Məhkəmə qərarları › İş №3(3-6)-2213/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2213/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2213/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Feyzullzadə Əli Elşən oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ X1 İdarəsi tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim X2) *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, 30.091972-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun şikayəti təmin edilmiş, Bakı şəhəri Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu Bakı şəhəri Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət edərək Bakı şəhəri Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı şəhər BPİ X1 İdarəsi şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun barəsində İXM-in 327.2-ci maddəsinə əsasən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qanunun tələbindən göründüyü kimi icraat iştirakçısının məhkəmə iclasına gəlməməsi faktı özlüyündə işə onun iştirakı olmadan baxılması üçün şərt deyil. Məhkəmə ilk növbədə həmin şəxsin gəlməməsinin səbəblərini araşdırmalı, yalnız bundan sonra işə həmin tərəfin iştirakı olmadan baxılması qənaətinə gəlməli idi. Hazırki işdə hakim səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirak eyməmə səbəblərini araşdırmadan işə nümayəndənin iştirakı olmadan baxılması qənaətinə gəlmişdir. Məhkəmə Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu tərəfindən təqdim edilmiş videogörüntünü sübut kimi qəbul etsə də, həmin videonun əldə edilmə qaydasını, bütövlüyünü, dəyişdirilib-dəyişdirilmədiyini, çəkildiyi tarixin və vaxtın düzgünlüyünü araşdırmamış, videogörüntünün digər sübutlarla uyğunluğunu qiymətləndirməmişdir. Həmin qərarda göstərilən ##.##.2026-cı il tarixli videogörüntü ifadəsi iş materialları ilə ziddiyət təşkil edir. Hadisə ##.##.2026-cı il tarixdə baş verdiyi halda məhkəmə qərarında başqa tarix göstərmişdir. Bundan əlavə, məhkəmə həmin görüntünün hansı prosessual qaydada sübut kimi qəbul edildiyi, onun məhkəmə iclasında necə tədqiq edildiyi, digər sübutlarla müqayisəli qiymətləndirilməsi barədə hər hansı əsaslandırma verməmişdir. Hakim yalnız barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş sübutlara üstünlük verərək qərar qəbul etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75, 76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. İnzibati tənbehvermə haqqında qərarda Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu tərəfindən svetoforun qadağanedici işarəsi zamanı hərəkətin davam etdirilməsi göstərilmişdir. Şikayətçi isə bunu inkar etmiş, inzibati tənbeh vermə haqqında qərarla razılaşmadığını, svetoforun hərəkətin davam etdirilməsinə icazə verən yaşıl işığı yanarkən hərəkət etdiyini bildirmişdir. İXM-in 75-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). İş materiallarında yer alan sübutları işin müəyyən edilmiş sayılan halları və Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun təqsirli bilindiyi İXM-in 327.2-ci maddəsinin dispozisiyası, xətanın tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən xətanın tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı, sübuta yetirilmədiyi aydın olur. Səlahiyyətli orqanın nümayəndəsinin birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi ilə bağlı məhkəmə bildirir ki, hazırda baxılan inzibati xəta haqqında iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmiş, mübahisəli məsələyə dair xətanın mövcudluğunu təsdiq edən sübutların məhkəməyə təqdim etmək imkanı təmin olmuşdur. Məhkəmə mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb olmuş halla bağlı qeyd edir ki, ##.##.2026-cı il tarixində saat 13:57-də Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 174A ərazisində Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun idarə etdiyi BYD Leopar 3 markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillə svetoforun qadağan edici işığında yoyayrıcını keçməsi əsası ilə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş videogörüntüyə və fotoşəklə əsasən müəyyən edilir ki, qeyd edilən hadisə zamanı Qərardan şikayət verən orqan (şəxs) İlham oğlu svetoforun yaşıl işığı yanmağa davam edərkən “stop” xəttini keçərək yolayrıcına daxil olmuşdur ki, bu da həmin şəxsin əməlində İXM-nin 327.2-ci maddəsinin tərkib əlamətinin yaranmasını istisna edir. Bu baxımdan məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) İlham oğlunun xətanı törətməkdə təqsirli bilinməsi inzibati xətalar qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq tərəfin şikayətini təmin edərək inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar