Məhkəmə qərarları › İş №3(3-6)-2209/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2209/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2209/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/******** nömrəli, ##.##.2026-cı tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/******** nömrəli, ##.##.2026-cı tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində BDYPİ tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.3-cü maddəsi ilə (Sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) 400 AZN məbləğində inzibati cərimə tətbiq edilməsi barədə ##.##.2026- cı il tarixli, EQ/******** nömrəli elektron qərar çıxarılmışdır. Həmin qərar həm maddi, həm də prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 122.1ci maddəsinə əsasən, xüsusi texniki vasitələrin (kameraların) köməyi ilə aşkar edilən xətalar üzrə birbaşa elektron qərar yalnız həmin maddədə birbaşa və qəti şəkildə göstərilmiş inzibati xəta tərkibləri üzrə çıxarıla bilər. İXM-nin 332.3-cü maddəsi həmin siyahıya daxil edilməmişdir. Bu isə o deməkdir ki, qanunverici 332.3-cü maddə üzrə inzibati xətanın yalnız səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsini və İXM-nin 100.2-ci maddəsinə uyğun olaraq mütləq qaydada inzibati xəta haqqında protokol tərtib olunmasını tələb edir. Protokol tərtib edilmədən, birbaşa "EQ" seriyalı qərarın çıxarılması İXM-nin imperativ tələblərinə ziddir və həmin qərarın hüquqi qüvvəsi yoxdur. Məsələ ilə bağlı yaşayış yeri üzrə Sabunçu Rayon Məhkəməsinə tərəfindən müraciət edilmiş, hakim Vüsal Qurbanov ##.##.2026-cı il tarixli, 3(5-101 )-****/**** nömrəli qərardadı ilə rəsmi olaraq müəyyən etmişdir ki: "İXM-nin 332.3-cü maddəsi bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara daxil edilməmişdir". Məhkəmənin qanunla müəyyən olunmuş bu hüquqi mövqeyi BDYPİ-nin çıxardığı elektron qərarın prosedur cəhətdən qanunsuz olmasını sübut edən təkzibolunmaz aktdır. Həmçinin Sözügedən qanunsuz qərarla bağlı dəfələrlə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) rəsmi qaydada müraciət etməyinə baxmayaraq, müraciətlərim cavabsız qalmışdır. Bu, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 10cu maddələrinin tələblərinin birbaşa pozulmasıdır. Dövlət orqanı öz fəaliyyətində şəffaflığı təmin etməli və vətəndaşın qaldırdığı əsaslı dəlillərə münasibət bildirməli olduğu halda, hərəkətsizlik nümayiş etdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə və İXM-nin 8.1 -ci maddəsinə əsasən, şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada (bu halda protokol tərtib edilməklə) sübuta yetirilməyibsə, o, təqsirsiz sayılır. Barəmdə qanunla EQ çıxarılması mümkün olmayan maddə üzrə protokol tərtib edilmədən qərar çıxarılması həm də Konstitusiyanın 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun kobud şəkildə pozulmasıdır. İXM-nin 70.1 -ci maddəsinə əsasən, inzibati akt qəbul edilərkən inzibati icraatın (qərarın çıxarılma prosedurunun) pozulması həmin inzibati aktın ləğv edilməsi üçün mütləq əsasdır. Qeyd olunan "EQ" seriyalı qərarın çıxarılma forması qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün o, başlanğıcdan etibarsız sayılmalı və hüquqi nəticə doğurmamalıdır. İXM-nin 122.5-ci maddəsində birbaşa qeyd olunur ki, texniki vasitələrin (kameraların) köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında YALNIZ bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarıla bilər. Eyni zamanda, İXM-nin 53.2-ci maddəsinin tələbinə əsasən, təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati icraata xitam verilməlidir ki, bu işdə də İXM-nin 122.1 -ci maddəsində nəzərdə tutulmayan xəta üzrə protokol tərtib edilmədən EQ çıxarılması həmin qərarın qanunsuz yolla əldə edilmiş sübut hesab olunmasına birbaşa əsas verir. Bu səbəbdən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/******** nömrəli, ##.##.2026-cı tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/******** nömrəli, ##.##.2026-cı tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək həmin qərarın və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə İXM-nin 122.1 və 122.5-ci maddələrinin imperativ tələblərini tətbiq etməmişdir. İXM-nin 122.1-ci maddəsində kameralar vasitəsilə protokol tərtib edilmədən birbaşa elektron qərar (EQ) çıxanla bilən xətaların qəd siyahısı verilmişdir. İXM 332.3-cü maddə həmin siyahıda yoxdur. İXM 122.5-ci maddə isə birbaşa tələb edir ki, texniki vasitələrlə aşkar edilən xətalar üzrə YALNIZ 122.1-ci maddədə nəzərdə tutulmuş hallarda elektron qərar çıxarıla bilər. BDYPİ-nin protokol tərtib etmədən birbaşa EQ çıxarması dövlət orqanının səlahiyyət həddini aşmasıdır. Digər məhkəmənin rəsmi təsbitinə hüquqi qiymət verilməməsi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (Hakim Vüsal Qurbanov) ##.##.2026-cı il tarixli qərardadı ilə rəsmi olaraq müəyyən edilmişdir ki: "İXM-nin 332.3cü maddəsi bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara daxil edilməmişdir". Nərimanov Rayon Məhkəməsi digər məhkəmə tərəfindən artıq təsbit olunmuş bu hüquqi faktı qərarında qeyd etsə də, ona heç bir hüquqi qiymət verməmiş, əksinə, qanunsuz proseduru "həqiqi sübut" kimi qəbul etmişdir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadəsi: İXM-nin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qanunla EQ çıxarılması qadağan olunan maddə üzrə protokolsuz tərtib edilmiş elektron qərar prosessual baxımdan etibarsızdır. İXM-nin 53.2-ci maddəsi isə tələb edir ki, qanuna zidd sübutlar istifadə edildikdə inzibati icraata dərhal xitam verilməlidir. Məhkəmənin nəticələrinin işin faktiki hallarına uyğun olmaması: Hakim Gültəkin Əsədova qərarında sübutların "əldə edilməsi hallarına görə qəbul edilən" olduğunu qeyd etsə də, həmin sübutun (EQ seriyalı qərarın) qanunla müəyyən edilmiş forma və prosedur qaydasına (protokolun mütləqliyinə) uyğunluğunu araşdırmamışdır. Bu, İXM-nin 135.1.2-ci maddəsinə əsasən qərarın ləğvi üçün birbaşa əsasdır. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) isə onun iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, qərar haqsız yazılmışdır. Ona yazılan maddə İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsidir. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddədə cərimə yazılma qaydası var. Bu maddədə kamera ilə cərimə yazılması nəzərdə tutulmamışdır. Odur ki, məhkəmədən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/******** nömrəli, ##.##.2026-cı tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində inzibati məsuliyyətə cəlb olunmuşdur. Qərarın məzmunudan görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 11:40-da Ziya Bünyadov prospekti istiqamətində (Azpetrol YDM yaxınlığı) “MERCEDES BENZ 190” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. İşdə olan fotoşəkillərdən də görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026- cı il tarixdə saat 11:40-da Ziya Bünyadov prospekti istiqamətində (Azpetrol YDM yaxınlığı) “MERCEDES BENZ 190” minik markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-[408] qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarında qeyd etmişdir ki, məhkəmə şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) istinad olunan inzibati xətanı törətməsində təqsirinin sübuta yetirildiyi üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/******** nömrəli, ##.##.2026-cı tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayəti rədd etmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ/******** nömrəli, ##.##.2026-cı tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar