Məhkəmə qərarları › İş №3(3-6)-2224/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2224/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2224/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)- **/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə yaranmış 1333 manat pul vəsaiti borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ödənilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq ediməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1300 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 33 manat hissəsi tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə qət olunmuşdur. İş materialından göründüyü kimi icra sənədi 7 ay icraatda olmasına baxmayaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tələbkara cəmi 100 manat ödəniş həyata keçirilmişdir. Hazirki iş materiallarında qətnamənin hissə hissə ödənilməsi ilə bağlı nə yazılı müraciət mövcuddur, nə də ki tələbkar olaraq o borclunun ona borclu olduğu məbləğin hissə hissə ödənilməsi ilə bağlı icraya hər hansı bir ərizə təqdim etməmişdir. İcra sənədinin icraata daxil olmasından 7 ay müddət keçməsinə baxmayaraq borclu tərəfindən cəmi 100 manat tələbkar olaraq ona ödəniş etməsinə baxmayaraq məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin mövqeyindən belə nəticəyə gəlmək olar ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs istədiyi vaxt ona münasib zamanda məhkəmə qərarını icra edə bilər. Borclu tərəfindən bu günə kimi məhkəmə sənədinin icra edilməməsi üçün hər hansı üzrlü səbəb mövcud deyildir. Məhkəmənin hazirki qərarı borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarını icra etməməsi üçün şərait yaradır. Apellyasiya baxışı zamanı iştirak edən tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə verilmiş apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdıraraq və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair ## ######## 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 1300 (min üç yüz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 33 (otuz üç) manat hissəsi tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501) hesabına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutulub "xxxx” MMC-nin (VÖEN: N; H/h: № AZ**IBAZ******************** "xxxx” ASC Yasamal filialı; kodu: 805562; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ01350100000000002944; S.W.İ.F.T BlK: IBAZAZ2X) hesabına ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən ##.##.2016-cı il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, iş üzrə icraata başlanılmış, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən ##.##.2026-cı il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və o, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 100 manat məbləğində pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmişdir. BPMCOR************ nömrəli mədaxil qəbzindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 301 manat məbləğində pul vəsaiti "xxxx” MMC-nin hesabına ödənilmişdir. ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən 174 manat məbləğində pul vəsaiti Ədliyyə Nazirliyinin hesabına ödənilmişdir. Sumqayıt Hospital tərəfindən verilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus kranial MRT-nin nəticəsindən görünür ki, Sol retroserebllar bölgədə -12x9 mm ölçüdə bütün sekanslada beyin - onurğa beyni mayesi ilə izointens araxnoidal kist lehinə fokal lezyon müşahidə edilir. Bundan başqa beyin kötüyü anatomik strukturaları normal olub, patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir. Hər iki beyincik yarımkürəsi yaş ilə uyğun normal morfologiyadadır. Serebellar foliolar normal genişlikdədir. 4-cü mədəciyin forması təbiidir. Körpü-beyincik bucaqları simmetrikdirlər. Baş beyin yarımkürələrində patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir. Bazal qanqliyalar normaldır. 3-cü və yan mədəciklər genişlənməmişdir. Hippokampuslarm siqnal və morfologiyası normaldır. Subaraxnoidal sahələr və beyin sulkusları normal genişlikdədirlər. Diffüziya agırlıqlı görüntülərdə kəskin fazada işemiya qeyd edilmədi. SWI görüntülərdə serebral və serebellar hemorragiya müşahidə edilmədi. İntra- və parasellar nahiyələrində patoloji dəyişiklik təyin olunmur. Paranazal sinusların, mastoid hücrələrin pnevmatizasiyası adidir. Nəticə: Sol retroserebllar bölgədə bütün seknaslarda beyin - onurğa beyni mayesi ilə izointens araxnoidal kist lehinə fokal lezyon. X1 tərəfindən verilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus MRTnin nəticəsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sağ beyincik yarımkürəsində posterio-medialda kiçik venoz angioma, solda təpə pay lateralda ~9 x 5 mm ölçülərdə ekstraksial törəmə (meningioma) diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq maddi imkanı yaxşı olmamışdır. O, işsizdir və icra sənədi üzrə 100 manat ödəniş etmişdir. Hazırda maddi imkanı borcunun tam ödənilməsini üçün yetərli deyil. Bundan başqa onun başında şiş var və xəstədir. Hazırda sadəcə olaraq aylıq 100 manat ödəniş edə bilir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verərərkən məhkəmə iş materiallarında olan sübutların məcmusuna əsasən müəyyən etmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmiş, icra sənədi üzrə ödəniş edilmişdir və ekspertiza xərci ödənilmişdir. Belə ki, hazırki halda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin qərəzli şəkildə və üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Bununla belə, iş materiallarından göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ödənişlər həyata keçirməklə icra sənədi üzrə tələbin yerinə yetirilməsinə cəhd göstərməsi hazırda onun inzibati məsuliyyətə cəlb olunmasını istisna edir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar