Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2218/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) X4, Bakı şəhər Baş polis İdarəsi X1 İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməyərək qeyd edilən qərarın dəyişdirilmədən saxlanılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi RPİ-nin X1 Şöbəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməmiş və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, avtomobilim ilə hərəkətdə olduğum S.Əsgərova küçəsi ilə Mərdanov qardaşları küçələrinin kəsişməsi nizamlanmayan yolayrıcı kimi qeyd edilsə də. ərizəyə əlavə etdiyim yol nişanından görünür ki. mənim hərəkətdə olduğum yol baş yoldur. Hərəkətdə olduğum yolun baş yol olması nişanı yolun hərəkət istiqamətində quraşdırıldığından yolun hərəkət istiqamətindəki üstünlük sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinin deyil bir başa üstünlük baş yolda hərəkət edən nəqliyyat vasitəsinin olmalıdır. Belə ki, “Yol hərəkəti haqqında'* Azərbaycan Respublikasının Qanunun 77.1-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. DYP-nin inspektoru “Changan" markalı avtomobilin sürücüsünün hərəkətində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 77.1-ci maddəsi ilə uyğunsuzluq olması əsası ilə onun barəsində inzibati xəta haqqında protokol tərtib etməli olduğu halda protokol qanunsuz və əsassız olaraq mənim barəmdə tətbiq edilmişdir. Halbuki, istər inzibati icraat aparan inspektor istərsə də müvafiq qərar qəbul etmiş məhkəmə yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə baxış keçirsə idi ərazidə olan üstünlük nişanını görəcək, nəticədə qanunsuz və əsassız qərarın qəbul edilməsindən çəkinəcəkdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi apellyasiya qaydasında verilmiş şikayəti müdafiə edərək şikayətin təmin olunmasnı xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi apellyasiya qaydasında verilmiş şikayəti əsassız hesab edərək şikayətin təmin olunmamasnı xahiş etdi. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş ## ### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ### 2026-cı il tarixdə saat 22:51-də Qərardan şikayət verən orqan (şəxs) S.Əsgərova küçəsi ilə Mərdanov qardaşları küçələrinin kəsişməsi ərazisində “HYUNDAİ TUCSON HİBRİD” minik markalı **XJ*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə yol verməli olduğu halda bunu etməmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Beləliklə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 10-cu bəndinin tələbinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. İnzibati tənbeh vermə haqqında ## ### 2026-cı il tarixli TP ******* nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı ## ### 2026-cı il tarixdə törətmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə edilməsinə dair qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməyərək qeyd edilən qərarın dəyişdirilmədən saxlanılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2218/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2218/2026
20.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver