- ****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədi üzrə cavabdeh “xxxx” MMC tərəfindən iddiaçı zərərçəkmiş şəxs2 məcburi iş buraxma müddəti üçün əmək haqqısı və məzuniyyət haqqısı hesablanaq ödənilsin. Mülki iş üzrə mediasiya görə ödənilmiş olan 50 (əlli) manat rüsumun əvəzi cavabdeh “xxxx” MMC-dən iddiaçı zərərçəkmiş şəxs2 xeyrinə tutulmuş, həmin hissədə iddia qismən təmin edilmiş, iddiaçı zərərçəkmiş şəxs2 cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ##.##.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyi ##.##.2021-ci il tarixədək əmək haqqı və məzuniyyət haqqı hesablanaraq ödənilsin. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ01360100000000003944 X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE00000000000002088501 SWIFT BIK CTREAAZ.22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilmişdir. Icraata başlama haqqında ##.##.2022-ci il tarixli qərardan görünür ki, (103)- ****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. Iş materiallarında olan Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru Zaur Əlizadə tərəfindən qəbul edilmiş icra sənədlərinin bir icraatda birləşdirmə haqqında qərardan görünür ki, borclu MMC ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.## 2021-cı il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005) ***/**** saylı, ##.##.2024-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- ****/****-*** nömrəli, ## ## 2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Həmin maddə ilə inzibati məsuliyyətin yaranmasının müəyyən edilməsi özlüyündə icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Iş materiallarından müəyyən edilir ki, MMC sözügedən icra sənədlərinin icrasını təmin etməli olduğu halda, icra sənədinə laqeyd münasibət göstərərək onun icrasını təmin etməmiş və nəticədə IXM-nin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi MMC barəsində inzibati tənbeh tədbiri seçərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş tənbeh növü olan cərimənin aşağı həddində tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası IXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx” MMC-nin nümayəndəsi Vəzifəli şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin «xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin) 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar