Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2206/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə Bakı şəhər BPİ-nin DYPİ tərəfindən ##.##.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhər BPİ-nin DYPİ-nin ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixində idarə etdiyi “X1” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ünvanında, iş yerinin qarşısında nəqliyyat vasitəsini park edərkən, Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXMin 327.2 - 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə əməl edilmədiyinə əsaslanaraq, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hadisənin törədilməsini təsdiq edən videogörüntü onun tərəfindən tələb edilsə də, YPX-nin əməkdaşı sözügedən görüntünü qərəzli şəkildə ona təqdim etməkdən imtina etmiş və videogörüntü SMS-radara əlavə edilməmişdir. Bu səbəbdən hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ##.##.2026-cı il tarixdə elektron sistemə yerləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə Bakı şəhər BPİ-nin DYPİ tərəfindən ##.##.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi, R Rəşid Piriyev apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları natamam qiymətləndirmiş, İnzibati Xətalar Məcəlləsinin sübutetmə qaydalarını düzgün tətbiq etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İnzibati xəta yolpatrul xidməti əməkdaşı tərəfindən xidməti vəzifəsinin icrası zamanı bilavasitə vizual müşahidə əsasında aşkar edilmişdir. Birinci instansiya məhkəməsi faktiki olaraq yalnız videoyazıya üstünlük vermiş, inzibati xəta haqqında protokolu və onu tərtib etmiş vəzifəli şəxsin xidməti müşahidəsini kifayət qədər qiymətləndirməmişdir. Videogörüntünün hadisənin bütün gedişini tam əks etdirməməsi və ya müəyyən hissələri əhatə etməməsi inzibati xətanın baş verməməsi nəticəsinə gəlmək üçün əsas ola bilməz. Videogörüntü yalnız mövcud sübutlardan biridir və onun inzibati xətanın bütün elementlərini əks etdirməməsi yol-patrul xidməti əməkdaşının bilavasitə müşahidəsinin hüquqi əhəmiyyətini aradan qaldırmır. Hakim nümayəndənin "videogörüntüdə pozuntu görünmür" məzmunlu izahatını sübutun etibarsızlığı kimi qiymətləndirmişdir. Halbuki nümayəndə videoyazının hadisənin bütün anlarını əks etdirmədiyini bildirmiş, inzibati xətanın isə yol-patrul xidməti əməkdaşının bilavasitə müşahidəsi nəticəsində aşkar olunduğunu izah etmişdir. Bu izahat protokolun etibarlılığını aradan qaldırmır. Hakim həmçinin inzibati xəta haqqında protokolun həqiqiliyini şübhə altına alan hər hansı obyektiv sübut müəyyən etməmişdir. İş materiallarında protokolun saxtalaşdırılması, xidməti səlahiyyətlərdən sui- istifadə edilməsi və ya vəzifəli şəxsin qərəzli davranmasını təsdiq edən heç bir sübut yoxdur. Belə olan halda yalnız inzibati məsuliyyətə cəlb edilmiş şəxsin izahatına və videoyazının natamamlığına əsasən protokolun hüquqi qüvvədən salınması qanunvericiliyin tələblərinə uyğun deyildir. Apellyasiya baxışı zamanı iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə Bakı şəhər BPİ-nin DYPİ tərəfindən ##.##.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ünvan 2 ünvanında idarə etdiyi “X1” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola, geriyə dönmə qaydalarının pozmaqla Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “AsanPay” Elektron İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Təqdim edilmiş “CD” formatlı diskdə olan videogörüntüyə baxış keçirilərkən X1” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərinə riayət etməyərək sola, geriyə dönmə qaydalarını pozması müşahidə edilmir, əksinə nəqliyyat vasitəsinin park yerindən irəli və geri hərəkət etdiyi müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinə əsasən:: İ. Yolun nişanlanması (* saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. II. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. II-İ. Eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. V. Yolun üfiqi nişanlanması müəyyən hərəkət rejimini və hərəkət tərzini müəyyən etməklə, yolun hərəkət hissəsinə, sarı rənglə olan 1.4, 1.10, 1.17 və 1.25 xətləri istisna olunmaqla, ağ rəngdə çəkilir. VI. Üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1) 1.1 - əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 3) 1.3 - dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; 11) 1.11 - yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda duracaqlara girmək və çıxmaq, geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir; VII. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır; 5) 1.11 xəttini qırıq xətt tərəfdən, habelə yalnız ötməni və ya yandan keçməni başa çatdırdıqdan sonra bütöv xətt tərəfdən kəsib keçməyə icazə verilir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı təqdim olunmuş videogörüntüyə bilavasitə baxış keçirərək müəyyən etmişdir ki, həmin görüntülərdə şikayətçinin idarə etdiyi “X1” markalı nəqliyyat vasitəsinin park yerində manevr etməsi, avtomobilin irəli və geri hərəkət etməsi əks olunsa da, İXM-in 327.2-ci maddəsinin dispozisiyasında göstərilən 1.1, 1.3 və ya 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinin pozulması faktı müşahidə edilmir. Əksinə, təqdim edilmiş videomaterial şikayətçinin məhkəmə iclasında verdiyi izahatı təsdiqləyir və onun nəqliyyat vasitəsini park etmək məqsədilə hərəkət etdiyini göstərir. Belə ki, səlahiyyətli orqan məhkəməyə öz mövqeyini təsdiq etmək məqsədilə videogörüntü təqdim etsə də, həmin videogörüntü inzibati xəta haqqında protokolda göstərilən halları təsdiqləmir. Əksinə, məhkəmə tərəfindən videomateriala baxış keçirilərkən müəyyən olunmuşdur ki, görüntülərdə şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsinin park yerində manevr etməsi, irəli və geri hərəkət etməsi müşahidə olunur, lakin onun 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozması, yaxud həmin xətləri qanunvericiliyin qadağan etdiyi qaydada kəsməsi aydın və birmənalı şəkildə görünmür. Məhkəmə inzibati işin materiallarını bir daha araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Belə ki, inzibati xəta haqqında protokolun mövcudluğu özlüyündə inzibati xətanın törədilməsi qənaətinə gəlməyə imkan vermir. Bunun üçün digər sübutlar toplanmalı və məhkəmə tərəfindən iş üzrə mövcud olan bütün sübutların məcmusu əsasında hərtərəfli araşdırma aparılmalıdır ki, hazırki işdə birinci instansiya məhkəməsi tərəfindən əldə olunaraq tədqiq edilmiş sübutlar Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təkzib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə Bakı şəhər BPİ-nin DYPİ tərəfindən ##.##.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə Bakı şəhər BPİ-nin DYPİ tərəfindən ##.##.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-2206/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2206/2026
21.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver