Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2217/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, **KN*** dövlət qeydiyya nişanlı avtomobili etibarnamə ilə idarə edir. Bununla əlaqədar barəsində ## ##### 2026-cü il tarixli EQ******** saylı cərimə qərarı tərtib edilmişdir. Həmin qərarla razı deyil. Qeyd edilən ərazidə zolaqlar üzrə hərəkət nişanı quraşdırılmamışdır və bu cərimə qanunsuzdur. Hesab edir ki, qərar ləğv edilməli, icraata tam xitam verilməlidir. Bununla bərabər həmin ərazidə bu ziddiyyəti yaradan məsül şəxslər və həmin yerdə qanunsuz olaraq cərimələri qeyd etmək şəraiti yaradan məsul şəxslər barəsində xüsusi qərardadla tədbir görülməsini məqsədə uyğun hesab edir. Həmin ziddiyyətə görə haqsız yerə sürücülər cərimələnir və məhkəmələrin işi çoxalır, dövlət maddi zərər görür məhkəmə proseslərinə görə. Qeyd etdiklərini nəzərə alaraq DİN BDYPİ Mərkəzi İnformasiya Sistemin ## ##### 2026-cü il tarixli EQ******** saylı elektron qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi təmin edilməməsi və həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, BDYPİ Mərkəzi İnformasiya Sisteminin ## ##### 2026-cı il tarixli, EQ******** saylı elektron qərarı ilə etibarnamə əsasında idarə etdiyi **-KN-*** dövlət qeydiyyat nişanlı, “SUBARU FORESTER MİNİK” markalı avtomobillə guya Mətbuat prospekti - A.Sultanova küçəsi, Nəşriyyat evinin qarşısı ərazisində yol nişanlarının tələblərinə riayət etməməyi iddiası ilə AR İXM-nin 327.1 -ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət versə də, məhkəmə işin faktiki infrastruktur nöqsanlarını tam və obyektiv araşdırmamışdır. Sözügedən yol sahəsində zolaqlar üzrə hərəkəti tənzimləyən qanuni infrastruktur mövcud deyil. Yol 3 zolaqlı olmasına baxmayaraq, yol ayrıcından qanunvericiliklə tələb olunan 50-100 metr məsafədə quraşdırılmalı olan rəsmi 5.8.1 coğrafi hərəkət nişanı yoxdur. Standartlara əsasən, zolaq sayı 3 və daha artıq olduqda və həmin yolda avtobus dayanacağı (və ya hərəkəti) mövcud olduqda əlavə dublyor nişan quraşdırılmalıdır, lakin bu tələb yerinə yetirilməmişdir. Ərazidəki mövcud olan əsas nişanın görüntüsü isə ağacların vaxtında budanmaması səbəbindən fiziki olaraq tamamilə əngəllənmişdir. Məhkəmə iclasında yerdəki nişanların (üfüqi nişanlanma xətlərinin) tıxac vaxtı nəqliyyat vasitələrinin sıxlığı səbəbindən vizual olaraq tamamilə görünməz olduğunu bildirsə də, məhkəmə bu mühüm halı tamamilə gözardı etmişdir. O "X4" İctimai Birliyinin rəhbəri olaraq rəsmi şəkildə bildirir ki, apardıqları monitorinqlər və sürücülərin çoxsaylı analoji müraciətləri bu sahədə qeyd olunan texniki struktur çatışmazlığının süni cərimələnmə şəraiti yaratdığını və kütləvi xarakter daşıdığını təsdiq edir. Birinci instansiya məhkəməsi bu maddi sübutları hüquqi qiymətləndirmədən birtərəfli qərar çıxarmışdır. Məhkəmə mübahisəli yol sahəsindəki infrastruktur qüsurlarını, konkret olaraq yol ayrıcından 50-100 metr məsafədə quraşdırılmalı olan 5.8.1 nişanının mövcud olmamasını, ağacların mövcud nişanın görüntüsünü tam bağlamasını və qanunla tələb olunan dublyor nişanların yoxluğunu aydınlaşdırmamışdır. Həmçinin yerdəki nişanlanma xətlərinin tıxac zamanı digər nəqliyyat vasitələri tərəfindən tamamilə örtülməsi faktı və yolun rəsmi dislokasiya planı məhkəmə tərəfindən araşdırılmadan əsassız nəticəyə gəlinmişdir. Məhkəmə iddiaçının guya yol nişanlarının tələblərinə riayət etmədiyi və əməlin İXM- nin 327.1-ci maddəsi ilə düzgün tövsif edildiyi qənaətinə gəlmişdir. Lakin iş materiallarında iddiaçının nişanı real olaraq görmək imkanının olmasını təsdiq edən heç bir mötəbər texniki sübut mövcud deyil. Əksinə, infrastruktur qüsurları haqqında təqdim etdiyimiz dəlillər məhkəmə tərəfindən qanuni əsas olmadan subyektiv şəkildə rədd edilmişdir.Məhkəmənin şikayəti rədd etmək barədə gəldiyi nəticə işin real hallan ilə tamamilə ziddiyyət təşkil edir. Yol strukturundakı çatışmazlıqların yüzlərlə sürücünün qanunsuz və haqsız cərimələnməsinə, vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulmasına və məhkəmələrin iş yükünün süni artmasına səbəb olduğu aydın göründüyü halda, məhkəmənin heç bir nöqsan yoxmuş kimi inzibati cəriməni qüvvədə saxlaması işin real ictimai-hüquqi hallarına tamamilə uyğunsuzdur. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində, saat 12:11-də Mətbuat prospektiA.Sultanova, Nəşriyyat evinin qarşısı ərazisində “SUBARU FORESTER MİNİK” markalı, **KN*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət etməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını tədqiq edərək hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi özünün izahatı, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Apellyasiya instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli olmasının tam sübuta yetirildiyi qənaətinə gəlir və apellyasiya şikayətinin yerdəki nişanların (üfüqi nişanlanma xətlərinin) tıxac vaxtı nəqliyyat vasitələrinin sıxlığı səbəbindən vizual olaraq tamamilə görünməz olması, ərazidəki mövcud olan əsas nişanın görüntüsünün isə ağacların olması səbəbindən fiziki olaraq tamamilə əngəllənməsi barədə dəlilləri inzibati məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsinə hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-2217/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2217/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver