Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2207/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, X5 Oruc qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə qəbul edilmiş ##.##.2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il il tarixli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı ŞBPİ-nin DYPİ-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İXP7818861 nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmə barədə TP ******* nömrəli, ##.##.2026-cı il tarixli qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, guya yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi yerindən yayınmış və əks istiqamətli hərəkət zolağına çıxaraqa manevr etmişdir. Həmin qərarla ona 100 manat cərimə tətbiq edilmişdir. Eyni protokol üzrə bundan əvvəldə inzibati tənbeh vermə haqqnda qərar qəbul edilmiş, həmin qərardan məhkəməyə şikayət verilmiş və məhkəmə tərəfindən qərar ləğv edilərək iş əlavə araşdırma aparılması üçün aidiyyəti polis orqanına göndərilmişdir. Buna baxmayaraq polis orqanı tərəfindən heç bir araşdırılma aparılmamış yenidən eyni məzmunlu inzibati tənbeh qərarı qəbul edilmişdir. İrəli sürülən ittiham yalnız ehtimallara əsaslanır və hər hansı mötəbər, qanuni və kifayət edən sübutlarla təsdiq olunmur. İnzibati icraat zamanı: hadisənin baş vermə şəraiti tam araşdırılmamış, izahatları nəzərə alınmamış, məhkəmənin əlavə araşdırma barədə göstərişləri icra edilməmiş, obyektiv və qərəzsiz araşdırma aparılmamışdır. Bu isə qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu göstərir.. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il il tarixli qərarının ləğv edilməsini və Bakı ŞBPİ-nin DYPİ-nin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı ŞBPİ-nin DYPİ-nin TP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il saat 08:36 radələrində X2 küçəsində “Audi A6” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə qəbul edilmiş Bakı ŞBPİ-nin DYPİ-nin ##.##.2026- cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilib və iş yenidən baxılması üçün həmin orqana geri qaytarılmışdır. CD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsi iddia edilən videogörünütü aşağı keyfiyyətdə olduğundan geri dönmə əməliyyatı yerinə yetirilərkən “Audi A6” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Opel Signum” markalı, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmasını konkret olaraq müşahidə etmək mümkün olmamışdır. Digər videogörüntüdə isə “Audi A6” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun kənarında dayandığı, “Opel Signum” markalı nəqliyyat vasitəsinin sürücüsünün avtomobilindən düşərək birinci avtomobilə yaxınlaşdığı, sürücüsünə nəisə deyib qısa müddətə qayıdaraq öz avtomobilini idarə edib oradan uzaqlaşdığı görünür.. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət edən, mötəbər və şübhədən kənar sübutlar mövcud deyildir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarında göstərilən nöqsanlar aradan qaldırılmadan və əlavə araşdırma aparılmadan eyni faktlar əsasında yenidən inzibati məsuliyyət tədbirinin tətbiqi obyektiv araşdırma prinsipinin tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə tərəfindən tədqiq edilmiş videogörüntülərdən də görünür ki, görüntülərin keyfiyyəti aşağı olduğundan iddia edilən yol-nəqliyyat hadisəsinin baş verməsini, xüsusilə də Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsinin digər avtomobillə təmasda olmasını dəqiq və birmənalı şəkildə müəyyən etmək mümkün deyildir. Təqdim olunmuş videogörüntülər hadisənin baş verməsini təsdiq edən qəti sübut kimi qiymətləndirilə bilməz. Digər görüntüdə isə yalnız ərizəçinin avtomobilinin yolun kənarında dayandığı, digər sürücünün ona yaxınlaşaraq qısa söhbətdən sonra öz avtomobili ilə uzaqlaşdığı müşahidə olunur ki, bu hal da özlüyündə nə yol-nəqliyyat hadisəsinin baş verməsini, nə də hadisə yerindən yayınma faktını təsdiq edir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 327.6-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə qəbul edilmiş ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2207/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2207/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver