Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2210/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi, Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, Inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin nümayəndəsi X3 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ### 2026-cı il tarixində Qərardan şikayət verən orqan (şəxs) məxsus **-ZC-*** dövlət qeydiyyat nişanlı Volkswagen ID.6 markalı minik avtomobili Bakı şəhərinin Xətai rayonu ərazisində, 8 noyabr prospektində X1rşısından Zığ istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidi keçdikdən dərhal sonra müşahidə kamerası ilə çəkilərək Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci bəndinə istinadən cərimə tətbiq edilmişdir. Inzibati xətalar haqqında işlər üzrə hazırkı icraat zamanı iş üzrə icraatı rədd edən və sübut edilməli olan hal - inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin olub-olmaması halı, yəni avtomobilimin görüntülərinin çəkildiyi zolağa daxil olduğu ərazidə 5.9, 5.10.1-5.10.3 yol nişanlarının olmaması nəzərə alınmamışdır. Qərar qəbul edilərkən IXM-də nəzərdə tutulmuş prosedurlara riayət edilməmiş, 122.1-ci bəndin tələbi gözlənilməmiş, şəxsi kabinetinə yüklənən foto və videolarda inzibati xəta anının görüntüsü, yəni IXM-in 327.1-1-ci bəndinin tələbində göstərilən yol nişanları ilə işarələnmiş yola daxil olma və belə yolda hərəkət etməni təsdiq edən görüntülər əlavə edilməmişdir. Barəsində çıxarılmış elektron qərar IXM-in 327.1-1-ci bəndinə əsasən tərtib edilmişdir. Həmin bəndin tələbinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir”. Həmçinin, 327-ci maddənin Qeyd bölməsindəki 1 -ci qeydə görə 327.1-1-ci maddəsində nəzərdə tutulmuş xətalar 2 balla qiymətləndirilir. Həmçinin, “Yol hərəkəti haqqında” Qanunun 48.4-cü bəndinə əsasən “5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır.” Lakin avtomobilimlə qırıq xətlərlə işarələnmiş ən sağ zolağa daxil olduğu yol hissəsində 5.9, 5.10.1-5.10.3 yol nişanlarından heç biri yoxdur. Sürücü kimi o, yol nişanları əsasında hərəkət etmişəm və qadağan olmadığı üçün ən sağ zolağa daxil olmuş, cərimə də məhz müvafiq yol nişanları olduğu təqdirdə yazıla bilərdi, lakin IXM-in tələbinə riayət edilmədən cərimə tətbiq edilmişdir. Beləliklə, hesab olunur ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar əsasında inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Bu səbəbdən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır, ## ### 2026-cı il tarixli EQ******** nömrəli inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi və həmin qərar əsasında tətbiq edilmiş 2 cərimə balının üzərindən götürülməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Gültəkin Əsədova) şikayətin təmin edilməməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, işin materiallarında olan kompakt-diskdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi öz avtomobilində hərəkətdə olarkən smartfonla qeydə aldığı və məhkəməyə təqdim etdiyi videogörüntü və mənim məhkəməyə təqdim etdiyim fotoşəkillər var. Hər iki foto-video materialda zolağa daxil olduğum nöqtədə 5.9, 5.10.1–5.10.3 yol nişanlarının olmadığı görünür. Şəxsi kabinetimə yüklənən foto və videolarda inzibati xəta hadisəsini sübut edən görüntülər, yəni IXM-in 327.1-1-ci bəndinin tələbində göstərilən yol nişanları ilə işarələnmiş yola daxil olma və belə yolda hərəkət etməni təsdiq edən görüntülər əlavə edilməmişdir. Məlum olduğu kimi, “Yol hərəkəti haqqında” Azərbaycan RespublikasıQanununun 48-ci maddəsinin IV bəndinə əsasən, dönmə yerləri qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmalıdır və nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir. Lakin mənə cərimə tətbiq olunan yerdə, yol qovşağı ilə kəsişmədən əvvəl avtobus zolağının başa çatmasını bildirən nişanlama xətti çəkilmiş, qovşağa dönmək, yaxud qovşaqdan çıxmaq üçün qırıq-qırıq xətlər çəkilməmiş, yol qovşağından dərhal sonra isə yeni avtobus zolağının başladığını bildirən nişanlama xətti çəkilsə də, həmin yerdə müvafiq yol nişanları (5.9, 5.10.1–5.10.3) qoyulmamışdır. Yəni nişanlama xətlərinin çəkilməsi və yol nişanlarının quraşdırılması vəziyyəti inzibati xətanın qeydə alınmasına heç bir əsas vermir. - Inzibati xətaya dair qərar tərtib edilərkən IXM-də nəzərdə tutulmuş prosedurlara riayət edilməmiş, 122.1-ci bəndin tələbi gözlənilməmiş, şəxsi kabinetimə yüklənən foto və videolarda inzibati xəta anının görüntüsü, yəni IXM-in 327.1- 1-ci bəndinin tələbində göstərilən yol nişanları ilə işarələnmiş yola daxil olma və belə yolda hərəkət etməni təsdiq edən görüntülər əlavə edilməmişdir. Bunun səbəbi o ərazidə həmin yol nişanlarının olmamasıdır. - Nərimanov rayon məhkəməsinə təqdim etdiyim və işin materiallarında olan vəsatət tam təmin edilməmiş – ## ### 2026-cı il tarixində saat 18:35 – 18:50 arasındakı müddətdə Bakı şəhəri, 8 noyabr prospektində yerləşən X1rşısından başlayaraq Zığ istiqamətində **-ZC-*** dövlət qeydiyyat nişanlı Volkswagen ID.6 markalı avtomobilə aid olan ##.##.2026-cı il tarixli EQ ******** nömrəli inzibati xəta haqqında elektron qərar üzrə görüntülər məhkəməyə natamam təqdim edilmişdir. Videoda həmin zolağa daxil olma anının görüntüsü yoxdur. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin nümayəndəsinin öz avtomobilində hərəkətdə olarkən smartfonla qeydə aldığı və məhkəməyə təqdim etdiyi videogörüntüdə, habelə mənim şikayət ərizəmə əlavə olaraq məhkəməyə təqdim etdiyim hadisənin qeydə alındığı yol hissəsinin fotoşəkillərində zolağa daxil olduğum nöqtədə 5.9, 5.10.1–5.10.3 yol nişanlarının olmadığının açıq-aydın görünməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin qərarında istinad edilən Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin nümayəndəsinin ərizəsində irəli sürülən iddianın – “şikayətçinin istinad etdiyi yol ayırıcı hissəsinin yolayrıcı deyil, yol qovşağı olduğunu, yəni nişanın xəta pozulan ərazidə qüvvədə olduğunu nəzərə alıb şikayətin təmin olunmaması xahiş edilmişdir” iddiasının əsassız olması və həmin iddiadakı fikirlərin “Yol hərəkəti haqqında” Azərbaycan RespublikasıQanununun 64-cü maddəsinin VI bəndinə əsasən yalnız 3.16, 3.20, 3.22, 3.24, 3.26–3.30 qadağanedici yol nişanlarına şamil edildiyi, avtobus zolağını bildirən 5.9, 5.10.1–5.10.3 nişanlarının isə qanunun * saylı əlavəsindən qeyd olunduğu kimi, məlumatverici-göstərici nişanlara aid olması nəzərə alınmamışdır. Hesab edirəm ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından və təqsirliliyim sübuta yetirilmədiyindən inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, ## ### 2026-cı il tarixli EQ******** nömrəli inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və həmin qərar əsasında tətbiq edilmiş 2 cərimə balının üzərimdən götürülməsi barədə qərar çıxarmağınızı xahiş edirəm. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X3 verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə şikayətə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının izahatını dinləyib məhkəmə belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə –yüz manat məbləğində cərimə edilir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR DIN Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş EQ ******** nömrəli, ##.##.2026-cı tarixli inzibati xətaya dair protokol əsasında tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində inzibati məsuliyyətə cəlb olunmuşdur. Səlahiyyətli orqan tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) 8 Noyabr prospekti-X1 yaxınlığı, Zığ qəsəbəsi istiqamətində “Volkswagen ID.6” minik markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edib ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilib ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) 8 Noyabr prospekti-X1 yaxınlığı, Zığ qəsəbəsi istiqamətində “Volkswagen ID.6” minik markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edir. Həmçinin Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi X2 tərəfindən məhkəməyə daxil olmuş ərizədən görünür ki, 8 Noyabr prospekti- X1 yaxınlığı, Zığ qəsəbəsi istiqamətində 5.9, 5.10.1–5.10.3 nişanları mövcuddur və şikayətçinin istinad etdiyi yol ayırıcı hissəsi yol ayırıcı deyil, yol qovşağı olduğunu nəzərə alaraq nişan xəta pozulan ərazidə qüvvədədir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Şikayətçi tərəfindən irəli sürülən “daxil olduğu yol hissəsində 5.9, 5.10.1-5.10.3 yol nişanlarından heç birinin olmaması” arqumentlərinə gəldikdə isə, məhkəmə hesab edir ki, 5.9, 5.10.1-5.10.3 yol nişanları olan hissə yol ayrıcı deyil yol qovşağıdır. Bundan əlavə, “Yol hərəkəti haqqında” Qanunun 48-ci maddəsinin tələblərinə əsasən, xüsusi zolaqda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır və bu qadağa yalnız qanunda açıq şəkildə göstərilmiş istisna hallarında tətbiq edilmir. Şikayətçi tərəfindən göstərilən hallar isə həmin istisnalara aid edilə bilməz. Birinci instansiya məhkəməsi inzibati xətanın törədilməsi ilə bağlı hər hansı aradan qaldırılmamış şübhə mövcud olmadığından və iş materialları ilə təqsir sübuta yetirildiyindən, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. Buna görə də Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən ## ### 2026-cı il tarixli, EQ ******** nömrəli protokol əsasında qəbul edilmiş ## ### 2026-cı il tarixli qərarın qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsi öz təsdiqini tapdığından birinci instansiya məhkməsinin qərarı qanuni hesab edilir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsi tərəfindən artıq araşdırılıb qiymətləndirilmiş və məhkəmə də bu nəticə ilə razılaşmışdır. Belə ki, görüntünün tədqiqi zamanı Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi avtomobilin qadağan edici nişan olmasına baxmayaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkəti faktı təsdiqlənmiş, onun müdafiəsi üçün gətirdiyi dəlillər əsassız hesab olnmuşdur. Məhkəmə bu baxımdan qeyd edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətində Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta hadisəsi olmaması barədə dəlillər heç bir əsası olmayan, müdafiə xarakterli hesab edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya şikayətində şikayətçi inzibati xəta haqqında qərarın əsaslılığını mübahisələndirsə də, məhkəmə bu dəlillə razılaşmır. Belə ki, təqdim edilən videogörüntü digər sübutlarla yanaşı, inzibati xətanı təsdiq edən sübut növüdür və onun əsaslılığını şübhə altına alan hər hansı dəlil mövcud olmamışdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətanın törədilməsi barədə qərar qəbul edərkən işi tam və hərtərəfli araşdırmış, işə əlavə olunmuş inzibati xəta haqqında qərara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə işin faktiki hallarına və şikayətin əsaslandığı dəlillərə qiymət verərək hesab edir ki, göstərilən hallar işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı qəsdən törətməsi iş üzrə sübutlarla təsdiqlənir. Şikayətdə göstərilənlər işdə olan sübutlarla təkzib edildiyindən məhkəmə belə hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr əsasında verilib və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin inzibati xəta haqqında ## ### 2026-cı il tarixli, EQ seriyalı ******** saylı qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(3-6)-2210/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2210/2026
24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver