Məhkəmə qərarları › İş №3(3-6)-2215/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2215/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2215/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X6, Inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı, ## ### 2026-cı il tarixli qərardan verdiyi şikayətinin təmin edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından Bakı şəhəri BPI-nin X1 Idarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Qərardan şikayət verən orqan (şəxs) onun barəsində olan Inzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər DYPI-nin qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, ##.##.2026-cı il tarixdə, saat 12:00 radələrində ona məxsus "Range Rover" makalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən 20 Yanvar dairəsindən üzü Dərnəgül prospekti istiqamətində hərəkət olarkən, Bakı şəhəri DYPI-nin Yol Patrul Xidmətinin inspektoru R X3 tərəfindən saxlanılaraq, svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdiyi üçün barəsində Inzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək IXP ******* saylı protokol tərtib edərək 100 (bir yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq etmişdir. Daha sonra həmin protokol əsasında Bakı şəhəri DYPI tərəfindən ##.##.2026-cı il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qaldığı üçün aidiyyəti üzrə məhkəməyə şikayət vermiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı qərarı ilə şikayəti qismən təmin edilərək, DYPI-nin ##.##.**** saylı qərarı ləğv edilmiş və inzibati iş yenidən araşdırılması üçün Bakı şəhəri DYPI-nə göndərilmişdir. Bakı şəhəri DYPI heç bir araşdırma aparmadan və onu xəbərdar etmədən ##.##.2026-cı il tarixli TP ******* saylı qərar qəbul edərək barəsində Inzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 100 (bir yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq etmişdir. Hesab edir ki, Bakı şəhəri DYPInin ##.##.2026-c il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməldir. Daha əvvəlki şikayətində bildirdiyi kimi, ##.##.2026-c il tarixdə, saat 12:00 radələrində ona məxsus "Range Rover" makalı 90-OS090 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən 20 Yanvar dairəsindən üzü Dərnəgül prospekti istiqamətində hərəkətdə olarkən svetoforu keçən zaman qadağanedici işarədə keçməmiş, yaşıl işıqda keçmişdir. Həmin vaxt avtomobillə svetoforu kəçərkən avtomobilin sürəti 40-45 km saat olmuş və svetoforda saxlamadan hərəkəti davam etmişdir. Tərəfindən inzibati xətanın törədilməməsini müəyyən etmək məqsədi ilə Bakı şəhəri DYPI-nin Badamdar qəsəbəsində yerləşən inzibati binasında olarkən, həmin ərazidə müşahidə kamera görüntülərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, idarə etdiyi avtomobil svetoforun stop xəttini yaşıl işıqda keçmişdir. Lakin buna baxmayaraq, DYPI inzibati tənbeh vermək haqqında qərar qəbul etmişdir. Bundan əlavə, DYPI tərəfindən onun iştirakı olmadan və heç bir araşdırma aparılmadan yenidən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, Bakı şəhəri DYPI-nin ##.##.2026cı il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilərək barəsində Inzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər X1 tərəfindən qəbul etdiyi ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Bakı şəhəri BPI-nin X1 Idarəsinin rəisi apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələrinə əsasən Bakı şəhəri BPI DYPI-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Birinci instansiya məhkəməsinin hakimi qərarda göstərmişdir ki, Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş Bakı şəhər BPI-nin DYPI-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla bağlı qeyd edirik ki, Idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Iş materiallarında xəbərnamə ilə çatdırılma və ya şəxsən səlahiyyətli şəxsə və ya orqanın nümayəndəsinə bildirişin çatdırılmasına dair hər hansı sənəd mövcud deyil. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. Birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutları, tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, işin faktiki hallarını tam araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə inzibati orqanın təqdim etdiyi inzibati xəta haqqında protokola, səlahiyyətli polis əməkdaşının xidməti müşahidələrinə və digər iş materiallarına lazımi hüquqi qiymət verməmişdir. Hakim yalnız inzibati məsuliyyətə cəlb olunmuş şəxsin izahatına üstünlük vermiş, lakin həmin izahatı təsdiq edən obyektiv sübutların mövcudluğunu müəyyən etməmişdir. Halbuki iş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlər inzibati orqanın qəbul etdiyi qərarın hüquqi əsaslarını təşkil etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi əvvəlki qərarla işin yenidən baxılması üçün inzibati orqana qaytarıldığını nəzərə alsa da iş üzrə bütün sübutların yenidən araşdırılması və zərurət yarandıqda əlavə sübutların toplanması imkanlarını tam qiymətləndirmədən birbaşa icraata xitam vermişdir. Bu isə işin bütün hallarının tam və obyektiv araşdırılması prinsipinə uyğun hesab edilə bilməz. Məhkəmə qərarında inzibati orqanın sübut təqdim etmədiyi qeyd edilsə də, iş üzrə mövcud protokol və digər prosessual sənədlərin sübut kimi qiymətləndirilməməsinin səbəbləri kifayət qədər əsaslandırılmamışdır. Qərarda həmin sübutların hansı hüquqi və ya faktiki səbəbdən qeyrimötəbər hesab edildiyi ətraflı izah olunmamışdır. Bu səbəbdən hesab edirik ki, birinci instansiya məhkəməsi maddi və pressusal hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində, saat 12:38-də Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cəfərov küçəsi 2 ərazisində “LAND ROVER RANGE ROVER HSE MINIK” markalı, **OS*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası IXM-nin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Bakı şəhər BPI-nin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasınd qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. Həmin məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1- 2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Birinci instansiya məhkəməsinin hakimi yuxarda qeyd olunan nəticəyə gələrkən hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Qərardan şikayət verən orqan (şəxs) yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında göstərilən hallar nəzərə alınmadan, işin bütün halları tədqiq edilmədən Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən yenidən eyni inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası IXM-nin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 124.2. Inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 124.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 124.4. Inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. Inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, qanunverciliyə tələblərinə əsasən “Yol hərəkəti qaydaları əleyhinə” olan inzibati xəta törətmiş şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda isə səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir və inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Bakı şəhər BPI-nin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasınd qəbul edilmiş ## #### 2026cı il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmışdır.. Lakin iş yenidən araşdırılması üçün saləlahiyyətli orqana qaytarılsa da, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında yeni qərar qəbul edərkən yuxarda qeyd olunan qərardan göstərilən tələbləri yerinə yetirmədən, araşdırılma aparılmadan, barəsində inzibati xəta haqqından iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakını təmin edərək izahatı alınmadan və şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutlar toplanılmadan qərar qəbul etmişdir. Iş materiallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqından iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) özünü təqsirli bilməyərək, heç bir yol hərəkəti qaydalarını pozmadığını bildirmişdir. Bunun əksini iddia edən səlahiyyətli orqanın nümayəndəsi şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini əks etdirən əsaslı sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqından iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə təqsirləndirilməsinə dair material üzrə səlahiyyətli orqan tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir. Göstərilənləri nəzərə alaraq şəxsin inzibati xəta törətməsini sübut etmək, qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edirəm. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhəri Baş Polis Idarəsi X1 Idarəsinin rəisi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı ******* saylı qərardan verdiyi şikayətinin təmin edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar