Məhkəmə qərarları › İş №3(3-6)-2223/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2223/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2223/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Vəlizadə Mələk Nofəl qızının katibliyi ilə, “TƏBİB-NNN” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş ## ##### 2026- cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «TƏBİB-NNN» MMC barəsində tərtib etdiyi ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolda göstərilmişdir ki, ## ##### 2026-cı il tarixdə, saat 14:00-da ünvan 1 ünvanında yerləşən «TƏBİB-NNN» MMCyə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar “xxxx” iş üzrə fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından narazı qalan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "xxxx" X1 apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini, “TƏBİB-NNN" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx tərəfindən “TƏBİB-NNN" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən özəl tibb müəssisəsində ##.##.2026- ##.##.2026-cı il tarixlərində plan üzrə (növbəti) yoxlama aparılmışdır. Yoxlama Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxxnin ##.##.2026-cı il tarixli. *-**-*/*-*- ***/**** nömrəli qərarı əsasında aparılmış, həmin yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY262511024 nömrəsi ilə qeydiyyata alınmışdır. ##.##.2026-cı il tarixli T-*** nömrəli “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktf'ndan görünür ki. yoxlama direktor X4 və direktor köməkçisi X2 iştirakı və müşayiəti ilə, onların təqdim etdiyi sənədlərə və müəssisə daxilindəki sahələrə baxış keçirilməklə aparılmışdır. Yoxlama zamanı müəssisədə tibbi qeydiyyatın “DENT SOFT” elektron proqramı üzrə icra olunduğu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən *** saylı əmrlə təsdiq edilmiş forma və qaydalar üzrə aparılmadığı. çalışan işçilərin dövri tibbi müayinədən keçmə işlərinin “Təlimaf’a uyğun təşkil edilmədiyi, tibb fəaliyyətində istifadə edilən avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə müqavilə sənədinin təqdim edilmədiyi, sınaq avadanlıqlarının metroloji attestasiyası haqqında attestatların müddətinin bitdiyi, müəssisədə tibbi tullantıların idarə olunmasına dair cavabdeh şəxsin təyin edilmədiyi, havalandırma sisteminə texniki qulluq barədə təsdiqedici sənədlərin təqdim edilmədiyi, mərkəzləşdirilmiş sterilizasiya sahəsində texnoloji axın ardıcıllığının pozulduğu və bəzi otaqların təyinatının göstərilmədiyi müəyyən edilmişdir. Bununla yanaşı, yoxlama zamanı “TƏBİB-NNN” MMC-yə məxsus klinikada lisenziyadan kənar "xxxx” işi üzrə fəaliyyətin həyata keçirilməsi faktı aşkar edilmişdir. Belə ki, müəssisədə 3 otaqdan ibarət “xxxx” işi üzrə sahənin yaradıldığı, həmin sahədə CAD/CAM sistemi, frezləmə cihazı, 3D printerlər və xxxx fəaliyyətində istifadə edilən digər alət və materialların mövcud olduğu müəyyən edilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. “TƏBİB-NNN” MMC-yə verilmiş lisenziya və lisenziya əlavəsindən görünür ki, müəssisəyə stomatologiya üzrə terapevtik stomatologiya, cərrahi stomatologiya, ortopedik stomatologiya, ortodontik stomatologiya və rentgenoloji xidmətlər üzrə fəaliyyət göstərməyə icazə verilmişdir. Lakin "xxxx" işi və fəaliyyəti həmin lisenziya əlavəsində göstərilməmişdir. Aşkar edilmiş faktla bağlı “TƏBİB-NNN” MMC' barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi işə baxaraq ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarla “TƏBİB-NNN” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin sübuta yetirilmədiyi qənaətinə gəlmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Hesab edirik ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanunsuz və əsassızdır. Məhkəmə inzibati xəta haqqında protokolu, T-*** nömrəli yoxlama aktını, lisenziya və lisenziya əlavəsini, fotoşəkilləri, direktorun izahatını və digər iş materiallarını düzgün qiymətləndirməmiş, işin faktiki hallarına səthi yanaşmış, yalnız barəsində inzibati icraat aparılan şəxsin müdafiə mövqeyini əsas götürməklə qərar qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə əsas hüquqi məsələni yanlış müəyyən etmişdir. Hazırkı işdə əsas məsələ yoxlama zamanı konkret şəxsin aparatla işləyərkən aşkar edilib-edilməməsi və ya hazır məhsulun olub-olmaması deyil, “TƏBİB- NNN" MMC-yə məxsus lisenziyalı özəl tibb müəssisəsində lisenziya əlavəsində göstərilməyən “xxxx” işi üzrə ayrıca sahənin yaradılıb-yaradılmaması, həmin fəaliyyət üçün xüsusi avadanlıqların quraşdırılıb-quraşdırılmaması və bu halın lisenziya rejiminin pozulması kimi qiymətləndiri lib-qiymətləndiril məməsidir. Məhkəmə qərarında göstərilmişdir ki, yoxlama zamanı faktiki olaraq xxxx işi üzrə fəaliyyətlə məşğul olan şəxs müəyyən edilməmiş, hər hansı hazır iş aşkar edilməmiş, avadanlıqların hansı məqsədlə istifadə edildiyi və ümumiyyətlə istifadə olunub-olunmaması araşdırılmamışdır. Lakin inzibati xəta tərkibinin mövcudluğunun müəyyən edilməsi yalnız yoxlama anında konkret şəxsin həmin avadanlıqla işləyərkən tutulması və ya hazır məhsulun aşkar edilməsi ilə məhdudlaşdırıla bilməz. Hüquqi şəxs tərəfindən lisenziyadan kənar fəaliyyətin həyata keçirilməsi faktı həmin fəaliyyət üçün ayrıca sahənin yaradılması, xüsusi avadanlıqların quraşdırılması, fəaliyyətə aid alət və materialların mövcudluğu, müəssisənin daxili təşkilati quruluşu və yoxlama zamanı aşkar edilmiş maddi sübutların məcmusu ilə də təsdiq oluna bilər. Hazırkı iş üzrə müəssisədə təsadüfi şəkildə bir ədəd ümumi təyinatlı avadanlıq deyil, məhz 3 otaqdan ibarət ayrıca sahə, CAD/CAM sistemi, frezləmə cihazı. 3D printerlər və digər alət-materiallar aşkar edilmişdir. Qarşı tərəf birinci instansiya məhkəməsində avadanlığın 3D formatında əşya yaratmaq üçün olduğunu, həkimin ölçü götürərək diş texnikinə təhvil verdiyini, klinikada istehsal faktının və ya xxxx fəaliyyəti ilə məşğul olan şəxsin aşkar edilmədiyini bildirmişdir. Lakin həmin izahatlar iş materiallarında olan obyektiv sübutları təkzib etmir. Çünki iş üzrə söhbət yalnız 3D printerin mövcudluğundan getmir; yoxlama aktında və fotoşəkillərdə ayrıca xxxx sahəsinin yaradılması, CAD/CAM sistemi, frezləmə cihazı. 3D printerlər və digər alətmaterialların birlikdə mövcudluğu qeydə alınmışdır. Qarşı tərəfin “aparatların quraşdırılması xxxx fəaliyyəti ilə məşğul olunması mənasına gəlmir” məzmunlu etirazı da formal xarakter daşıyır. Əgər lisenziyalı tibb müəssisəsində lisenziya əlavəsində göstərilməyən fəaliyyət üçün ayrıca otaqlar ayrılır, həmin otaqlarda xxxx fəaliyyəti üçün xarakterik olan CAD/CAM və frezləmə cihazları, 3D printerlər və digər alətlər yerləşdirilirsə, bu hallar birlikdə qiymətləndirilməli və lisenziyadan kənar fəaliyyətin həyata keçirilməsi üçün maddi-texniki bazanın yaradılması kimi qəbul edilməlidir. Məhkəmə qarşı tərəfin izahatlarına üstünlük vermiş, lakin həmin izahatları yoxlama aktı, protokol, fotoşəkillər və lisenziya əlavəsi ilə müqayisəli şəkildə qiymətləndirməmişdir. Halbuki sübutların məcmu şəkildə qiymətləndirilməsi zamanı “TƏBİB-NNN” MMC-nin lisenziyasında nəzərdə tutulmayan “xxxx” işi üzrə fəaliyyətə aid sahənin və avadanlıqların müəssisə daxilində mövcud olduğu açıq şəkildə müəyyən edilir. Qarşı tərəfin “diş texniki ştatda yoxdur, faktiki çalışan şəxs aşkar edilməyib" arqumenti də əsaslı hesab oluna bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxsdir. Hüquqi şəxsin lisenziyadan kənar fəaliyyət üçün sahə təşkil etməsi, həmin sahədə fəaliyyətə aid avadanlıqlar yerləşdirməsi və bu fəaliyyətə şərait yaratması onun inzibati məsuliyyətini istisna etmir. Yoxlama anında konkret işçinin avadanlıqdan istifadə etməməsi müəssisədə lisenziyadan kənar fəaliyyət üçün yaradılmış şəraitin hüquqi əhəmiyyətini aradan qaldırmır. xxxx stomatoloji müalicənin tərkibində istifadə olunan protez, ortodontik konstruksiya, süni diş qapaqları və digər konstruksiyaların hazırlanması ilə bağlı ayrıca fəaliyyət sahəsidir. Bu fəaliyyət üçün müəssisədə ayrıca sahənin və xüsusi texnoloji avadanlıqların mövcud olması lisenziyada göstərilən stomatoloji xidmətlərin adi texniki təminatı kimi deyil, lisenziyada göstərilməyən iş və xidmət üzrə fəaliyyətin həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Hazırkı iş üzrə “TƏBİB-NNN” MMC-nin lisenziyasında xxxx fəaliyyəti nəzərdə tutulmadığı halda, həmin fəaliyyətə aid ayrıca sahənin, avadanlıqların və alət-materialların məhz MMC-nin lisenziyalı obyektində aşkar edilməsi İXM-in 215.1-ci maddəsinin tətbiqi üçün mühüm əsasdır. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “TƏBİB-NNN” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən ## ##### 2026-cı il tarixli, KY********* nömrəli çıxarışdan görünür ki, «TƏBİB-NNN» MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Medaura Klinikasında ##.##.2026-##.##.2026-cı il tarixlərdə plan üzrə (növbəti) yoxlamanın keçirilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında ## ##### 2026-cı il tarixli, *- **-*/*-*-***/**** nömrəli qərardan görünür ki, «TƏBİB-NNN» MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən «TƏBİB-NNN» MMC-yə məxsus özəl tibb təşkilatının ##.##.2026- ##.##.2026-cı il tarixlərdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan ## ##### 2026-cı il tarixli “X3 planlı (növbəti) yoxlama” aktının məzmunundan görünür ki, ## ##### 2026-cı il tarixdə saat 12:30-da ünvan 1 ünvanında yerləşən «TƏBİB-NNN» MMC-yə məxsus müəsisədə keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar “xxxx” iş üzrə fəaliyyət ilə məşğul olma faktı aşkar edilmiş, həmçinin əlavə olaraq 3 otaqdan ibarət “xxxx” iş üzrə sahə yaradılmış, avadanlıqlar, cihazlar quraşdırılmışdır. İş materiallarında olan ## ###### 2016-cı il tarixli, ****** nömrəli lisenziyadan görünür ki, ünvan 1 ünvanında yerləşən «TƏBİB-NNN» MMCyə özəl tibb fəaliyyəti ilə məşğul olması üçün lisenziya verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarında qeyd etmişdir ki, ## ##### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokolda ## ##### 2026-cı il tarixdə saat 12:30-da ünvan 1 ünvanında yerləşən «TƏBİB- NNN» MMCyə məxsus müəsisədə keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar “xxxx” iş üzrə fəaliyyət həyata keçirilməsi qeyd edilsə də, araşdırma zamanı qeyd olunan hallar iş üzrə mötəbər hesab ediləcək sübutlarla təsdiqini tapmamışdır. Belə ki, T-*** saylı “özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktında lisenziyadan kənar “xxxx” iş üzrə fəaliyyət ilə məşğul olma faktının aşkar edilməsi, həmçinin əlavə olaraq 3 otaqdan ibarət “xxxx” iş üzrə sahənin yaradılması, avadanlıqların və cihazların quraşdırılması qeyd olunsa da, məhkəmə qeyd edir ki, “xxxx” iş üzrə fəaliyyətin həyata keçirilməsi nəticəsinə gəlinməsi üçün mötəbər sübut olması məhkəmə araşdırması zamanı təsdiqini tapmamış, inzibati orqan tərəfindən avadanlıqlar və cihazların hansı məqsədlə istifadə olunması, ümumiyyətlə istifadə olunub-olunmaması, həmin avadanlıqlar və cihazların məhz “xxxx” fəaliyyət məşğul olunması üçün quraşdırılıb-quraşdırılmaması, “xxxx” ilə faktiki məşğul olan şəxsin olub-olmaması araşdırılmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Protokolu tərtib edən orqan etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında verilmiş suallara cavab yoxlama zamanı faktiki olaraq xxxx iş üzrə fəaliyyət ilə məşğul olan şəxs aşkar edilmədiyini və ya hər hansı hazır işin müəyyən edilmədiyini, yoxlama zamanı sadəcə aparatların quraşırılmasının müəyyən edilməsi, lakin həmin aparatlarla işləyən şəxsin müəyyən edilməməsini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, «TƏBİB-NNN» MMC-nin hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tərkibi o, vaxt yarana bilərdi ki, onun əməlində dispozisiya şərtlərinin bütün əlamətləri mövcud olmuş olardı, konkret olaraq lisenziyadan kənar iş və fəaliyyət ilə məşğul olması halı mövcud olmuş olardı və bu hallar iş materialları ilə öz təsdiqini tapmış olardı. Hazırkı halda məhkəmə araşdırması zamanı «TƏBİB-NNN» MMC-də lisenziyadan kənar iş və fəaliyyət ilə məşğul olunması təqdim edilmiş sənədlərlə təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Məhkəmə işin bütün faktiki hallarını araşdıran zaman müəyyən etmişdir ki, «TƏBİBNNN» MMC-nin hərəkətlərində (əməlində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar törədilməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırda da “TƏBİB-NNN” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini iddia edən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin qeyd edilən maddənin tələblərini pozmasını təsdiq edəcək mötəbər sübutlar təqdim etməmişdir. Hazırkı halda “TƏBİB-NNN” MMC-də lisenziyadan kənar iş və fəaliyyət ilə məşğul olunması təqdim edilmiş sənədlərlə təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsiz liyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, “TƏBİB-NNN” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir. Belə olan halda, inzibati xəta haqqında materialı araşdırıb məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi “TƏBİB-NNN” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, düzgün, qanuni və əsaslıdır. “TƏBİB-NNN” MMC-nin inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Odur ki, şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib inzibati xəta haqqında protokola dair “TƏBİB-NNN” MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. “TƏBİB-NNN” MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş ## ##### 2026- cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar