Məhkəmə qərarları › İş №3(3-6)-2216/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2216/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2216/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Bakı şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, # ### 2026-cı il tarixində idarə etdiyi 99-OS058 dövlət qeydiyyat nişanlı BYD Destroyer 05 markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, heç bir yol hərəkəti qaydasını pozmadığı halda, **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobilində xidmət aparan yol polisi inspektoru tərəfindən qanunsuz olaraq saxlanılmışdır.Sürücülük hüququ qüvvədədir, cari sürücülük balı 17-dir və limit keçilməmişdir. Buna baxmayaraq, inspektor tamamilə qanunsuz və əsassız şəkildə avtomobilini cərimə meydançasına yerləşdirmişdir. Söhbət əsnasında yol polisi inspektoru şəxsən onu cərimə meydançasına gətirmiş və ona açıq-aşkar "get otaqda həll elə" deyərək onu rüşvət verməyə təhrik etmişdir. İnspektorun onu cərimə meydançasına gətirməsi, bu qanunsuz ifadəni işlətməsi və korrupsiya xarakterli tələbləri tərəfindən video lentə alınmışdır. Növbəti gün, ##.##.2026-cı il tarixində səhər o, inspektorun bu qanunsuz korrupsiya tələbini rədd edərək rüşvət vermədiyi üçün inspektor ona qarşı qisasçılıq zəminində, qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, heç bir əsaslı qərar olmadan (qərarsız) ona qanunsuz cərimə tətbiq etmiş və yalnız bundan sonra avtomobilini buraxmışdır. Təqdim etdiyi video görüntü inspektorun xidməti vəzifəsindən sui-istifadə etdiyini, vətəndaşı qorxudaraq rüşvət qoparmağa çalışdığını və pul vermədiyi üçün saxta cərimə yazdığını subut edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə, törədilməyən qayda pozuntusuna görə və rüşvət verilmədiyi üçün vətəndaşa cərimə yazılması ağır xidməti və cinayət məsuliyyəti yaradır. Görülənləri rəhbər tutaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və Konstitusiyasının müvafiq maddələrinə əsasən, barəsində rüşvət verilmədiyi üçün qisas məqsədilə tərtib edilmiş qanunsuz inzibati tənbeh tədbirinin (cərimə/protokol) ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək avtomobili qanunsuz cərimə meydançasına aparan, video görüntüdə açıq şəkildə "get otaqda həll elə" deyərək rüşvət tələb edən və pul vermədiyi üçün qanunsuz cərimə yazan **-YP-*** nömrəli YPX avtomobilinin inspektoru barəsində xüsusi qərardad çıxarılmasını və materiallara hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə şikayəti təmin edilərək Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından narazı qalan Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlu barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarı qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Birinci instansiya məhkəməsinin hakimi qərarda göstərmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər BPİ-nin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhər BPİ-nin Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər BPİ-nin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhər BPİ-nin Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Bununla bağlı qeyd edirik ki, İdarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin ümümi hissəsi yəni IV-cü Bölmə İnzibati xəta haqqında iş üzrə icraatın mərhələləri FƏSİL 14 İnzibati xəta haqqında iş üzrə icraata başlama təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Belə ki, Azərabyacn Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunması ilə yekunlaşır. İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlər barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxsin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin l-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Hakim işə baxarkən iş üzrə sübutlara tam və hərtərəfli hüquqi qiymət verməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmiş və səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. İnzibatı protokol və vəzifəli şəxsin xidməti qeydləri inzibatı xəta haqqında iş üzrə sübut kimi qiymətləndirilməli olduğu halda, məhkəmə həmin sübutlara lazımi hüquqi qiymət verməmişdir. Hakim yalnız videogörüntülərin təqdim edilməməsini əsas götürərək inzibati tənbeh haqqında qərarı ləğv etmişdir. Hakim qərarda əsas arqument kimi videogörüntülərin təqdim olunmaması göstərilmişdir. Lakin İnzibati Xətalar Məcəlləsində videogörüntü inzibati məsuliyyətin yeganə və ya məcburi sübut vasitəsi kimi nəzərdə tutulmamışdır. Əks yanaşma qəbul edilərsə, videogörüntüsü olmayan bütün inzibati protokolların hüquqi qüvvəsi şübhə altına düşər ki, bu da qanunvericiliyin məqsədinə uyğun deyildir. Videogörüntü əlavə sübut vasitəsidir və onun mövcud olmaması inzibati xəta haqqında protokolun hüquqi qüvvəsini avtomatik aradan qaldırmır. Halbuki videogörüntünün olmaması özlüyündə inzibati protokolun və digər sübutların hüquqi qüvvəsini aradan qaldırmır. İnzibati xəta haqqında protokol qanunla nəzərdə tutulmuş qaydada tərtib edilmiş rəsmi sənəd olmaqla, digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Bundan əlavə, hakim qərarında polis əməkdaşının hərəkətləri ilə bağlı hüquqi qiymətləndirmələr aparılmış, lakin həmin məsələlər bu inzibati iş üzrə araşdırma predmetinə daxil olmamış və müvafiq sübutlarla təsdiq edilməmişdir. Hesab edirik ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materialları ilə tam təsdiq olunmur, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfin razılığı ilə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlu apellyasiya şikayətinə münasibətdə bildirdi ki, o hərəkətdə olarkən sağa döndü “STOP” nişanını gözlədi, heç bir təhlükə yox idi. Polis əməkdaşı onu saxladı, bildirdi ki qaydaları pozub, 17 balın var, maşını cərimə meydançasına aparacaq, lakin cərimə yazmayacaqdır. Bu qanunsuz idi, sonrada ondan rüşvət istəmişlər, vermədiyindən acığa düşdülər. Odur ki, məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının fikirlərini dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin Dövlət Yol Polis İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarında qeyd etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlu yol hərəkəti qaydalarını pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin, məhkəmənin inzibati xəta hadisəsinin videogörüntülərinin məhkəməyə təqdim olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə ünvanladığı sorğuya cavab verilməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, vəzifə səlahiyyətlərindən sui-istifadə edən **-YP-*** nömrəli YPX avtomobilinin inspektoru barəsində isə Daxili İşlər Nazirliyinə şikayət edilməsi tövsiyə olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırda da məhkəmə iclasında vətəndaş Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini iddia edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi hadisəni əks etdirən videogörüntünü və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd edilən maddənin tələblərini pozmasını təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir. Odur ki, İnzibati xəta haqqında materialı araşdırıb məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, düzgün, qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar mövcud deyil. Göstərilənləri nəzərə alaraq şəxsin inzibati xəta törətməsini sübut etmək, qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhəri BPİ-nin Dövlət Yol Polis İdarəsinin rəisi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) İlqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar