Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2208/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilən Qərardan şikayət verən orqan (şəxs) vəkili İsmayılov Ülvi Zahid oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin əhəmiyyətli hallarından müəyyən olunur ki, “xxxx” Mənzil Tikinti Kooperativi fiziki və (və ya) hüquqi şəxslərin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə mənzil tələbatlarının təmin olunması məqsədilə yaradılmış təsisat olmaqla fəaliyyətini Azərbaycan Qanunvericiliyinin tələbləri çərçivəsində qurmuş hüquqi şəxsdir. Pay haqlarını birləşdirmiş şəxslərin mənzil ehtiyaclarının təmin olunması üçün qeyri kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün onların müraciətləri əsasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” ## #### 2022-ci il tarixli, *** saylı Sərəncamı qəbul olunmuş və Bakı şəhəri, Nizami rayonu Özbəkistan və A.Manafov küçələrinin əhatə etdiyi ərazi ünvanında yerləşən 0.5116 ha torpaq sahəsinə bitişik 0.50 ha torpaq sahəsi “xxxx” MTK -ya ayrılmış və ## #### 2022 ci il tarixli **** saylı icarə müqaviləsi ilə qeyd edilən torpaq sahəsi 49 illik icarəyə götürülmüşdür. Təsdiq olunmuş layihə-smeta sənədləri üzrə razılığı alınmış tikinti işlərinin aparılması üçün işçi qüvvəsinə ehtiyac vardır ki, bununla əlaqədar müxtəlif peşə təyinatlı işlər və şəxslərlə əmək müqaviləsi bağlanılır və işə götürülürlər. Kooperativ əsasən digər podratçı hüquqi şəxslər və ayrı-ayrı fiziki şəxslərlə podrat müqavilələri bağlamış və tikintinin aparılmasını üçüncü şəxslərə həvalə etmişdir. Koopertivin öz sərəncamında olan sahələr üzrə də əmək müqavilələri bağlanmışdır. Qərardan şikayət verən orqan (şəxs) kooperativin vəzifəli şəxsi olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur və güya əmək müqaviləsi bağlanmış şəxsin sığortalanması üçün tədbirlər görməmişdir. Halbu ki, X3 ilə bağlı bu hal mövcud olmamışıdr. Müqavilədən sonra sığorta şitkəti ilə müqavilə bağlanmasına cəhdlər edilmiş,lakin texniki səbəblərdən bu mümkün olmamışdır.İşçi ilə əmək münasibətlərinə girildikdən cəmi 3 gündən sonra bədbəxt hadisə baş vermişdir. Mənim məsuliyyət məsələm müəyyən edilə bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Həmçinin, həmin Məcəllənin 75-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (Məcəllənin 84.1-ci maddəsi). Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Konstitusiya məhkəməsinin yuxarıda göstərilən qərarda sadalan halları nəzərə alaraq qeyd etmək olar ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti “xxxx” MTK-nın vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmamışdır. Belə ki, Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəd formasıdır. İşəgötürənlə işçi arasında bu müqavilənin imzalanmasının zəruriliyi Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb. Çünki işə qəbul zamanı bu müqavilə bağlanmadıqda insan əməyinin istismarına və əmək hüquqlarının tapdanmasına gətirib çıxarır. Mövcud mübahisəli işdə işəgötürən qismində “xxxx” MTK işçi ilə əçək müqaviləsi bağlamış və sığorta olunmasına dəfələrlə cəhd etmişdir. Lakin texniki nasazlıqlar və sistemdəki yükləmələr nəticəsində bunu axıradək icra etmək mümükün olmamışdır. Belə ki, müəyyən olunur ki,hüquqi şəxs “ xxxx ” MTK yalnız bir işçisini, yəni X3 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindirməklə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş ,lakin onun sığortalanma prosedurunu yekunlaşdırmamışdır. Kooperativdə digər işçiləri barəsində isə belə bir pozuntuya yol verməsi müəyyən edilməmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” MTK ararında bağlanmış “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən görünür ki, “ xxxx ” MTK-nın ümumilikdə 37 işçi vardır ki, digər işçiləri barəsində belə bir pozuntuya yol verməmişdir. Bu hal isə Kooperativin X3 əmək müqaviləsi (kontraktı) üzrə icbari sığorta olunmasına cəlb olunmamanı qəsdli olaraq etmədiyini, vergilərdən və sığorta ödənişlərindən yayınmaq niyyətinin olmadığının göstəricisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə də, hüquqlarımız kobud surətdə pozularaq, barəmizdə əsassız yerə inzibati məsuliyyətə cəlb olunma barədə rəsmiləşmə edilmişdir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin tərtib etdiyi ## ### 2026-ci il tarixli, MN ******** saylı inzibati tənbeh vermə haqqında Qərarı ləğv edilməli və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilən Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 İdarəsinin Hüquq İdarəsinin nümayəndəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxx” MTK-nın sabiq işçisi X3 ## ###### 2026-cı il tarixdə əmək funksiyalarının icrası zamanı bədbəxt hadisə nəticəsində ölmüş, təhqiqat zamanı X3 işəqgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilmədiyi məlum olmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-2406/2026cı il tarixli, ## #### 2026-cı il tarixli qərarından görünür ki, “xxxx” MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 5000 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iş materiallarında olan sübutlar Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 469-1-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə –vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qeyd: Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilən Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili İsmayılov Ülvi Zahid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2208/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2208/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver