Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2205/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızı, Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – İbrahimov Cavid İbrahim oğlunun iştirakı ilə, İbrahimov Cavid İbrahim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ ******** nömrəli, ##.##.2026-cı tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, İbrahimov Cavid İbrahim oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İbrahimov Cavid İbrahim oğlu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.A.Əsədova) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, İbrahimov Cavid İbrahim oğlunun şikayəti təmin edilməmişdir. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Cavid İbrahim oğlu, apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimov Cavid İbrahim oğlu şikayəti onunla əsaslandırmışdır ki, tətbiq edilmiş cərimənin əsassız olmasını “E-polis” və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim etmişdir. Buna baxmayaraq, məhkəmə cərimənin əsaslı olduğunu qərarında bildirmişdir. ##.##.2026-cı il tarixdə EQ******** saylı protokola əsasən cərimələnmişdir. Lakin 5.12, 5.13, 5.14 nişanı ilə 1.17 sarı ziq-zaq zolağı çəkilərək birgə quraşdırılmışdır. Maddə 52-nin 4-cü qrupunun 7-ci bəndində 1.17 zolağının bitişik xəttindən 15 metr məsafədən az olduqda dayanma durma qadağandır. Cərimələnən ərazinin fotoşəkillərinə əsasən 5.12-5.14 nişanı ilə 1.17 zolağının tələbini pozmamışdır. Avtomobilini 1.17 sarı xəttinin bitişində 22-16 addım olaraq 17-19 məsafədə, həyətə girişdən 5 metr məsafədə saxlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İbrahimov Cavid İbrahim oğlu şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İbrahimov Cavid İbrahim oğlu, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ ******** nömrəli, ##.##.2026-cı tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı məhkəmə qaydasında mübahisələndirsə də, onun təqsiri inzibati iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi, mübahisəli hal üzrə qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati orqanın nümayəndəsinin izahatı dinlənilmiş, toplanmış sənədlər və videogörüntü tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan sübutları təkrarən sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələbinə uyğun olduğu üçün əsaslı hesab edir və şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada tam sübuta yetirilmişdir. Şikayətin dəlilləri inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Odur ki, qanunvericiliyin müddəalarını nəzərə alan və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən, inzibati iş üzrə apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli və İbrahimov Cavid İbrahim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ ******** nömrəli, ##.##.2026-cı tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2205/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2205/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver